Putinə üsyan hədəsi: rusiyalı hərbçinin şok müraciəti
Dünya 26 İyun 2026, 15:05
377
Rusiyalı hərbçi Aleksandr Lunin iyunun 25-də "Instagram" hesabında Rusiya Prezidenti Vladimir Putinə videomüraciət yayımlayaraq onunla canlı efirdə görüş tələb edib. O bildirib ki, yalnız bu yolla ölkədə və orduda baş verənlər barədə "bütün həqiqətləri" dövlət başçısına çatdıra bilər.
Citypost.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə müxalif meduza saytı xəbər yayıb.
Luninin sözlərinə görə, müraciəti yayımlamazdan əvvəl onunla Müdafiə Nazirliyi və hüquq-mühafizə orqanlarının yüksək vəzifəli nümayəndələri əlaqə saxlayıb və prezidentə çatdırılmalı olan məlumatları məhz onun vasitəsilə ötürməyi qərara alıblar. Hərbçi iddia edir ki, buna səbəb Putinin onun daha əvvəl yaydığı videomüraciəti izləməsi olub.
Yeni videoda Lunin Rusiya Silahlı Qüvvələrinin rəhbərliyinə qarşı ciddi ittihamlar səsləndirib. O bildirib ki, minlərlə hərbçi "mənasız intihar əmrlərini" yerinə yetirməkdən imtina etdikləri və ya komandirlərinə pul vermədikləri üçün cəzalandırılır, xüsusi saxlanma yerlərində işgəncələrə məruz qalırlar.
Lunin ən sərt bəyanatını isə Putinə ünvanlayıb. O xəbərdarlıq edib ki, əgər Kremlin onu canlı yayımda qəbul etməsi təmin olunmasa, bunun ağır nəticələri olacaq. "Əgər mənimlə Kremldə canlı yayım təşkil edilməsə, nəticələr çox ciddi olacaq. Ordu silahını Kremlə çevirəcək", – deyə o bildirib.
Videomüraciət sosial şəbəkələrdə sürətlə yayılıb və 24 saat ərzində təxminən 11 milyon baxış toplayıb.
Aleksandr Lunin kimdir?
Picture background
Müstəqil Rusiya KİV-lərinin məlumatına görə, Aleksandr Lunin Voronej vilayətindən olan kiçik çavuşdur və Ukraynaya qarşı aparılan müharibədə iştirak edib. Məlumat sızmalarına əsasən, o, Rusiya ordusunun 150-ci motoatıcı diviziyasında xidmət edib və döyüş zamanı yaralanıb.
Həmçinin oxuyun
39 yaşlı hərbçi əvvəllər Pustovalov soyadını daşıyıb. O, 2023-cü ildə soyadını Luninə dəyişib. Həmin ilin dekabrında isə Rosfinmonitorinqin ekstremist və terrorçular siyahısından çıxarılıb.
Luninin sözlərinə görə, o, 19 yaşından müxtəlif silahlı münaqişələrdə iştirak edib, bir neçə "qaynar nöqtə"dən keçib, dəfələrlə yaralanıb və kontuziya alıb. O, həmçinin ciddi fiziki və psixoloji sağlamlıq problemlərinin olduğunu bildirir.
Lunin 2022-ci ilin sonundan Rusiyanın işğalı altında olan Zaporojye vilayətində yaradılmış "Sudoplatov" adına könüllü batalyonda xidmət edib. O, əvvəlcə atıcı, daha sonra kəşfiyyat bölməsinin komandiri, sonradan isə kəşfiyyat taqımının rəhbəri olub. Onun sözlərinə görə, xidmət müddətində minaatan və artilleriya üzrə hazırlıq keçib, əsasən Kursk istiqamətində döyüş tapşırıqlarını yerinə yetirib və burada ağır kontuziya alıb.
Lunin iddia edir ki, 2025-ci ildə iki hərbçinin silahsız döyüş tapşırığına göndərilməsi barədə video paylaşdıqdan sonra "Bars" dəstəsindən uzaqlaşdırılıb.
Bundan sonra o, işğal altında olan Zaporojye vilayətində fəaliyyət göstərən "Sudoplatov adına Texniki İnkişaf və Xidmətlər Mərkəzi" adlı müəssisədə çalışıb.
Onun sözlərinə görə, döyüş veteranı kimi aldığı aylıq pensiya cəmi 4 500 rubl təşkil edir.
2026-cı ilin əvvəlindən etibarən Lunin müxtəlif platformalarda şəxsi kanallar açaraq fəal şəkildə videolar paylaşmağa başlayıb. Təkcə mart ayından bəri onun "Instagram" hesabında 700-dən çox video yayımlanıb.
Lunin bildirir ki, cəbhədə döyüşən hərbçilər ona mütəmadi olaraq foto və videogörüntülər göndərirlər. O iddia edir ki, həmin materiallarda müharibənin real mənzərəsi əks olunub və Putinə məhz bu görüntüləri göstərmək istəyir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
Rusiyanın keçmiş müdafiə naziri Sergey İvanov vəfat edib.APA-nın Moskva bürosu xəbər verir ki, İvanov 73 yaşında vəfat edib.Qeyd edib edək ki, bu ilin fevralın 4-də Vladimir Putin Sergey İvanovu ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edib. O, fevralın 16-da Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılıb.Xatırladaq ki, İvanov Putinlə birlikdə KQB-də, xarici kəşfiyyatda çalışıb. İvanov Rusiya Federasiyasında isə Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb....
26 İyun 2026, 16:05
Krım və Sevastopolda fövqəladə vəziyyət elan edildi
Krım və Sevastopolda iqtisadi problemlərin həlli üçün regional fövqəladə vəziyyət elan edilib."Unikal" xəbər verir ki, bu barədə respublika rəhbəri Sergey Aksyonov özünün "Telegram" kanalında bildirib. O, Sevastopol qubernatoru Mixail Razvojayevlə birlikdə müvafiq hüquqi rejimlərin tətbiqi ilə bağlı fərmanlar imzalamaq qərarına gəldiyini söyləyib. Krım rəhbəri qeyd edib ki, "Qərar əsasən iqtisadi məsələləri sadələşdirmək üçün verilib".Onun sözlərinə görə, fövqəladə vəziyyət əhalinin dolanışığının asılı olduğu bütün sahələrin sabit fəaliyyəti ilə bağlı problemlərin ən səmərəli şəkildə həllinə imkan verir.Son zamanlar yarımada tez-tez Ukrayna hücumlarına məruz qalır və enerji...
26 İyun 2026, 14:50
Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür etdi
Biz Azərbaycan ilə təbii qaz təchizatı sahəsində çox vacib danışıqlar aparmışıq və optimal, münasib qiymətə iki milyard kubmetrdən çox qaz zəmanəti almışıq.Modern.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Parlamentə illik hesabatı zamanı deyib.Onun sözlərinə görə, hesabat dövründə qazlaşdırma prosesi zamanı təxminən 10 min ev təsərrüfatını əhatə edən 60-dan çox yaşayış məntəqəsi qaz təchizatı şəbəkəsinə qoşulub.“Ölkəmiz üçün fundamental əhəmiyyət kəsb edən qaz təchizatı ilə bağlı dost ölkəmiz olan Azərbaycanla çox vacib danışıqlar apardıq və bu danışıqlar böyük uğurla başa çatdırılıb. Danışıqlar və əldə edilən nəticələr üçün həm İqtisadiyyat Nazirliyinə, həm də azərbaycanlı dostlarımıza təşəkkür etmək istəyirəm. Bu,...
26 İyun 2026, 14:35
Dağıstanda terrorçu internet şəbəkəsinin 17 yaşlı lideri saxlanılıb
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) və İstintaq Komitəsi Dağıstanda terror fəaliyyəti ilə əlaqəli beynəlxalq internet icmasının 17 yaşlı administratorunun saxlanıldığını açıqlayıb.Citypost.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, yeniyetmə Rusiyada məktəblərə silahlı hücumların təşkili, avtomobillərin yandırılması və müxtəlif ölkələrdə terror aktları ilə bağlı yalan məlumatların yayılmasına cəlb olunmaqda şübhəli bilinir.FSB bildirib ki, saxlanılan şəxs tanınmış terror təşkilatlarının tərəfdarlarını birləşdirən ən böyük onlayn icmalardan birini idarə edib. Qurumun iddiasına əsasən, onun fəaliyyəti Ukrayna xüsusi xidmət orqanları tərəfindən əlaqələndirilib və rusiyalı yeniyetmələrin terror xarakterli əməllərə cəlb edilməsinə yönəlib.Rusiya İstintaq Komitəsi isə 17 yaşlı yeniyetmənin məktəblərdə qətllər törətməyə hazırlıqla bağlı ittiham olunduğunu açıqlayıb.FSB-nin məlumatına...
26 İyun 2026, 12:07
Rusiya: Gecə ərzində 660 Ukrayna dronu məhv edilib
Rusiya Müdafiə Nazirliyi iyunun 26-na keçən gecə ölkənin müxtəlif regionları, eləcə də Qara və Azov dənizləri üzərində 660 Ukrayna pilotsuz uçuş aparatının ələ keçirilərək məhv edildiyini açıqlayıb.Citypost.az TASS agentliyinə istinadən xəbər verir ki, məlumatına görə, dronlar Belqorod, Bryansk, Kursk, Orel, Kaluqa, Lipetsk, Rostov, Voronej, Tula, Ryazan və Həştərxan vilayətlərində, Moskva vilayətində, həmçinin Krım ərazisində vurulub.Agentliyin hesablamalarına əsasən, bu hücum 2026-cı ilin əvvəlindən etibarən Ukrayna tərəfindən həyata keçirilən ən genişmiqyaslı dron əməliyyatı olub.Tula vilayətinin qubernatoru kütləvi hücum nəticəsində bir nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, bölgədə 157 dron məhv edilib, Novomoskovsk şəhərində yerləşən sənaye müəssisələrindən birinə ziyan dəyib. Həmin ərazidə “Azot”...
26 İyun 2026, 12:04
İsveç qışa hazırlıq üçün Ukraynaya 154 milyon dollar ayıracaq
İsveç hökuməti Ukraynanın enerji sektoruna dəstək məqsədilə 2026-cı il üçün 1,5 milyard İsveç kronu (154 milyon dollar) məbləğində yeni yardım paketi ayırıb.Citypost.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İsveç Krallığının Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.Açıqlamada qeyd olunub ki, vəsait Ukraynanın qış mövsümünə hazırlığı və enerji infrastrukturunun dayanıqlığının artırılması üçün nəzərdə tutulub.Ukraynanın energetika naziri Denis Şmıxal isə vətəndaşları qarşıdan gələn sərt qışa hazır olmağa çağırıb. O, daha əvvəl ölkənin enerji sektorunda fövqəladə vəziyyət elan edildiyini açıqlamışdı.Qeyd edək ki, son aylarda enerji infrastrukturuna hücumlar Ukraynanın enerji təminatında ciddi çətinliklər yaradıb.Əli...
26 İyun 2026, 11:55