Bizə yazın

Baku

-°C

USD

-

Mətanət Ağamirli:Dünya güclərinin hədəfi Çinin enerji damarlarını kəsməkdir

Siyasət 11 Mart 2026, 12:15

324

Dünya siyasi arenasında baş verən sürətli hadisələr və bir-birini əvəzləyən gərginlik ocaqları qlobal güclərin əsl niyyətləri barədə ciddi suallar doğurur. Əməkdar jurnalist Mətanət Ağamirli mövzu ilə bağlı diqqətçəkən analitik şərhində bildirib ki, bir vaxtlar gündəmi zəbt edən Epşteyn skandalı, Venesuela əməliyyatları və Nikolas Maduro artıq unudulmağa tərk edilib, hazırda isə əsas hədəf oxu İranın molla rejiminə yönəlib.

Citypost.az xəbər verir ki, jurnalistin qənaətinə görə, devrilməsi planlaşdırılan rejimlərə "diktator" damğasının vurulması sadəcə xarici müdaxilələrə bəraət qazandırmaq məqsədi daşıyır, lakin pərdəarxası həqiqətlər daha çox iqtisadi maraqlarla bağlıdır.

Yazıda  vurğulanır ki, Venesuela və İranın ən böyük neft alıcısının məhz Çin olması təsadüfi fakt deyil. Hərbi və siyasi müdaxilələr nəticəsində bu ticarət zəncirinin qırılması rəsmi Pekinin enerji təhlükəsizliyinə birbaşa zərbə vurur. Hazırda dünya istehsalının təxminən 28 faizini əlində saxlayan Çinin iqtisadi gücünün getdikcə artması ABŞ-da ciddi təşviş yaradır. "Ayının min oyunu bir armudun başında" misalını xatırladan jurnalist qeyd edir ki, 2030-cu ilə qədər Çinin dünya iqtisadiyyatını tamamilə zəbt edəcəyinə dair proqnozlar Amerikanı öz hegemonluğunu qorumaq üçün sərt addımlar atmağa sövq edir. Beləliklə, fərqli coğrafiyalarda cərəyan edən münaqişələrin kökündə demokratik dəyərlər deyil, Vaşinqtonun Çin təhlükəsini işğal, qan və təhdid yolu ilə aradan qaldırmaq strategiyası dayanır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ekspert: ABŞ-İsrail İranda əsas hədəfinə çatmadı

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə İsrail və ABŞ-ın İranda rejimi dəyişmək planları ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, Benjamin Netanyahu çıxışında bildirib ki, İranda rejimi xalq özü devirməlidir. Ekspert hesab edir ki, bu açıqlama faktiki olaraq ABŞ və İsrailin İranda rejimi dəyişmək gücündə olmadığını göstərir. Davam edən hərbi əməliyyatların isə əsasən İranın hərbi infrastrukturunu sıradan çıxarmağa hesablandığı qeyd olunur.Siyasi ekspertin fikrincə, İranın ali dini lideri Əli Xameneinin İsrail tərəfindən öldürülməsi planı da məhz xalqın ayağa qalxması və rejimin süqutuna səbəb olmaq məqsədi daşıyırdı. Lakin ABŞ və İsrail ilkin mərhələdə əsas hədəflərinə nail...

11 Mart 2026, 09:05

Yeganə Hacıyeva: Azərbaycan-İran gərginliyi diplomatik addımlarla yumşalır

Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva Citypost.az-a bildirib ki, dövlətlər arasında diplomatik etimad, iqtisadi və enerji əməkdaşlığı üçün təhlükəsiz regional mühitin yaradılması vacibdir. Politoloqun  sözlərinə görə, regional təhlükəsizliyin əsas elementlərindən biri ölkələr arasında dini və siyasi hörmətin mövcudluğu və həssas məqamlarda bu iradənin nümayiş etdirilməsidir.Y.Hacıyeva qeyd edib ki, Naxçıvana edilən dron hücumu regional təhlükəsizlik mühitini gərginləşdirib, lakin Azərbaycan bu gərginliyi yumşaltmaq və dialoq imkanlarını qorumaq məqsədilə diplomatik və humanitar addımlar atır. Prezident İlham Əliyevin yeni dini lideri təbrik etməsi İranın dini və siyasi elitası ilə münasibətlərin normallaşdırılması istiqamətində atılan mühüm addımdır. Bu jest yalnız rəsmi protokol çərçivəsində deyil, həm...

10 Mart 2026, 14:40

İlham Əliyev Naxçıvan MR-in Konstitusiyasında dəyişiklikləri təsdiqlədi

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər təsdiqlənib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.Konstitusiya qanununda Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilib, 1 maddə (maddə 5) çıxarılıb, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilib.Qanuna əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da əksini tapacaq.Konstitusiyaya əlavə edilən "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının...

10 Mart 2026, 12:20

YAP İdarə Heyətinin iclası keçiriləcək 

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçiriləcək.APA-nın xəbərinə görə, iclas 12 mart tarixində təşkil olunacaq.

10 Mart 2026, 11:56

Elman Vəliyev: Azərbaycan balans siyasətini qoruyur

Konflikt analitik Elman Vəliyev Orta Şərqdə hazırda gedən müharibənin dünya neft bazarına böyük təsir göstərdiyini bildirib. Citypost.az xəbər verir ki, ekspertin analizinə görə, müharibə geosiyasi risklərin artması ilə enerji təchizatında qeyri-müəyyənlik yaradıb, nəticədə neft qiymətləri xeyli qalxıb ki, bu da dünya enerji bazarında ciddi dəyişikliklərə yol açır.O qeyd edib ki, bu vəziyyət Azərbaycan üçün müsbət impulslar verir. Bildirilib ki, dünya bazarında neftin qiymətinin artması Azərbaycan neftinin də yüksək qiymətləndirilməsinə təsir göstərir — son statistikaya görə, “Azeri Light” markalı neftin qiyməti 103 dollar səviyyəsinə yüksəlib ki, bu da bir çox prioritet rüblərlə müqayisədə əhəmiyyətli artımdır.Elman Vəliyev vurğulayıb ki, ABŞ “neft krallığı”...

10 Mart 2026, 10:55

Ekspert: İran ABŞ-ın geri çəkilməsindən istifadə edə bilər

Milli Cəbhə Partiyasının sədrinin müavini və siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ-İran münasibətləri ilə bağlı açıqlama yayıb.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, ABŞ-ın hazırkı vəziyyətdə atəşkəsə getməsi İranın qələbəsi kimi qiymətləndirilə bilər. Hazırda ABŞ İran ətrafında cəmləşdirdiyi aviadaşıyan gəmilərini 500–1000 km məsafəyə qədər geri çəkib. Eyni zamanda Körfəz ərəb ölkələrində yerləşən ABŞ hərbi bazaları İranın intensiv hücumlarına məruz qalır. ABŞ və İsrail isə İranı yüz kilometrlərlə uzaq məsafədən vurmağa davam edir.Məhəmməd Əsədullazadə xatırladıb ki, əvvəllər Yəməndə husiləri devirmək üçün Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri quru əməliyyatı həyata keçirmiş, ABŞ və İsrail aviasiyası isə havadan zərbələr endirmişdi. Buna baxmayaraq, husiləri...

10 Mart 2026, 09:15