Bizə yazın

Baku

-°C

USD

-

Gəzmədiyi nazirlik qalmayıb - Ramiz Mehdiyev oğlunu hakimiyyətə hazırlayırdı? 

Cəmiyyət 19 Oktyabr 2025, 15:20

1013

Ramiz Mehdiyevin oğlunun hərbi xidmət müəmması 

Prezident Administrasiyasının 87 yaşlı sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması, ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması kimi ağır ittihamların irəli sürülməsi, diqqəti onunla yanaşı ailə üzvlərinin də keçmiş və indiki fəaliyyətinə yönəldib.

R.Mehdiyev vəzifədə olduğu dövrdə geniş səlahiyyətlərindən və təsir imkanlarından istifadə edərək övladlarını, yaxın qohumlarını yüksək dövlət postlarına təyin etdirə bilib. pizza sifarişi

“Yeni Sabah” xəbər verir ki, onun oğlu Teymur Mehdiyevin tərcümeyi-halına diqqət yetirəndə bunu aydın şəkildə görmək olar.

Amma bu məsələdə bir müəmma da var, bu barədə bir qədər sonra.

Teymur Ramiz oğlu Mehdiyev 1975-ci il iyunun 25-də Gürcüstan Sovet Sosialist Respublikasının Abxaziya Muxtar Sovet Sosialist Respublikasının Suxumi şəhərində anadan olub.

Uğursuz xəfiyyə

1982-ci ildən 1992-ci ilə qədər Bakı şəhərində 134 saylı orta məktəbdə təhsil alıb. 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1997-ci ildə həmin universiteti bitirib.

1997-ci ildə Milli Təhlükəsizlik Nazirliyində (2015-ci ildə ləğv olunub) işə başlayır. Lakin gənc Teymurun ölkənin milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanındakı işi uzun sürmür. O, 1999-cu ildə xəfiyyə karyerasına son qoyur.  

Üç il DİN-də

Teymur Mehdiyev elə həmin il dövlətin daha bir mühüm strukturunda, bu dəfə hüquq-mühafizə orqanında özünü sınamaq qərarına gəlir, yaxud atası Ramiz Mehdiyev oğlunu Daxili İşlər Nazirliyinə (DİN) sırıyır. Beləliklə, 24 yaşlı T.Mehdiyev 1999-cu ildə DİN-də işə başlayır. Onun bu nazirlikdə hansı vəzifədə işlədiyi məlum olmasa da, hüquq-mühafizə orqanındakı fəaliyyəti də uzun çəkmir,  2001-ci ildə DİN-dən ayrılır.

Teymurun U dönüşü

Bəs sonra nə olur? R.Mehdiyevin oğlunun karyerasında U dönüşü baş verir. O, bu dəfə diplomatiya sahəsinə üz tutur. T.Mehdiyev polis mundirini mıxdan asıb, brend markadan olan kostyumunu geyinib, qalstukunu taxıb Xarici İşlər Nazirliyində kresloda əyləşir. Onun buradakı vəzifəsinin nədən ibarət olduğu bilinməsə də, diplomat karyerası çox çəkmir. Gənc Teymur 6 ildə üçüncü iş yerini də tərk edir. O, 2004-cü ildə XİN-dəki işindən çıxır.

Ramiz Mehdiyev oğlunu haralara göndərir?

T.Mehdiyev diplomat ola bilməsə də, 29 yaşında karyerasında yüksəliş başlayır. O, həmin il gənclər, idman və turizm nazirinin müavini təyin olunur. 2006-cı ildə bu nazirlik ləğv olunur, yerində  Mədəniyyət ve Turizm Nazirliyi yaradılır. Ramiz Mehdiyevin oğlu da vəzifəsini qoruyur. O, 2011-ci ilə qədər mədəniyyət və turizm nazirinin müavini postunu tutur.  

Teymur Mehdiyev həmin il Dövlət Miqrasiya Xidmətinə transfer  olunur. O, xidmət rəisinin birinci müavini vəzifəsinə gətirilir. 2011-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilir. Lakin 36 yaşında artıq general olan T.Mehdiyev burada da çox qalmır. Cəmi 3 il sonra Dövlət Miqrasiya Xidmətindəki vəzifəsindən ayrılır.

O, 2014-cü il may ayının 5-də fövqəladə hallar nazirinin müavini təyin edilir. Elə həmin il general-mayor ali hərbi rütbəsi alır. 2018-c ildə isə “Vətənə xidmətə görə” ordeni alır.

T.Mehdiyev artıq 11 ildir bu vəzifədə işləyir. Göründüyü kimi o, yalnız atası hakimiyyətdə təsir imkanlarını itirəndən sonra bir vəzifədə bərqərar ola bilib.

Teymur Mehdiyev hərbi xidmətdən yayınıb?

İndi isə gələk müəmmaya: tərcümeyi-halından aydın olur ki, Ramiz Mehdiyevin oğlu universiteti bitirən kimi işləməyə başlayıb. O, 1997-ci ildə BDU-da təhsilini başa vurub, elə diplomunu alan kimi də o zamanki MTN-də işə başlayıb. Bəs Teymur Mehdiyev nə zaman həqiqi hərbi xidmətdə olub? Ümumiyyətlə olubmu? Əgər olmayıbsa, xüsusi xidmət və hüquq-mühafizə orqanında necə işə qəbul edilib? General-mayor ali xüsusi rütbəsini necə alıb?

Onun MTN-dəki işi nə olub? Əgər bu hərbi xidmətdirsə, niyə tərcümeyi-halında iş kimi yazılıb? Yoxsa Teymur Mehdiyev həqiqi hərbi xidmətə yararsız olub? (hər bir insanın səhhətində problem ola bilər. Belə olan halda Azərbaycan qanunvericiliyi həmin şəxsləri hərbi xidmətə yararsız sayır) Amma əsgəri xidmətdə olmayıb, hərbi bilet almayanları hüquq-mühafizə, xüsusi xidmət, hərbi qurumlarda işə götürmürlər. Bunun üçün ilk növbədə hərbi xidmət keçməlisən, yararlı hərbi bilet almalısan. Ramiz Mehdiyevin oğlu bunu etməyib, əsgərlikdə olmayıb. Hər halda açıq mənbələrdəki informasiyalar belə deyir.  

PA rəhbəri oğlunu prezident etmək istəyirdi?

T.Mehdiyevin 14 il ərzində 6 qurum dəyişməsinə gəlincə, hələ həmin dövrlərdə ekspertlər bunu bir amillə izah edirdilər. Onlar Ramiz Mehdiyevin oğlunun işlədiyi qurumlara diqqəti yönəldirdilər. Bura dövlətin milli təhlükəsizliyi, daxili sabitliyi və xarici siyasəti ilə məşğul olan 3 mühüm struktur daxildir - DİN, XİN və keçmiş MTN. Ölkənin idarəçiliyində bu qurumlar mühüm rol oynayırlar və hamısının rəhbərləri Təhlükəsizlik Şurasının üzvləridir.

Ona görə də ekspertlər hesab edirdilər ki, R.Mehdiyev oğlunu yüksək vəzifəyə, bəlkə də birbaşa hakimiyyətə hazırlayır. Ona görə də mühüm dövlət qurumlarında təcrübə toplaması, idarəçiliyi mənimsəməsi, milli təhlükəsizlik, diplomatiya və daxili sabitlik siyasəti qaydalarını öyrənməsi üçün oğlunun yerini tez-tez dəyişib.

Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İsa Həbibbəylinin milyonluq obyekti üzə çıxdı   - Akademik milyonları  necə ƏLDƏ EDİB?

Ramiz Mehdiyevin həbsi fonunda müzakirə obyekti  olan şəxslərdən biri də AMEA-nın prezidenti İsa Həbibbəylidir.Yerli media yazır ki, Ramiz Mehdiyevin qruplaşmasında  İsa Həbibbəyli də yer alır.Mətbuat İsa Həbibbəylinin dəfələrlə deputat seçilməsinə və  AMEA-ya rəhbər posta gəlməsini Ramiz Mehdiyevlə bağlayır.CityPost.az    xəbər  verir   ki, bundan əlavə  AMEA  prezidenti  övladları ilə bağlı yayılan mənfi informasiyarla da  medianın gündəminə düşüb. Onun qızı  Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nağd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyinə dair  məlumat yayılıb.AMEA rəhbəri Manset.az-a açıqlamasında yayılan məlumatların şişirdildiyini deyib.“Bu barədə dünən oxumuşam. Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pul...

22 Oktyabr 2025, 15:59

Ramiz Mehdiyevin ateist  olduğu üzə çıxdı  -  FOTO 

Dövlətə xəyanət ittihamı  ilə həbs edilən  Ramiz  Mehdiyev  ətrafında  müzakirələr  davam edir.Müzakirə mövzuları  Ramiz  Mehdiyevin əməlləri  kimi  çoxşaxəlidir.Buraya Ramiz Mehdiyevin  cinayətlərindən  tutmuş,vəzifədə olan qohumları,himayə etdiyi məmurlar,hətta yazdığı kitablar  və s. mövzular var.CityPost.az     xəbər  verir    ki, Oxu24.com  Ramiz  Mehdiyev  haqqında  araşdırma  apararkən  onun  ateist  olması  haqqında  fakta  da rast  gəlib.Maraqlıdır  ki, bu vaxta qədər   "vurulmuş"  boz  kardinalı  məsciddə,yaxud  digər  dini   mərkəzlərdə  görən  olmayıb.Bu,fakt  onun  wikipediya  məlumatların da da öz əksini tapıb. Həmin bölmədə  Ramiz  Mehdiyevin  ateist  olduğu  qeyd  olunub.Bəs,ateizm  nədir? Kimlərə ateist demək olar?Ateist - elə bir insandır, hansı ki, hər hansı bir fövqəltəbii canlının (allah, ruhlar, ilahiyyət) olmasını...

22 Oktyabr 2025, 13:15

COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb 

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti 2026-cü il yanvarın 1-dək uzadılıb.Bnunla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Belə ki, sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.Qeyd edək ki, bu müddət oktyabrın 1-də başa çatıb.

22 Oktyabr 2025, 10:41

Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək 

Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək.CityPost.az  xəbər verir ki, bu, parlamentin 24 oktyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.Layihəyə əsasən, Cəmilova Xəyalə Adil qızı, Hüseynov Zaur Nazim oğlu Bakı Apelyasiya Məhəkəməsinin hakimləri vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimləri təyin ediləcəklər.

21 Oktyabr 2025, 17:07

Boz kardinalın hələ də  vəzifədə olan qohumlarının bir qismi  

Prezident Administrasiyasının sabiq rəhbəri, dövlət çevrilişinə cəhddə və dövlətə xəyanətdə ittiham olunan akademik Ramiz Mehdiyevin həbsi ilə bağlı rezonans davam etdiyi bir vaxtda, ictimaiyyətin diqqət mərkəzinə düşən əsas məqamlardan biri onun qohumlarının hələ də yüksək vəzifədə  çalışmasıdır.CityPost.az   Azərbaycan mediasında zaman-zaman adları çəkilən Mehdiyevin dövlət vəzifəsini tutan qohumlarının siyahısını təqdim edir:1.Teymur Mehdiyev - oğlu.2014-cü il 5 may tarixindən fövqəladə hallar nazirinin müavinidir.General-mayor ali hərbi rütbəsi daşıyır. 2018-ci ildə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.2.Kamilə Əliyeva - qızı. Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. Psixologiya elmləri doktorudur.3.Qalina Mehdiyeva – həyat yoldaşı.Bakı Dövlət  Universitetinin Tətbiqi Riyaziyyat kafedrasının müdiri,Fizika-riyaziyyat elmləri doktoru,...

21 Oktyabr 2025, 15:48

Mehdiyev işi: proses bu tarixdən başlayıbmış - Yeni detallar 

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə bəzi təfərrüat məlum olub.CityPost.az  APA-ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ramiz Mehdiyevin ətrafında aparılan kompleks əməliyyat-texniki tədbirlər onunla bağlı cinayət işi başlamamışdan xeyli əvvələ təsadüf edir.Belə ki, Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı mövcuddur.Bu həftə isə Ramiz Mehdiyevin vəkilləri onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apellyasiya şikayəti veriblər. Bu məqsədlə onlar DTX-dəki cinayət işinin materialları ilə, DTX-nin vəsatəti əsasında Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış qərarlarla tanış olublar.Məlumata görə,...

21 Oktyabr 2025, 14:48