Mehdiyevin hakimiyyətdə gizlənən komandası: kimlərdir?
Cəmiyyət 20 Oktyabr 2025, 10:21

1034
Dövlətə xəyanət ittihamı ilə həbs edilən Ramiz Mehdiyevin komandasının üzvləri haqqında məlumatlar mediada tirajlanır. Rusiyaya bağlı “beşinci kolon”un memarı olan Mehdiyevin imperativ maraqlara xidmət etdiyi sirr olmadığı kimi, “xidmətçiləri”nin olduğu da bəllidir.
- Prezident Administrasiyasının rəhbəri olarkən vəzifə səlahiyyətlərindən istifadə edərək, hakim komandanın formalaşmasında özünə bağlı – “beşinci kolon”un üzvü ola biləcək şəxslərə üstünlük verib;
- Bu xidmətdən boyun qaçıranlar ya vəzifəsindən məhrum edilib, ya da bacarıq və intellektindən asılı olmayaraq, karyera yüksəlişinə maneələr yaradılıb.
“Keçmiş qvardiya” adlandırılan komandada - diplomatiyadan tutmuş təhlükəsizlik sektoruna, informasiya müstəvisindən başlamış mədəniyyət, yaxud bank sektoruna qədər müxtəlif sahələrdə vəzifə daşımış şəxslərin Mehdiyevin qrupunda yer alması haqda məlumatlarda doğruluq payı böyükdür, lakin tam deyil. Axı Mehdiyev “beşinci kolon”un qurulmasını keçmiş nazir və məmurların məsul olduğu sahələr üzrə həyata keçirmirdi, əksinə, yüksək postlarla yanaşı, aşağı ranqlı vəzifələrə təyinatları da nəzarətdə saxlamağa çalışırdı. Bu baxımdan, “Mehdiyevin komandası” kimi adları çəkilən şəxslərin aysberqin görünən tərəfi olduğu, görünməyən tərəfin isə daha genişmiqyaslı olduğunu ictimai-siyasi sferaya bələd olan hər kəs təsdiqləyə bilər.
Mehdiyevin komandası hakimiyyətin hər üç qolunda – qanunverici, icraedici və məhkəmə sistemində yer alır. Osminoqa bənzər şəbəkə “boz kardinal” vəzifədə olarkən, daha geniş imkanlara malik idi, lakin 2019-cu ildən – Mehdiyevin postundan göndərilməsindən sonra müəyyən qədər “qan itirsə” də, hələ də aktiv fəaliyyətdə olduğu məlumdur.
Qanunverici hakimiyyət
Parlament seçkilərində ənənəvi olaraq, hakim partiyanın namizədləri, eləcə də müstəqil namizədlərin seçilmək şansı daha çox olur. YAP-ın resurs və nüfuzunu nəzərə alanda, hakim partiyanın siyahısında yer alanların qanunverici orqana düşməsi siyasətin təbii üzü hesab oluna bilər. Lakin sirr deyil ki, Mehdiyev PA rəhbəri olduğu dövrdə bu siyahıya birbaşa müdaxilə edir və ona bağlı olanlara, yaxud perspektivdə “beşinci kolon”un üzvü olmaq potensalına malik olan şəxslərə üstünlük tanıyırdı. Müstəqil namizədlərin parlamentə “buraxılması” isə birbaşa onun “kurasiyası”nda olub. Lakin Mehdiyev konstruktiv müxalifətin seçki mübarizəsinin nəticələrinə də təsir etməyə çalışıb hər zaman, çox vaxt buna nail olub da. Onun PA rəhbəri olduğu dövrdə qanunverici orqanın tərkibi ilə bağlı kuluarlarda “Mehdiyevin deputatları” misalı tez-tez hallanardı. 2019-cu ildə onun gedişindən sonra islahat dalğasının növbəti ünvanı qanunverici orqan olacaqdı. Çünki icraedici orqanda həyata keçirilən islahatlardan sonra hakimiyyətin digər qollarının da adekvat fəaliyyəti təmin olunmalı idi.
2020-ci il parlament seçkilərində böyük dəyişiklik ümidləri yaranmışdı: qanunverici orqanda Prezident İlham Əliyevin islahat kursuna adekvat fəaliyyət göstərə biləcək mandat sahibləri üstünlük təşkil etməli, “Mehdiyevin komandası” getməli idi, lakin tam əksi baş verdi; “köhnə komanda”nın üzvü kimi tanınan şəxslər kiçik istisnalar olmaqla, yenidən kürsüyə qayıtdılar;
Həmin vaxt bu arzuolunmaz vəziyyətin iki mümkün səbəbi görünürdü:
Birincisi, PA-dan gedən Mehdiyev AMEA-da kabinet əldə etməklə təsir imkanlarını saxlamağa çalışırdı: onun elm ocağını siyasi intirqalar yuvasına çevirdiyi, özü getsə də, hələ də qərarverici mərkəzlərdə qalan “beşinci kolon”un üzvlərini buradakı ofisindən idarə və koordinasiya etdiyi haqa məlumatlar vardı;
İkincisi, Mehdiyev postundan getsə də, ona bağlı köhnə komanda hələ də təsir imkanlarını qoruyurdu və Azərbaycan müqəddəs məqsədə - Vətən müharibəsinə hazırlaşdığı vaxt ölkə daxilində problemlərə yol aça biləcək radikal addımlara ehtiyac görünmürdü;
2024-cü il parlament seçkiləri isə artıq tam yeni reallıqlar fonunda keçirilirdi. Torpaqlarımızın azad edilməsindən sonra qanunverici orqanın bütün respublikanı praktiki olaraq, əhatə etməsinə yaranmış zərurət parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini şərtləndirdi. Və bütün cəmiyyətdə qanunverici orqanın həm Prezident İlham Əliyevin qlobal səviyyədə həyata keçirdiyi siyasətə, həm də yeni reallıqlara adekvat şəkildə formalaşacağı gözləntisi yaranmışdı. Bu dəfə proseslərə müdaxilə edə biləcək Ramiz Mehdiyev də yox idi, artıq keçmiş kimi xatırlanan “boz kardinal” bağ evində inzivaya çəkilmişdi.
2 sentyabr 2024-cü il: seçkilərdən bir gün sonra böyük ümidlərlə oyanan Azərbaycan qanunverici orqanda 4 il öncəki analoji mənzərə ilə qarşılaşdı. Bu dəfə də istisnalar böyük deyildi, azsaylı yeni simaları saymasaq, tərkibdə “Mehdiyev komandası” çoxluq təşkil edirdi. Həmin vaxt geniş müzakirələrə yol açan bu mənzərənin səbəblərini 14 oktyabr 2025-ci il tarixindən boylananda daha aydın görmək olur: dövlətə xəyanət ittihamı ilə həbs edilən Ramiz Mehdiyev “bağ evindən” komandasını idarə etməklə ölkədə çevriliş planları hazırlayırmış, yəni “boz kardinal” keçmişə çevrilməklə barışmayaraq, sadiq adamlarının parlamentdə təmsil olunması naminə pərdəarxası direktivlər verib;
Bütün bunlar qanunverici orqanda “Mehdiyev komandası”nın hələ də qaldığı deməkdir və məsələ heç də mediada tirajlanan bir neçə addan ibarət deyil.
Məhkəmə hakimiyyəti
Həmçinin oxuyun
Mehdiyevin xüsusi diqqət ayırdığı sahələrdən biri hakimiyyətin məhkəmə qolunda “beşinci kolon”un kök salması olub, PA rəhbəri olduğu dövrdə buna böyük ölçüdə nail olub da. 2019-cu ildə isə hakimiyyətin icraedici qolunda başlanan, qanunverici qolunda tam həyata keçirilə bilməyən islahatlar məhkəmə qolunda müəyyən qədər nəticə əldə etdi, lakin yenə yekunlaşmadı. Bu gün məhkəmə hakimiyyətində Mehdiyevin komandasının üzvü olanlar hələ də fəaliyyətdədir. Bu baxımdan, məhkəmə strukturlarına da xüsusi diqqət yetirilməlidir.
İcraedici hakimiyyət
Bu sahədə Mehdiyev komandasının qalıqları xüsusilə çoxluq təşkil edir, çünki “boz kardinal” PA rəhbəri olduğu dövrdə həm mərkəzi, həm yerli icraedici orqanların qərarverici ranqda olan bütün postlarına öz adamlarının təyinatına çalışırdı. Onun postundan gedişindən sonra mərkəzi icra hakimiyyətindəki mənzərə dəyişdi. Proses Prezident İlham Əliyevin böyük islahat dalğasına start verdiyi 2018-ci ildən başlamışdı və 2020-ci ildə - Vətən müharibəsindən öncə böyük ölçüdə tamamlandı. Lakin aşağı strukturlarda, xüsusilə yerli idarəetmə funksiyasını həyata keçirən Rayon İcra Hakimiyyətlərində vəziyyət dəyişməyib, çünki Mehdiyev demək olar ki, bütün bölgələrə öz adamlarını yerləşdirməyi bacarmışdı.
Onun yerli icraedici orqanlara təyinat prosesində iki prinsipə əsaslandığı deyilir.
1. Birbaşa özünə sadiq olan şəxslər rayon icra hakimiyyətlərinə “başçı” olaraq göndərilirdi;
2. “Başçı”nın müavinlərindən ən azı biri rayon rəhbərliyinə nəzarət və alternativ məlumatları ötürən şəxs olurdu;
2019-cu ildən sonra yerli icraedici orqanlarda dəyişikliklər olsa da, Mehdiyev komandası demək olar ki, bütün rayonlarda iş başındadır. Və istisna deyil ki, “boz kardinal”ın çevriliş cəhdində ilk hərəkətə keçəcək “qvardiya” rolunu oynayacaqdılar.
Bütün bunlarla yanaşı, Mehdiyevin komandası – “beşinci kolon” axtarışında hakimiyyətə müxalif olan düşərgəyə də nəzərə yetirmək lazımdır, xüsusilə radikal qanada. 2013-cü ildə Rusiyadan mədət uman Milli Şuranın qurulmasında Mehdiyevin əhəmiyyətli rol oynadığı sirr deyil. Bunu təsdiq edən detallardan biri “mitinq taktikası”dır. 2019-cu ilə - Mehdiyevin PA rəhbəri olduğu dövrə qədər ölkənin bir nömrəli siyasi gündəmi radikal müxalifətin fəaliyyəti olub.
- Media resurslarında bu qüvvələrin fəaliyyəti kəskin tənqid olunur, hətta mövcud imkanları və potensialı həddindən artıq şişirdilirdi;
- Mütəmadi olaraq mitinqlər keçirir, birbaşa Prezident İlham Əliyevi hədəfə alırdılar;
Qarşılıqlı şəkildə pasların ötürülməsində məqsəd aydın görünürdü: ictimai dayaqlarını itirən bu qüvvələr informasiya müstəvisində gündəmdə qalmaq və “mitinq taktikası” ilə mövcudluqlarını saxlayır, Mehdiyev və komandası isə onlara qarşı “mübarizə” ilə hakimiyyətin qorunmasında “əvəzedilməz rollarını” nümayiş etdirirdilər;
Mehdiyevin gedişi ilə mitinqlər də, “hakimiyyətə təhlükə” də yoxa çıxdı.
Hərçənd, real təhlükə hələ də qalır, həm qanunverici, həm məhkəmə, həm icraedici orqanlarda. “Beşinci kolon” osminoq kimi bütün sahələrə yayılıb və daha dərin köklərə malikdir. Bundan xilas olmaq üçün genişçaplı təmizliyə ehtiyac var.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

İsa Həbibbəylinin milyonluq obyekti üzə çıxdı - Akademik milyonları necə ƏLDƏ EDİB?
Ramiz Mehdiyevin həbsi fonunda müzakirə obyekti olan şəxslərdən biri də AMEA-nın prezidenti İsa Həbibbəylidir.Yerli media yazır ki, Ramiz Mehdiyevin qruplaşmasında İsa Həbibbəyli də yer alır.Mətbuat İsa Həbibbəylinin dəfələrlə deputat seçilməsinə və AMEA-ya rəhbər posta gəlməsini Ramiz Mehdiyevlə bağlayır.CityPost.az xəbər verir ki, bundan əlavə AMEA prezidenti övladları ilə bağlı yayılan mənfi informasiyarla da medianın gündəminə düşüb. Onun qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nağd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyinə dair məlumat yayılıb.AMEA rəhbəri Manset.az-a açıqlamasında yayılan məlumatların şişirdildiyini deyib.“Bu barədə dünən oxumuşam. Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pul...
22 Oktyabr 2025, 15:59

Ramiz Mehdiyevin ateist olduğu üzə çıxdı - FOTO
Dövlətə xəyanət ittihamı ilə həbs edilən Ramiz Mehdiyev ətrafında müzakirələr davam edir.Müzakirə mövzuları Ramiz Mehdiyevin əməlləri kimi çoxşaxəlidir.Buraya Ramiz Mehdiyevin cinayətlərindən tutmuş,vəzifədə olan qohumları,himayə etdiyi məmurlar,hətta yazdığı kitablar və s. mövzular var.CityPost.az xəbər verir ki, Oxu24.com Ramiz Mehdiyev haqqında araşdırma apararkən onun ateist olması haqqında fakta da rast gəlib.Maraqlıdır ki, bu vaxta qədər "vurulmuş" boz kardinalı məsciddə,yaxud digər dini mərkəzlərdə görən olmayıb.Bu,fakt onun wikipediya məlumatların da da öz əksini tapıb. Həmin bölmədə Ramiz Mehdiyevin ateist olduğu qeyd olunub.Bəs,ateizm nədir? Kimlərə ateist demək olar?Ateist - elə bir insandır, hansı ki, hər hansı bir fövqəltəbii canlının (allah, ruhlar, ilahiyyət) olmasını...
22 Oktyabr 2025, 13:15

COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti 2026-cü il yanvarın 1-dək uzadılıb.Bnunla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Belə ki, sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.Qeyd edək ki, bu müddət oktyabrın 1-də başa çatıb.
22 Oktyabr 2025, 10:41

Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək
Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək.CityPost.az xəbər verir ki, bu, parlamentin 24 oktyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.Layihəyə əsasən, Cəmilova Xəyalə Adil qızı, Hüseynov Zaur Nazim oğlu Bakı Apelyasiya Məhəkəməsinin hakimləri vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimləri təyin ediləcəklər.
21 Oktyabr 2025, 17:07

Boz kardinalın hələ də vəzifədə olan qohumlarının bir qismi
Prezident Administrasiyasının sabiq rəhbəri, dövlət çevrilişinə cəhddə və dövlətə xəyanətdə ittiham olunan akademik Ramiz Mehdiyevin həbsi ilə bağlı rezonans davam etdiyi bir vaxtda, ictimaiyyətin diqqət mərkəzinə düşən əsas məqamlardan biri onun qohumlarının hələ də yüksək vəzifədə çalışmasıdır.CityPost.az Azərbaycan mediasında zaman-zaman adları çəkilən Mehdiyevin dövlət vəzifəsini tutan qohumlarının siyahısını təqdim edir:1.Teymur Mehdiyev - oğlu.2014-cü il 5 may tarixindən fövqəladə hallar nazirinin müavinidir.General-mayor ali hərbi rütbəsi daşıyır. 2018-ci ildə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.2.Kamilə Əliyeva - qızı. Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. Psixologiya elmləri doktorudur.3.Qalina Mehdiyeva – həyat yoldaşı.Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat kafedrasının müdiri,Fizika-riyaziyyat elmləri doktoru,...
21 Oktyabr 2025, 15:48

Mehdiyev işi: proses bu tarixdən başlayıbmış - Yeni detallar
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə bəzi təfərrüat məlum olub.CityPost.az APA-ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ramiz Mehdiyevin ətrafında aparılan kompleks əməliyyat-texniki tədbirlər onunla bağlı cinayət işi başlamamışdan xeyli əvvələ təsadüf edir.Belə ki, Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı mövcuddur.Bu həftə isə Ramiz Mehdiyevin vəkilləri onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apellyasiya şikayəti veriblər. Bu məqsədlə onlar DTX-dəki cinayət işinin materialları ilə, DTX-nin vəsatəti əsasında Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış qərarlarla tanış olublar.Məlumata görə,...
21 Oktyabr 2025, 14:48