Bizə yazın

Baku

-°C

USD

-

Sosial şəbəkələrdə söyüş söyən keçmiş müəllim KİMDİR?

Cəmiyyət 18 Oktyabr 2025, 23:59

1234

Son vaxtlarda  sosial şəbəkələrdə  əxlaqsızlığı,bayağılığı,cinayəti təbliğ edən şəxslərə qarşı  tədbirlər görülməkdə davam edir.

Qeyd edilən silsilə tədbirlərin nəticəsi olaraq  “Tiktok” da  və  digər  sosial  şəbəkələrdə    nalayiq  ifadələr  istifadə   edənlərin  sayı  xeyli  azalıb.Bu şəbəkələr  üzərində  nəzarət  olduğundan  istifadəçilər bir  növ  cəzadan  çəkinirlər.

CityPost.az  Oxu24.com -a istinadən xəbər  verir  ki,bu yolu seçən  bir  sıra  sosial şəbəkə istifadəçiləri özlərinə yeni  məkan tapıblar. Bu proqram “Bigo Live” adlanır. Bu barədə saytımıza bir neçə şəxs müraciət edərək  şikayətlərini bildiriblər.

Sayta müraciət edən X.Y adlı xanım bildirib ki, sözügedən sosial şəbəkədə canlı yayımlara çıxan  Tural Talıblı adlı   şəxs  istifadəçiləri  açıq  söyüşlərlə  təhqir və təhdid edir. Sözügedən şəxs  bu  sosial  şəbəkənin  polis nəzarətindən kənar  olmasından  pərvazlanaraq  bu addımı  atır.

Bununla bağlı saytımıza bir neçə  video  görüntü də təqdim olunub.Sözügedən  videoda mətbuatda  səsləndiirlməsi mümkün olmayan ifadələr olduğu üçün təqdim edə bilmədik.

Bəs,bu şəbəkə  haradan idarə  olunur?Nəzarət niyə yoxdur?

Araşdırmamız zamanı məlum oldu ki,sözügedən proqram  Rusiya və Sinqapurun birgə nəzarətində olan sosial şəbəkədir.Bir sıra ölkələr  burada  açıq  pornoqrafiyanın təbliği  getdiyi üçün bu proqramı  bloklayıb.Azərbaycanda isə  proqrama nəzarət demək olar ki, yoxdur.

 Əldə etdiyimiz məlumata görə,Tural Talıblı  “Bigo Live” proqramında “Dino” ləqəbi ilə qeydiyyatdan keçib.Onun keçmiş hərbi hazırlıq müəllimi olduğu deyilir.

Oxu24.com iddialarla bağlı  Tural Talıblı ilə əlaqə saxlayıb. O,məsələdə qarşı tərəfi ittiham edib.

“Bu proqramda  qadınlar  pul  qarşılığında  özlərini kişilərə təklif edilər.Əxlaqsızlığı yayırlar. Proqram Azərbaycan tərəfindən təsdiq olunmadığı üçün istədiklərini edirlər.Həmin  proqramda qadınlardan biri mənim 1600 pulumu yeyib.Bunun üstündə aramızda münahisə düşdü.Mən də əsəblərimi saxlaya bilməyib,ona etik olmayan sözləri dedim.İş hazırda polisdədir”,-deyə Tural Talıblı bildirib.

Oxu24.com “Bigo Live” proqramı barədə araşdırmalarını davam etdirəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İsa Həbibbəylinin milyonluq obyekti üzə çıxdı   - Akademik milyonları  necə ƏLDƏ EDİB?

Ramiz Mehdiyevin həbsi fonunda müzakirə obyekti  olan şəxslərdən biri də AMEA-nın prezidenti İsa Həbibbəylidir.Yerli media yazır ki, Ramiz Mehdiyevin qruplaşmasında  İsa Həbibbəyli də yer alır.Mətbuat İsa Həbibbəylinin dəfələrlə deputat seçilməsinə və  AMEA-ya rəhbər posta gəlməsini Ramiz Mehdiyevlə bağlayır.CityPost.az    xəbər  verir   ki, bundan əlavə  AMEA  prezidenti  övladları ilə bağlı yayılan mənfi informasiyarla da  medianın gündəminə düşüb. Onun qızı  Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nağd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyinə dair  məlumat yayılıb.AMEA rəhbəri Manset.az-a açıqlamasında yayılan məlumatların şişirdildiyini deyib.“Bu barədə dünən oxumuşam. Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pul...

22 Oktyabr 2025, 15:59

Ramiz Mehdiyevin ateist  olduğu üzə çıxdı  -  FOTO 

Dövlətə xəyanət ittihamı  ilə həbs edilən  Ramiz  Mehdiyev  ətrafında  müzakirələr  davam edir.Müzakirə mövzuları  Ramiz  Mehdiyevin əməlləri  kimi  çoxşaxəlidir.Buraya Ramiz Mehdiyevin  cinayətlərindən  tutmuş,vəzifədə olan qohumları,himayə etdiyi məmurlar,hətta yazdığı kitablar  və s. mövzular var.CityPost.az     xəbər  verir    ki, Oxu24.com  Ramiz  Mehdiyev  haqqında  araşdırma  apararkən  onun  ateist  olması  haqqında  fakta  da rast  gəlib.Maraqlıdır  ki, bu vaxta qədər   "vurulmuş"  boz  kardinalı  məsciddə,yaxud  digər  dini   mərkəzlərdə  görən  olmayıb.Bu,fakt  onun  wikipediya  məlumatların da da öz əksini tapıb. Həmin bölmədə  Ramiz  Mehdiyevin  ateist  olduğu  qeyd  olunub.Bəs,ateizm  nədir? Kimlərə ateist demək olar?Ateist - elə bir insandır, hansı ki, hər hansı bir fövqəltəbii canlının (allah, ruhlar, ilahiyyət) olmasını...

22 Oktyabr 2025, 13:15

COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb 

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti 2026-cü il yanvarın 1-dək uzadılıb.Bnunla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Belə ki, sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.Qeyd edək ki, bu müddət oktyabrın 1-də başa çatıb.

22 Oktyabr 2025, 10:41

Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək 

Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək.CityPost.az  xəbər verir ki, bu, parlamentin 24 oktyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.Layihəyə əsasən, Cəmilova Xəyalə Adil qızı, Hüseynov Zaur Nazim oğlu Bakı Apelyasiya Məhəkəməsinin hakimləri vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimləri təyin ediləcəklər.

21 Oktyabr 2025, 17:07

Boz kardinalın hələ də  vəzifədə olan qohumlarının bir qismi  

Prezident Administrasiyasının sabiq rəhbəri, dövlət çevrilişinə cəhddə və dövlətə xəyanətdə ittiham olunan akademik Ramiz Mehdiyevin həbsi ilə bağlı rezonans davam etdiyi bir vaxtda, ictimaiyyətin diqqət mərkəzinə düşən əsas məqamlardan biri onun qohumlarının hələ də yüksək vəzifədə  çalışmasıdır.CityPost.az   Azərbaycan mediasında zaman-zaman adları çəkilən Mehdiyevin dövlət vəzifəsini tutan qohumlarının siyahısını təqdim edir:1.Teymur Mehdiyev - oğlu.2014-cü il 5 may tarixindən fövqəladə hallar nazirinin müavinidir.General-mayor ali hərbi rütbəsi daşıyır. 2018-ci ildə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.2.Kamilə Əliyeva - qızı. Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. Psixologiya elmləri doktorudur.3.Qalina Mehdiyeva – həyat yoldaşı.Bakı Dövlət  Universitetinin Tətbiqi Riyaziyyat kafedrasının müdiri,Fizika-riyaziyyat elmləri doktoru,...

21 Oktyabr 2025, 15:48

Mehdiyev işi: proses bu tarixdən başlayıbmış - Yeni detallar 

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə bəzi təfərrüat məlum olub.CityPost.az  APA-ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ramiz Mehdiyevin ətrafında aparılan kompleks əməliyyat-texniki tədbirlər onunla bağlı cinayət işi başlamamışdan xeyli əvvələ təsadüf edir.Belə ki, Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı mövcuddur.Bu həftə isə Ramiz Mehdiyevin vəkilləri onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apellyasiya şikayəti veriblər. Bu məqsədlə onlar DTX-dəki cinayət işinin materialları ilə, DTX-nin vəsatəti əsasında Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış qərarlarla tanış olublar.Məlumata görə,...

21 Oktyabr 2025, 14:48