Bizə yazın

Baku

-°C

USD

-

Kəmaləddin Heydərov Aygün Kazımovanı seçibmiş  -  Maraqlı FAKT 

Cəmiyyət 15 İyul 2025, 17:03

6475

Kəmaləddin Heydərov yazdı,Aygün Kazımova oxudu   –   Baba Vəziroğlu  həmin tarixçədən DANIŞDI 

Son günlər sosial şəbəkələrdə "Səndən nigaranam" mahnısının trend olması müşahidə olunur.Tiktok platformasında bir çox istifadəçilər  xalq artisti Aygün Kazımovanın ifasında olan bu mahnının sədaları altında paylaşımlar edirlər.

CityPost.az   xəbər  verir    ki,Oxu24.com  sosial  şəbəkələrdə  yenidən  viral  olan    "Səndən nigaranam"  mahnısının tarixçəsi barədə araşdırma edib.

Məlumat üçün qeyd edək ki, mahnının  musiqisi  fövqəladə hallar naziri Kəmaləddin Heydərova  məxsusdur. O,bəstələrini  "Kamal" təxəllüsü ilə dinləyicilərə təqdim edir.

Bəs,Kəmaləddin Heydərov  bu mahnını necə ərsəyə gətirib?

Bu suallara cavab tapmaq məqsədi ilə Oxu24.com saytının əməkdaşı mahnının sözlərinin müəllifi  olan   nəğməkar şair  Baba Vəziroğlu ilə müsahibə alıb.

Sözügedən müsahibəni təqdim edirik:

-Baba müəllim,istərdim ki, dünyaya səs salan ortaq işinizin tarixçəsindən danışaq."Səndən nigaranam" necə yarandı?

- Bizim Kamal müəllimlə bildiyiniz kimi sıx əməkdaşlığımız var.Qayda belədir ki,Kamal müəllim melodiyanı yazır.Həmin melodiyanın üzərində mən sözləri yazıram.Bu, mahnı da belə oldu.Bir gün Kamal müəllim mənə melodiyanı təqdim etdi.Elə ilk andan melodiya məni tutdu.Mahnı 2000-ci  illərin əvvəlində  yarandı.Demək olar ki,təqdim olunduğu gündən  dinləyicilər tərəfindən  sevgi  ilə  qarşılandı. Daha sonra mahnının   məşhurluğu  sərhədləri  də  aşdı.

- Mahnının ilk ifaçısı xalq artisti Aygün Kazımova olub.Niyə məhz A.Kazımova.Bu kimin istəyi oldu?

- Bəli,mahnını ilk olaraq Aygün xanım ifa edib.İlk dəfə mahnı "Muğam"mərkəzində   mənim  yaradıcılıq  gecəmdə   Aygün  Kazımovanın   ifasında  təqdim  olundu.Daha sonra Aygün Kazımova onu öz albomuna   əlavə etdi. Mahnı çox populyarlıq qazandı.Qaldı ki,mahnının niyə məhz Aygün xanıma verilməsi sualına... Bu işlərə Kamal müəllim özü baxır. Həmişə də uğurlu seçimlər edib. Kamal müəllim özü istəmişdi ki,mahnını Aygün xanım ifa etsin...

- Dediniz ki,seçimləri Kamal müəllim özü edir. Bəs,bu mahnılara görə qonarrar ödənilirmi?Bu işlər necə həll olunur?

- Kamal müəllim bütün mahnıları   müğənnilərə ödənişsiz təqdim edir. O,yaradıcı insandır.Bəstələr də içdən gələn əsərlərdir.Bu mahnıya görə də,Aygün xanımdan ödəniş alınmayıb.Mən  də   indiyə kimi   müğənnilərdən mahnıya görə ödəniş almamışam.Əvvəllər bu qayda fərqli idi. Ödənişi bəstəkara,şairə dövlət özü edirdi.İndi yanaşma tam fərqlidir.

-Mahnı dünyaya çıxdı.Bunu kimin adına yazmaq olar?

-Bir gün bizə məktub gəldi ki, Özbəkistanın və Azərbaycanın xalq artisti Nəsibə Abdullayeva Aygün Kazımovanın diskindən mahnını dinləyib.Çox bəyəndiyi üçün özü də "Nigaranam"ı ifa edib. Bizə həmin ifanı göndərdilər.Həm Kamal müəllim, həm də mən çox bəyəndik bu ifanı.Nəsibə xanım mahnını tam olaraq başqa formada,öz stilində oxumuşdu. Bu ifadan sonra  mahnı dünyada məşhurlaşdı.Müxtəlif dillərdə,müxtəlif musiqi alətlərində  yayıldı.

-Nəsibə xanımla  bu  ifadan   sonra   görüşünüz oldumu?

-Bəli,Azərbaycana gəlmişdi.Görüşümüz oldu,onu rayonlarımızdan birinə qonaq dəvət etdik.Çox səmimi görüş  oldu.

- Etiraf edim ki, sözügedən mahnı,hətta mən onu əsər də adlandırardım...Mənim ən çox dinlədiyim mahnılardan biridir.Kimin ifasında desəniz,mən bu mahnını sevərəm.Bəs,sizin yanaşmanız necədir? "Səndən Nigaranam"-ı kim daha yaxşı oxuyub?

-Bu suala tam səmimi olaraq cavab verirəm ki,hamısı... Çünki,hərənin öz boğazı,öz səsi,öz yanaşması var.Mən həqiqətən də onları seçə bilmərəm.Hamısı yaxşı ifa edib.

-Kamal  müəllimlə   əməkdaşlığınız hər zaman belə uğurlu alınır?

-Kamal müəllimlə uğurlu iş birliyimiz çoxdur.Mahnıları da demək olar ki,bütün Azərbaycan bilir.Bu əməkdaşlıqda  cənab Prezidentin qızı Leyla xanımın da rolu var.Kamal müəllimin Leyla Əliyevanın babası,ümumilli lider Heydər Əliyevə həsr etdiyi şeirə yazdığı musiqi böyük sevgi qazandı.Söhbət xalq artisti Ağadadaş Ağayevin ifa etdiyi "Dön geri" mahnısından gedir. Bu şeiri Leyla xanım rus dilində yazmışdı.Mənə təqdim olundu ki,tərcümə edim və Kamal müəllimin bəstəsinə uyğun sözləri təqdim edim.Birlikdə işlədik.Dinləyicilərdən aldığımız mesajlara görə,mahnı çox uğurlu olub. İndiki dillə desək,trend olub.Leyla xanım özü də eşidəndə çox təsirlənmişdi...

-Baba müəllim,sonda yenə qayıdaq "Nigaranam"a. Baba Vəziroğlu kimdən nigarandır ki,bu qədər təsirli sözləri yaza bilib?

Baxın,bizim millət,bizim Xalq həssasdır.Biz bir-birimizə çox bağlıyıq.Nigarançılıq təkcə doğmaların bir-birinə olan yaşadıqları anlar deyil.Mən,misal üçün kəndimizdən,hətta orada yerləşən  yaxınlarımın məzarlarından və s. nigaran ola bilərəm.Bu hissi  ürəkdən yaşadığım üçün,sizin təbirinizcə desək,belə bir uğurlu sözlər alınıb... Qeyd edim ki, bu gün şefin (Red- Baba Vəziroğlu iş prosesində Kamal müəllimi belə adlandırır) doğum günüdür. Mən fürsətdən istifadə edib,Kamal müəllimi təbrik edirəm.Ona cansağlığı arzu edirəm.Dinləyicilər bizdən yeni mahnılar gözləsinlər.İşlərimiz çoxdur.

-Baba müəllim,müsahibəyə görə Sizə təşəkkür edirəm.

-Buyurun,hər zaman belə mövzularda danışmaq mənə də xoşdur.

Müsahibəni apardı : Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

SMM mütəxəssisi Şahin Qafarov KİMDİR? 

Bakı, Azərbaycan — Rəqəmsal dünyada öz adını yazdırmış Şahin Qafarov Xalid oğlu, bu gün yalnız Azərbaycanda deyil, 7 SNQ ölkəsini əhatə edən geniş bir coğrafiyada tanınan SMM (Social Media Marketing) mütəxəssisi kimi fəaliyyət göstərir.Kimdir Şahin Qafarov?29 aprel 1992-ci ildə Bakı şəhərinin Qaradağ rayonunun Sahil qəsəbəsində dünyaya gələn Şahin Qafarov, əsli etibarilə Gəncəli bir ailəyə mənsub olsa da, bütün həyatını paytaxt Bakıda yaşayıb. 273 saylı orta məktəbi bitirdikdən sonra AzMİU Kollecini uğurla tamamlayan Şahin, akademik biliklərini praktiki sahədə — rəqəmsal marketinqdə tətbiq etmək yolunu seçdi.SMM Sahəsindəki FəaliyyətiSosial media marketinqinin hər aspektini dərindən bilən Şahin Qafarov, xüsusilə TikTok platformasında qazandığı uğurlarla diqqət...

27 İyun 2026, 17:40

Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib 

Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycan Ordusunu 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.Citypost.az  xəbər verir ki, səfirlik bu barədə "X" sosial media hesabında yazıb."Qardaş Azərbaycanın şanlı Silahlı Qüvvələrini 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayırıq", - paylaşımda qeyd olunub.

26 İyun 2026, 17:26

DİN: İtkin düşən 6 nəfər tapılıb 

İtkin düşən 6 nəfər tapılıb.DİN-in mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, dünən polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

26 İyun 2026, 16:45

DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb 

Gürcüstanın Tbilisi şəhərində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev Gürcüstanın Sosial Xidmət Agentliyinin (SXA) direktoru Giorgi Çanturia ilə görüşüb.Bu barədə Citypost.az-a DSMF-dən məlumat verilib.Bildirilib ki, görüşdə DSMF ilə SXA arasında 2024-cü ildə Tbilisidə imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun, eləcə də sözügedən memorandumun tətbiqinə dair 2025-ci ildə Bakı şəhərində imzalanmış Tədbirlər Planının əhəmiyyəti vurğulanıb.Bununla yanaşı, pensiya-sığorta sahəsində təcrübə mübadiləsi, xidmətlərin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması üzrə birgə fəaliyyətin davam etdirilməsinin sosial müdafiə sistemlərinin daha səmərəli təşkilinə töhfə verə biləcəyi bildirilib.Daha sonra Zəka Mirzəyev son iki ildə Azərbaycanda sosial sığorta və pensiya sahəsində aparılan islahatlar, sosial xidmətlərin rəqəmsallaşdırılması və proaktiv...

26 İyun 2026, 16:30

Müdafiə Nazirliyinin hərbçilərinə ali hərbi rütbələr təqdim edilib 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə ali hərbi rütbələr təqdim edilib.Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran general-polkovnik Z.Həsənov onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.Təltif olunan zabitlər isə öz növbələrində göstərilən etimada görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bu etimadı...

26 İyun 2026, 16:15

Abşeronda 122 motoxuliqan saxlanılıb 

Abşeronda ötən gün 122 motoxuliqan saxlanılıb.DİN-dən Citypost.az verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən ötən gün keçirilən növbəti tədbir zamanı sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan və sürücülük hüququ olmayan 122 motoxuliqan saxlanılıb.Bildirilib ki, tədbirlər zamanı nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edən, əlavə işıq və səsboğucu qurğular quraşdıran 30, yükdaşıma qaydalarını pozan 11, müəyyən edilmiş keçidlərdə piyadalara yol verməyən 18 və sərxoş vəziyyətdə avtomobil idarə edən 6 sürücü barəsində də inzibati protokollar tərtib olunub....

26 İyun 2026, 15:25