Ramiz Mehdiyev nə qədər pensiya alır? — “Gözqamaşdıran məbləğ”
Cəmiyyət 20 Oktyabr 2025, 16:42
885
Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb edilən keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin adı gündəmdən düşmür. Məsələn, sosial şəbəkələrdə onunla bağlı açılan müzakirələrdən birində Mehdiyevin çox yüksək - "gözqamaşdıran məbləğdə” pensiya aldığı bildirilir. Bu iddialara görə, Mehdiyev 10-12 min arasında pensiya ilə təmin olunur.
Qeyd edək ki, Azərbaycanda əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat təşkil edir. Əgər Mehdiyevlə bağlı pensiya iddiası doğrudursa, onda onun təqaüdünün fantastik məbləğdə olduğunu vurğulamaq olar.
İddialara rəğmən, Ramiz Mehdiyevin aylıq pensiyasının konkret məbləğini qeyd edə bilmərik. Çünki Dövlət Sosial Müdafiə Fondu bu məbləği vətəndaşın razılığı olmadan rəsmi olaraq açıqlamır.
Modern.az saytı Mehdiyevin pensiya məbləğini araşdırmağa çalışıb.
Amma məlum olub ki, akademikin pensiyasını hesablamaq da xeyli çətindir. Bunun üçün lazım olan məlumatlar (onun almış olduğu rəsmi maaş, staj müddəti, əlavə ödənişlər) dəqiq məlum deyil. Amma əminliklə qeyd edə bilərik ki, uzun illər Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti kimi yüksək vəzifələrdə işləmiş şəxsin pensiyası sıradan əmək pensiyasından on-iyirmi dəfələrlə yüksəkdir.
Azərbaycanda dövlət qulluqçuları, deputatlar, yüksək vəzifəli şəxslərin pensiyası xidmət müddətinə və vəzifəsinin rəsmi maaşına görə müəyyən faizlərlə hesablanır - məsələn, deputatlar üçün "təxminən maaşın 80 %-ə qədəri” kimi maddə var.
Ekspertlər deyirlər ki, Ramiz Mehdiyev kimi yüksək vəzifəli məmurun pensiyası nəzəri baxımdan orta əmək pensiyasından dəfələrlə yüksək ola bilər — çünki yüksək maaş, uzun əmək stajı, ali statuslu dövlət qulluqçusu kimi xüsusi əlavələr burada xüsusi rol oynayan amillərdir.
Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. Bu "yüksək vəzifə + uzun staj” deməkdir. O, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti postunu da tutub.
Həmçinin oxuyun
Bundan başqa, 87 yaşlı akademik 2007-ci ildən AMEA-nın həqiqi üzvüdür. Ölkə başçısnın sərəncamına əsasən, 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat təşkil edir.
Yəni Ramiz Mehdiyev hazırda təkcə akademik rütbəsinə görə ayda 2000 manat alır.
Ramiz Mehdiyevə 2003-cü ildən - 65 yaşı tamam olduğu vaxtdan pensiya kəsilib. Həmin dövrdən indiyə kimi isə pensiyalar dəfələrlə illik indeksləşdirilib ki, bu da onun aldığı təqaüdün məbləğinin artmasına təsirsiz ötüşməyib.
Qüvvədə olan "Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanuna əsasən, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də pensiyanın təyin olunması şərtlərinə daxildir. Bioqrafiyasında qeyd olunduğu kimi, Ramiz Mehdiyev 1965-ci ildən 1991-ci ilə kimi keçmiş sovet-partiya-dövlət sistemində müxtəlif vəzifələr tutub.
"Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 6.1.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla pensiya məbləği təyin olunur.
Qanunun 7.1-ci maddəsində deyilir: "Pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır”.
Ramiz Mehdiyev kimi uzun illər yüksək vəzifədə fəaliyyət göstərmiş şəxsin pensiya məbləğinin fantastik olması hüquqi baxımdan əsaslandırılsa da, ictimai baxımdan müzakirə və suallar doğurur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İsa Həbibbəylinin milyonluq obyekti üzə çıxdı - Akademik milyonları necə ƏLDƏ EDİB?
Ramiz Mehdiyevin həbsi fonunda müzakirə obyekti olan şəxslərdən biri də AMEA-nın prezidenti İsa Həbibbəylidir.Yerli media yazır ki, Ramiz Mehdiyevin qruplaşmasında İsa Həbibbəyli də yer alır.Mətbuat İsa Həbibbəylinin dəfələrlə deputat seçilməsinə və AMEA-ya rəhbər posta gəlməsini Ramiz Mehdiyevlə bağlayır.CityPost.az xəbər verir ki, bundan əlavə AMEA prezidenti övladları ilə bağlı yayılan mənfi informasiyarla da medianın gündəminə düşüb. Onun qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nağd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyinə dair məlumat yayılıb.AMEA rəhbəri Manset.az-a açıqlamasında yayılan məlumatların şişirdildiyini deyib.“Bu barədə dünən oxumuşam. Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pul...
22 Oktyabr 2025, 15:59
Ramiz Mehdiyevin ateist olduğu üzə çıxdı - FOTO
Dövlətə xəyanət ittihamı ilə həbs edilən Ramiz Mehdiyev ətrafında müzakirələr davam edir.Müzakirə mövzuları Ramiz Mehdiyevin əməlləri kimi çoxşaxəlidir.Buraya Ramiz Mehdiyevin cinayətlərindən tutmuş,vəzifədə olan qohumları,himayə etdiyi məmurlar,hətta yazdığı kitablar və s. mövzular var.CityPost.az xəbər verir ki, Oxu24.com Ramiz Mehdiyev haqqında araşdırma apararkən onun ateist olması haqqında fakta da rast gəlib.Maraqlıdır ki, bu vaxta qədər "vurulmuş" boz kardinalı məsciddə,yaxud digər dini mərkəzlərdə görən olmayıb.Bu,fakt onun wikipediya məlumatların da da öz əksini tapıb. Həmin bölmədə Ramiz Mehdiyevin ateist olduğu qeyd olunub.Bəs,ateizm nədir? Kimlərə ateist demək olar?Ateist - elə bir insandır, hansı ki, hər hansı bir fövqəltəbii canlının (allah, ruhlar, ilahiyyət) olmasını...
22 Oktyabr 2025, 13:15
COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti 2026-cü il yanvarın 1-dək uzadılıb.Bnunla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Belə ki, sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.Qeyd edək ki, bu müddət oktyabrın 1-də başa çatıb.
22 Oktyabr 2025, 10:41
Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək
Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək.CityPost.az xəbər verir ki, bu, parlamentin 24 oktyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.Layihəyə əsasən, Cəmilova Xəyalə Adil qızı, Hüseynov Zaur Nazim oğlu Bakı Apelyasiya Məhəkəməsinin hakimləri vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimləri təyin ediləcəklər.
21 Oktyabr 2025, 17:07
Boz kardinalın hələ də vəzifədə olan qohumlarının bir qismi
Prezident Administrasiyasının sabiq rəhbəri, dövlət çevrilişinə cəhddə və dövlətə xəyanətdə ittiham olunan akademik Ramiz Mehdiyevin həbsi ilə bağlı rezonans davam etdiyi bir vaxtda, ictimaiyyətin diqqət mərkəzinə düşən əsas məqamlardan biri onun qohumlarının hələ də yüksək vəzifədə çalışmasıdır.CityPost.az Azərbaycan mediasında zaman-zaman adları çəkilən Mehdiyevin dövlət vəzifəsini tutan qohumlarının siyahısını təqdim edir:1.Teymur Mehdiyev - oğlu.2014-cü il 5 may tarixindən fövqəladə hallar nazirinin müavinidir.General-mayor ali hərbi rütbəsi daşıyır. 2018-ci ildə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.2.Kamilə Əliyeva - qızı. Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. Psixologiya elmləri doktorudur.3.Qalina Mehdiyeva – həyat yoldaşı.Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat kafedrasının müdiri,Fizika-riyaziyyat elmləri doktoru,...
21 Oktyabr 2025, 15:48
Mehdiyev işi: proses bu tarixdən başlayıbmış - Yeni detallar
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə bəzi təfərrüat məlum olub.CityPost.az APA-ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ramiz Mehdiyevin ətrafında aparılan kompleks əməliyyat-texniki tədbirlər onunla bağlı cinayət işi başlamamışdan xeyli əvvələ təsadüf edir.Belə ki, Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı mövcuddur.Bu həftə isə Ramiz Mehdiyevin vəkilləri onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apellyasiya şikayəti veriblər. Bu məqsədlə onlar DTX-dəki cinayət işinin materialları ilə, DTX-nin vəsatəti əsasında Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış qərarlarla tanış olublar.Məlumata görə,...
21 Oktyabr 2025, 14:48