Gəncədə kino günləri başlayıb
Sənət aləmi 11 Mart 2026, 17:24
215
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ölkənin müxtəlif bölgələrində milli kinematoqrafiyanın təbliği və tamaşaçı auditoriyasının genişləndirilməsi məqsədilə film nümayişləri təşkil edir. Layihə çərçivəsində Azərbaycanın müasir tanınmış rejissorlarının bədii və sənədli filmləri regionlarda nümayiş olunur, tamaşaçılarla yaradıcı görüşlər keçirilir.
AKİ-dən Citypost.az-a bildirilib ki, layihə çərçivəsində növbəti kino günləri Gəncədə təşkil olunub.
Bildirilib ki, martın 11-dən 13-dək davam edəcək kino günləri çərçivəsində rejissor Zaur Qasımlının “Tağıyev: Neft”, Mirsadıq Ağazadənin “Eviniz abad” tammetrajlı bədii filmləri, Pərviz Həsənovun “Başlıbel – Mühasirə gündəliyi” tammetrajlı sənədli filmi, Fariz Əhmədovun “Sonuncu”, Tahir Tahiroviçin “O, Xarqo idi” qısametrajlı sənədli filmləri, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Qulu Əsgərovun “Hasar” qısametrajlı bədii filmləri nümayiş olunacaq.
Həmçinin oxuyun
Bu təşəbbüsün əsas məqsədi, paytaxtdan kənarda yaşayan tamaşaçıların da müasir Azərbaycan kinosu ilə daha yaxından tanış olmasına şərait yaratmaq, kino mədəniyyətini regionlarda canlandırmaq və gənc tamaşaçılar arasında kinoya marağı artırmaqdır. Nümayişlərdən sonra filmlərin yaradıcı heyəti ilə müzakirələr və sual-cavab sessiyaları da tədbirin əsas hissəsidir.
Qeyd edək ki, layihə çərçivəsində “Aranda kino günləri”, “Lənkəranda kino günləri”, “Şirvanda kino günləri” və s. bir neçə bölgədə ardıcıl təşkil olunub və proqramda həm dövlət sifarişi, həm də müstəqil Azərbaycan filmləri yer alıb. AKİ bu təşəbbüslə milli kinonun regionlarda daha geniş auditoriyaya çatdırılmasını və kino sahəsində dialoqun inkişafını hədəfləyir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Müğənni xiristanlığı qəbul etdi
56 yaşlı məşhur müğənni Qven Stefani xristianlıq səyahətinə üçüncü uşağının dünyaya gəlməsindən sonra başladığını açıqlayıb və bu hadisəni özünün “ilk möcüzəsi” adlandırıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Hallow: Prayer and Meditation” jurnalına verdiyi müsahibədə Stefani mənəvi ilhamın yəhudiliyi qəbul etmiş keçmiş ateistlə söhbətlərdən gəldiyini bildirib. O, bu müzakirələrin ona imanını yenidən nəzərdən keçirməyə və ruhani “oyanmağa” kömək etdiyini deyib.2013-cü ildə böyük oğlu Kinqston başqa bir uşaq istədiyini bildirəndə Stefani hamilə qalmaq imkanını real hesab etmədiyini xatırlayır. Lakin cəmi dörd həftə sonra o, 44 yaşında Apollon adlı üçüncü uşağı dünyaya gətirib və hamiləliyi “tam bir hədiyyə” kimi qiymətləndirib.Stefani həmin dövrdə...
11 Mart 2026, 14:18
Məşhur aktyor kirayə borcu üzündən evdən çıxarıldı
Los-Anceles Şəhər Məhkəməsi aktyor Mikki Rurkun ev sahibi Erik T. Qoldinin Drexel prospektindəki əmlakın ödənilməmiş kirayə haqqı ilə bağlı iddiasını təmin edərək, Rurkun evdən çıxarılması barədə qərar qəbul edib.Ciypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, məhkəmə sənədlərinə görə, Rurk 59.100 dollar kirayə borcunu ödəməyib. Qanuni bildirişə cavab vermədiyi üçün məhkəmə evin dərhal sahibinə qaytarılmasına və icarə müqaviləsinin ləğv olunmasına qərar çıxarıb.Rurkun pərəstişkarları ona borcu ödəmək üçün GoFundMe platformasında təxminən 100.000 dollar toplamağa çalışıblar. Kampaniya Rurkun köməkçi meneceri Kimberli Hayns tərəfindən başlansa da, aktyor vəsait toplamağa qarşı çıxıb və bunu “qəddar bir alçaqlıq” adlandırıb.Qeyd edək ki, məhkəmə qərarı yalnız əmlaka sahib...
11 Mart 2026, 14:15
Səkinə İsmayılovadan maraqlı paylaşım
Xalq artisti, görkəmli xanəndə Səkinə İsmayılova sosial media hesabında paylaşımla diqqət çəkib.Citypost.az-ın məlumatına görə, S. İsmayılova mərhum Xalq artisti Baba Mahmudoğlu ilə birlikdə iştirak etdiyi, görkəmli bəstəkar Zülfüqar Hacıbəylinin operası olan *“Aşıq Qərib”*dən fotoşəkil paylaşıb.Qeyd edək ki, operada Səkinə İsmayılova Şahsənəm, Baba Mahmudoğlu isə Aşıq Qərib obrazını canlandırıb.Həmin maraqlı kadrları təqdim edirik:Turan
11 Mart 2026, 13:35
Zakir Fərəcov aktyorları təltif etdi
10 Mart – Milli Teatr Günü münasibətilə və şəhərin mədəni həyatındakı fəal iştiraklarına görə Sumqayıt Dövlət Dram Teatrının bir qrup əməkdaşı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov tərəfindən fəxri fərmanla təltif olunub.Citypost.az xəbər verir ki, təltif olunanlar arasında Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Fəranə Musayeva və İlahə Səfərova, həmçinin aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Şəms Abdullayeva, Füzuli Qərənizadə, Elay Xasiyev və Aynur Hümmətova yer alır.Teatrın əməkdaşları göstərilən diqqət və qiymət üçün minnətdarlığını bildiriblər və mədəniyyət sahəsində fəaliyyətlərini daha da artıracaqlarını qeyd ediblər.Yegane ...
11 Mart 2026, 12:57
Rauf Ağakişiyev “Qızıl Dərviş” mükafatı ilə təltif olunub
Sumqayıt Dövlət Dram Teatrının istedadlı aktyoru, Əməkdar artist Rauf Ağakişiyev 10 Mart – Milli Teatr Günü münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov tərəfindən “Qızıl Dərviş” mükafatı ilə təltif olunub.Citypost.az xəbər verir ki, aktyor teatrın səhnəsində nümayiş olunan G.Xuqayevin “Varlı ev” tamaşasında (quruluşçu rejissor – Firidun Məhərrəmov) canlandırdığı Beçir obrazına görə bu yüksək qiymətləndirilməyə layiq görülüb.Turan
11 Mart 2026, 11:50
Saleh Bağırovun bacısından ürəkdolusu ad günü təbriki
Tanınmış aparıcı Saleh Bağırov ad günü münasibətilə bacısı Cəmilə Rzayeva sosial şəbəkə hesabında təbrik yazıb.Citypost.az xəbər verir ki, Cəmilə Rzayeva təbrikində bildirib ki, həyatda insanın ən böyük xoşbəxtliklərindən biri güvənəcəyi bir qardaşının olmasıdır və onun üçün bu xoşbəxtlik daha da böyükdür, çünki mükəmməl bir qardaşa sahibdir.O qeyd edib ki, Saleh yalnız bacısının sevimli qardaşı deyil, eyni zamanda ailəsi üçün qayğıkeş bir oğul, övladları üçün nümunəvi ata və bacısının uşaqları üçün mehriban dayıdır. Həyatda və ailədə hər zaman dayaqları olan bir insan kimi onu fərqləndirir.Cəmilə Rzayeva vurğulayıb ki, Saleh Bağırov həm də səhnədə peşəkarlığı, səmimiyyəti və tamaşaçı ilə qurduğu əlaqə ilə...
10 Mart 2026, 12:18