Cəlilabadda üzərində xəsarət izi olan 14 yaşlı yeniyetmənin meyiti aşkarlanıb
Hadisə 10 Mart 2026, 21:02
279
Cəlilabadda üzərində xəsarət izi olan meyit aşkarlanıb.
Hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.
Araşdırmalarla məlum olub ki, meyit kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna aiddir.
İlkin məlumata görə, mərhumun ürək nahiyəsində xəsarət izi olub.
Həmçinin oxuyun
Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində olması hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Cəlilabadda meyit tapılıb
Cəlilabadda 51 yaşlı kişinin meyiti aşkarlanıb.Hadisə rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb.Kənd sakini, 1975-ci il təvəllüdlü Zaur Babayevin yaşadığı evdə meyiti tapılıb.Meyit aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.
10 Mart 2026, 19:56
Saatlıda avtomobil piyadanı vuraraq öldürüb
Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Bəylik kəndi ərazisində baş verib.Minik avtomobili yolu keçən Bəylik kənd sakini, 1950-ci il təvəllüdlü Əlövsət Məmmədovu vurub.Bir müddət sonra piyada aldığı xəsarətlərdən ölüb.Faktla bağlı araşdırma aparılır.
09 Mart 2026, 15:13
Minik maşını hasara çırpıldı, 21 yaşlı sürücü öldü
Masallıda baş verən qəzada sürücü ölüb, sərnişin xəsarət alıb.Citypost.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Masallı rayonunun Mahmudavar kəndlərində baş verib.Masallı rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.Avtomobil yolun kənarındakı daş hasara çırpılıb. Qəza nəticəsində sürücü O. Zamanov hadisə yerində ölüb.Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.Faktla bağlı araşdırma aparılır....
09 Mart 2026, 12:34
Ötən həftə 67 nəfər xilas edilib
Ötən həftə 249 yanğın olub.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 249 yanğına çıxış, 39 halda köməksiz vəziyyətdə qalma və 6 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 26-sı azyaşlı olmaqla 67 nəfər xilas edilib, 3 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, avtoqəzalar nəticəsində avtomobillərdə sıxılı qalmış 2 nəfərin meyiti çıxarılaraq təhvil verilib....
09 Mart 2026, 12:16
Nəsimidə dərmandan zəhərlənən 66 yaşlı kişi həyatını itirdi
Bakıda dərmandan zəhərlənən 66 yaşlı kişi xəstəxanda ölüb.Citypost.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.Məlumata görə, 1960-cı il təvəllüdlü Tofiq Məmmədov yaşadığı 20 Yanvar küçəsindəki evdə dərmandan zəhərlənib. Xəstəxanaya çatdırılan kişi həmin gün orada infarktdan ölüb.Faktla bağlı araşdırma aparılır.
09 Mart 2026, 11:54
Cinayətdə şübhəli bilinən 97 nəfər saxlanıldı
Martın 7-də və 8-də ölkə ərazisində qeydə alınan 99, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Citypost.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb....
09 Mart 2026, 11:53