"Neftçi" 23000 manat cərimələndi
İdman 11 Mart 2026, 15:05
2039
AFFA İntizam Komitəsi "Neftçi"ni 23000 manat cərimələyib.
Citypost.az xəbər verir ki, bu barədə qərar qurumun iclasında qəbul edilib.
Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" – "Turan Tovuz" oyununda Bakı klubunun azarkeşlərinin təhqiredici pankart açmasına görə klub 15000 manat cərimələnib. Bundan əlavə, həmin matçda ev sahibi komandanın tərəfdarlarının hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə 5-ci dəfə təkrarlanması səbəbilə klub əlavə olaraq 8000 manat cərimə olunub.
Həmçinin oxuyun
Bundan başqa, "Şamaxı" – "İmişli" oyununda qonaqların heyətində 5 nəfər sarı vərəqə aldığı üçün komanda 700 manat ziyana düşüb. Eyni aqibəti "Kəpəz" komandası da yaşayıb. Gəncə klubundan 4 oyunçu "Zirə" ilə matçda sarı vərəqə alması səbəbindən klub 700 manat ödəməli olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Halk "Atletiko Mineyro" klubundan ayrılıb
Braziliya millisinin sabiq futbolçusu Halk (Givanildo Souza) "Atletiko Mineyro" klubundan ayrılıb.CityPost.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.39 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Təcrübəli oyunçunun sözləşməsi cari ilin ilin sonunda başa çatmalı idi.Xatırladaq ki, Halk 2021-ci ildən "Atletiko Mineyro"da çıxış edir. O, bu müddət ərzində bütün yarışlarda 309 oyuna 140 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyada "Portu", Rusiyada "Zenit" kimi komandaların da formasını geyinmiş futbolçu Yaponiya və Çində də legioner həyatı yaşayıb....
02 May 2026, 11:45
"Qarabağ" 8 min manat cərimələndi
"Qarabağ" klubu 8000 manat cərimələnib.Citypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.Buna Misli Premyer Liqasının XXI turundan təxirə salınmış "Neftçi" ilə matçda yaşananlar səbəb olub.Ağdam təmsilçisi azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə ziyana düşüb. Bu hal cari mövsümdə beşinci dəfə təkrarlanıb."Neftçi" isə beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.Xatırladaq ki, "Qarabağ" sözügedən matçda rəqibinə 1:2 hesabı ilə uduzub....
01 May 2026, 17:06
Qərib Əliyev:Azərbaycan bayrağının ucaldılması böyük qürur hissi yaradır
Azərbaycanda idmana göstərilən diqqət və qayğı uzun illərdir dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin nəticəsi olaraq ölkədə güclü idman infrastrukturu formalaşıb, bölgələrdə Olimpiya İdman Kompleksləri tikilib, gənclərin idmana marağı əhəmiyyətli dərəcədə artıb. Xüsusilə güləş kimi milli ənənələrə söykənən idman növləri bu qayğıdan daha çox bəhrələnərək həm kütləvilik, həm də peşəkar səviyyə baxımından ciddi inkişaf yolu keçib. Azərbaycan güləş məktəbi bu gün artıq təkcə regionda deyil, Avropada və dünyada söz sahibi olan aparıcı məktəblərdən biri kimi tanınır.Bu uğurların növbəti bariz nümunəsi kimi milli komandamızın Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında birinci yeri tutması xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyev bu...
01 May 2026, 10:49
Azərbaycan çimərlik futbolu millisi ilk yoldaşlıq matçında Belarusa uduzub
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi ilk yoldaşlıq oyununu keçirib."Report" xəbər verir ki, komanda Belarus yığması ilə qarşılaşıb.Su İdmanı Sarayında təşkil olunan görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Millimizin heyətində qolu Ramil Əliyev vurub.
30 Aprel 2026, 10:44
İsmayıllı şəhərində "Sağlam məhəllə" layihəsi çərçivəsində yeni idman zonası açılıb
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən "Sağlam məhəllə" layihəsi çərçivəsində İsmayıllı şəhərində idman zonası istifadəyə verilib.Bu barədə Citypost.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.Açılış mərasimində nazir Fərid Qayıbov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və idmançılar iştirak ediblər.Ərazidə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla söhbət edib....
30 Aprel 2026, 10:02
"Fənərbağça"da növbəti prezident seçkilərinin tarixi açıqlanıb
Türkiyənin "Fənərbağça" klubunda növbəti prezident seçkilərinin tarixi müəyyənləşib."Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin hazırkı rəhbəri Sadəttin Saran klubun mətbuat xidmətinə açıqlamasında bildirib.O, seçkilərin iyunun 6-7-də olacağını vurğulayıb.Xatırladaq ki, Sadəttin Saran 2025-ci ilin sentyabrından "Fənərbağça"nın prezidentidir.
28 Aprel 2026, 17:56