Bizə yazın

Baku

-°C

USD

-

Ehtiram Məmmədov: Zəfər qazanan ordu gələcəyə inam yaradır

Siyasət 26 İyun 2026, 10:47

506

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü təkcə peşə bayramı deyil, həm də dövlətimizin müstəqilliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün əsas təminatçısı olan Azərbaycan Ordusunun keçdiyi şərəfli yolun təntənəsidir. Bu gün Silahlı Qüvvələrimizin qazandığı uğurlar, əldə etdiyi tarixi qələbələr və gələcək inkişaf perspektivləri haqqında danışarkən, ilk növbədə müasir Azərbaycan Ordusunun banisi olan Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır.

Azərbaycan Ordusunun bugünkü qüdrətinin təməli məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Hələ sovet dövründə Azərbaycanda milli hərbi kadrların hazırlanmasına böyük önəm verən Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Sonrakı illərdə minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu hərbi təhsil müəssisələrində oxumasına şərait yaradıldı. Bu siyasət sonradan müstəqil Azərbaycanın peşəkar zabit korpusunun formalaşmasında mühüm rol oynadı. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkədə sabitliyi təmin etməklə yanaşı, nizami ordu quruculuğuna başladı, pərakəndə silahlı dəstələri vahid komandanlıq altında birləşdirdi və müasir Milli Ordunun əsaslarını yaratdı.

1994-cü ildə atəşkəs əldə olunduqdan sonra Silahlı Qüvvələrin inkişafı daha sistemli xarakter aldı. Ordunun maddi-texniki bazası möhkəmləndirildi, döyüş hazırlığı gücləndirildi, hərbi təhsil sistemi təkmilləşdirildi və beynəlxalq əməkdaşlıq genişləndirildi. Məhz həmin dövrdə qoyulan möhkəm təməl sonrakı illərdə Azərbaycan Ordusunun regionun ən güclü hərbi qüvvəsinə çevrilməsini təmin etdi. Ulu Öndərin "Güclü dövlətin güclü ordusu olmalıdır" fikri bu gün də ölkəmizin təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.

Ümummilli Liderin müəyyən etdiyi strateji kurs Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə yüksəldilmişdir. Son iyirmi ildən artıq müddətdə Azərbaycan Ordusu ən müasir silah və texnika ilə təchiz edilmiş, hərbi sənaye kompleksi yaradılmış, hərbçilərin sosial müdafiəsi gücləndirilmiş, döyüş hazırlığı ən yüksək səviyyəyə çatdırılmışdır. Ordumuzun arsenalına daxil edilən müasir pilotsuz uçuş aparatları, raket sistemləri, radioelektron mübarizə vasitələri və digər yüksək texnologiyalar onun döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır. Bütün bunlar Prezident İlham Əliyevin ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqaməti elan etməsinin məntiqi nəticəsidir.

Azərbaycan Ordusunun gücü ilk növbədə 2016-cı ilin Aprel döyüşlərində özünü göstərdi. Dörd gün ərzində düşmənə sarsıdıcı zərbələr endirən ordumuz strateji yüksəklikləri və mühüm əraziləri azad etdi. 2018-ci ildə Günnüt əməliyyatı zamanı isə Naxçıvan istiqamətində əlverişli mövqelər nəzarətə götürüldü. Bu uğurlar həm Azərbaycan cəmiyyətində qələbə əzmini daha da gücləndirdi, həm də ordumuzun qarşısında duran ən böyük vəzifənin – torpaqlarımızın işğaldan azad edilməsinin mümkün olduğunu nümayiş etdirdi.

2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ən parlaq səhifəsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu misilsiz şücaət göstərərək Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri də daxil olmaqla yüzlərlə yaşayış məntəqəsini işğaldan azad etdi. Xüsusilə Şuşa əməliyyatı dünya hərb tarixində özünəməxsus yer tutdu. Dağları, qayaları aşaraq düşmən mövqelərinə daxil olan Azərbaycan əsgəri Vətən sevgisinin, qəhrəmanlığın və peşəkarlığın ən ali nümunəsini nümayiş etdirdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi və Azərbaycan xalqı tarixi Zəfərə qovuşdu.

2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə dövlət suverenliyimizin tam bərpası ilə nəticələndi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi və Azərbaycan Respublikasının Konstitusiya quruluşu bütün ərazilərimizdə təmin edildi. Bununla da uzun illər davam edən işğal və separatizm dövrünə son qoyuldu. Azərbaycan Ordusu bir daha sübut etdi ki, qarşıya qoyulan istənilən vəzifəni yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir.

Bu gün Azərbaycan Ordusu artıq qalib ordudur. Qarabağ və Şərqi Zəngəzurda yeni hərbi hissələr yaradılır, komando briqadaları formalaşdırılır, hərbi təhsil sistemi təkmilləşdirilir və Türkiyə Silahlı Qüvvələrinin qabaqcıl təcrübəsi əsasında yeni islahatlar həyata keçirilir. Güclü iqtisadiyyat, müasir silahlanma, peşəkar hərbi heyət və xalqla ordunun sarsılmaz birliyi Azərbaycan Silahlı Qüvvələrinin gələcək uğurlarının əsas təminatçısıdır. 26 İyun – Silahlı Qüvvələr Günündə hər bir Azərbaycan hərbçisi böyük qürur hissi ilə deyə bilər ki, bu gün xidmət etdiyimiz ordu Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanmış, ərazi bütövlüyümüzü və dövlət suverenliyimizi tam bərpa etmiş qüdrətli Azərbaycan Ordusudur.

Qarabağ ordenli, qazi Polkovnik-leytenant Ehtiram Məmmədov

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azər Allahverənov: Qəhrəman əsgərlərimiz xalqımızın qürurudur

Dövlətin qüdrəti, ilk növbədə, onun təhlükəsizliyini etibarlı şəkildə təmin edən güclü ordusunda təcəssüm olunur. Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi yol da məhz xalqın milli iradəsini, müstəqillik əzmini və Vətənə bağlılığını əks etdirən şərəfli bir salnamədir. Azərbaycan milli ordusunun əsası 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Cümhuriyyət xalqın yaddaşında müstəqil dövlətçilik ideyasının və milli hərb ənənələrinin əsasını formalaşdırdı. 1918-ci il iyunun 26-da qəbul edilən qərar milli ordunun yaradılması istiqamətində atılmış taleyüklü addım idi. Həmin dövrün hərbçiləri üçün Vətənin keşiyində dayanmaq sadəcə peşə deyil, müqəddəs bir missiya hesab olunurdu. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, onun qoyduğu...

26 İyun 2026, 11:16

Ceyhun Məmmədov: Ordumuz dövlətimizin gücüdür

Milli Məclisin deputatı Ceyhun Məmmədov 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.Citypost.az xəbər verir ki, deputat Azərbaycan Ordusunun bütün şəxsi heyətini, veteran hərbçiləri və bu şərəfli peşəyə ömrünü həsr edən hər kəsi bayram münasibətilə təbrik edib.Ceyhun Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, məhz bu uzaqgörən siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilərək torpaqlarımızın azad olunmasına və ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olub.Deputat vurğulayıb ki, Azərbaycan əsgəri və zabiti...

26 İyun 2026, 11:09

Asif Əsgərov: Azərbaycan Ordusu regionun ən güclülərindəndir

Milli Məclisin deputatı Asif Əsgərov 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.Citypost.az xəbər verir ki, deputat paylaşımında Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad etdiyini, onlara Allahdan rəhmət dilədiyini bildirib. O, qəhrəman qazilərə möhkəm cansağlığı, şəhid ailələrinə isə səbir və dözüm arzulayıb.Asif Əsgərov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu siyasəti və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək regionun ən qüdrətli ordularından birinə çevrilib.Deputat vurğulayıb ki, Müzəffər Azərbaycan Ordusunun qazandığı şanlı...

26 İyun 2026, 11:08

Tamam Cəfərova: Hər bir əsgər Ulu Öndərin irsinin qoruyucusudur

Bu gün regionun ən güclü və mütəşəkkil silahlı qüvvələrindən birinə çevrilən Azərbaycan Ordusunun inkişaf yolu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı və onun uzaqgörən siyasəti ilə qırılmaz tellərlə bağlıdır. 26 İyun — Silahlı Qüvvələr Günü, sadəcə təqvimdə bir bayram deyil, həm də ulu öndərin illər öncə əsasını qoyduğu böyük hərbi strategiyanın və xalqın qəhrəmanlıq salnaməsinin təntənəsidir.Azərbaycanda hərbi kadrların hazırlanması və milli ordu quruculuğunun ilkin təməlləri hələ sovet rejiminin ən sərt dövrlərində, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra atılmışdır. Sovet İttifaqı rəhbərliyinin yerli respublikalarda milli hərbi kadrların yetişməsinə qısqanclıqla yanaşdığı bir dönəmdə, Heydər Əliyev fövqəladə cəsarət və...

25 İyun 2026, 11:22

İranın aktivləri kimə xidmət edəcək? Səməd Bayramzadə AÇIQLADI

Razılaşmadan sonra öldürülən rəhbərlərin sonu və taleyiDonald Tramp və Skott Bessant İran rejiminin azad edilmiş aktivlərinin bir hissəsinin Amerika soya paxlası, buğda və qarğıdalı almaq üçün istifadə olunacağını elan etdikdən sonra sosial media istifadəçiləri də boş oturmadılar və süni intellektlə yaradılmış çoxsaylı yumoristik şəkillər paylaşaraq bu iddialara reaksiya verdilər.Bu zarafatların çoxunun əsas diqqət mərkəzində, istifadəçilərin fikrincə, son illərdə İslam Respublikasının bir sıra ən vacib rəhbərlərinin və komandirlərinin öldürülməsində rol oynamış bir ölkədən kənd təsərrüfatı məhsullarının alınması dayanır; bu ziddiyyət onlayn yumor dalğasının mövzusuna çevrilib.İran xalqı üçün qida, yoxsa Amerika fermerləri üçün təzə bazar?İslam Respublikası rəsmiləri dondurulmuş İran aktivlərinin azad edilməsi...

25 İyun 2026, 10:50

Tofiq Zülfüqarov: Ermənistanda hər kəsin öz xəritəsi var

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın siyasi rəhbərliyində ölkənin gələcək sərhədləri ilə bağlı müxtəlif yanaşmaların olduğunu bildirib.Citypost.az xəbər verir ki, sabiq nazir qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın, eləcə də digər siyasi fiqurların istifadə etdikləri rəmzlər və xəritə təsvirləri bir-birindən fərqlənir və bu, müxtəlif siyasi baxışların göstəricisi kimi qiymətləndirilə bilər.T. Zülfüqarovun fikrincə, Ermənistan cəmiyyətində və siyasi elitasında "Ermənistanın hansı sərhədləri əhatə etməsi" məsələsinə dair vahid yanaşmanın olmaması regional proseslərə də təsir göstərir.Politoloq hesab edir ki, Azərbaycan bu məsələlərdə öz mövqeyini qətiyyətlə müdafiə etməli və qarşı tərəfə mövcud geosiyasi reallıqları izah etməlidir....

25 İyun 2026, 10:47