Antonio Koşta Şəhidlər xiyabanını ziyarət edib
Cəmiyyət 11 Mart 2026, 16:21
244
Azərbaycanda rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Martın 11-də Şəhidlər xiyabanını ziyarət edib.
Citypost.az xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən A.Koştaya Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xocavənddə əmək yarmarkası keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və SOCAR-ın Qaz İxrac İdarəsinin birgə təşkilatçılığı ilə Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.13 mart 2026-cı il tarixində, saat 10:00-da Xocavənd Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında keçiriləcək yarmarkada qaz paylayıcı stansiyanın operatoru üzrə vakansiyalar təqdim olunacaq.Aktiv məşğulluq tədbirində vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Agentliyin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir....
11 Mart 2026, 17:37
Prezident İlham Əliyev və Antonio Koşta mətbuata bəyanatla çıxış edirlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta mətbuata bəyanatla çıxış edirlər.Bu barədə APA-nın əməkdaşı xəbər verir.
11 Mart 2026, 17:05
Azər Qasımlıya hökm oxunub
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı 12 il müddətə azadlıqdan məhrum edilib."Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.Qeyd edək ki, A.Qasımlı 2024-cü ilin dekabrında saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir....
11 Mart 2026, 16:30
Məzahir, mən Bahadur Fərman deyiləm... - Qərib MEHDİ
Ustad Qərib Mehdinin son yazılarındandı. Oxudum. Gəncəli günlərin xatirələrinə susadım. Sabir Əliyevli, Xəlil Yusiflili, Mürşüd Məmmədlili, Xəzangüllü, Aləmzar Əlizadəli, Nizami Aydınlı, Sahib İbrahimli, Ələsgər Əlioğlulu, Firəngizli günlərin havasında yaşadım. Ustadın kövrək xatirəsində yaşadım... Ruhu şad olsun. Sərvaz Şəmkirdə yaşayan şair dostum Məzahir Hüseynzadəyə zəng etdim:- Məzahir, "Ədəbiyyat qəzeti"ndə çıxan şeirlərini oxudum. Gözəl şeirlərdir. Səni təbrik edirəm.Cavabı məni çaşdırdı: "Sağ ol, Bahadur... Əsas sənsən, sənin fikrindi..."Sən demə, Bahadurun münasibətini dördgözlə gözləyirmiş. Amma mən qabağa düşmüşəm. Elə bilib zəng edən Bahadurdu.- Məzahir, mənəm ey, Qərib Mehdidi...Üzrxahlıq etdi.Növbəti zəngim Məzahirin yeni çıxmış kitabıyla bağlı oldu. Yenə də xoş təəssüratımı bildirmək istəyirdim. Həmən cavab verdi:...
11 Mart 2026, 16:28
İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə təkbətək görüşü keçirilir."Report"un məlumatına görə, əvvəlcə dövlət başçısı və Antonio Koşta birgə foto çəkdirdilər.
11 Mart 2026, 16:28
“QHT işi” üzrə həbs edilən şəxsə hökm oxunub
“QHT işi” üzrə ittiham olunanlardan biri, sosial işçi, hüquq müdafiəçisi Zamin Zəkinin cinayət işi işi üzrə məhkəmənin yekun prosesi keçirilib.APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Zamin Zəkiyə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.Xatırladaq ki, dövlət ittihamçısı Z.Zəkinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.Qeyd edək ki, Zamin Zəki Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.Onun barəsində Binəqədi...
11 Mart 2026, 16:18