Ramiz Mehdiyev qadınları da qruplaşmaya yığıbmış - Boz kardinalın XƏYANƏT DOSYESİ
Cəmiyyət 20 Oktyabr 2025, 17:48
10260
Günlərdir medianın əsas gündəm mövzusu Ramiz Mehdiyevin xəyanəti,onun ailəsi,vəzifədə olan qohumları,əmlakları və bu kimi məsələlərdir.
Müzakirə olunan əsas mövzulardan biri də Ramiz Mehdiyevin komandasında kimlərin olması sualı ətrafında verilən şərhlərdir.Media bundan öncə Ramiz Mehdiyevlə əlaqəli bir neçə şəxsin adını açıqlamışdı.Həmin siyahıda əsasən “sabiqlər” yer alıb.
Ramiz Mehdiyevə bağlı olan şəxslər haqqında CityPost.az saytına özəl mənbədən siyahı daxil olub.
Məlumatı verən şəxs qeyd edir ki,Ramiz Mehdiyev işlərin əsas hissəsini bu şəxslərlə birgə görürmüş.Siyahıda mühüm post tutmuş xanımlar da yer alır.
Mənbənin saytımıza təqdim etdiyi siyahı aşağıdakı kimidir:
1. Ziya Məmmədov – Keçmiş nəqliyyat naziri. Onun Ramiz Mehdiyev komandasının “qara kassası” olduğu qeyd edilir.Hətta Ziya Məmmədovun sponsorluğu ilə Ramiz Mehdiyevə Göyçayda iki villa da tikdirib.Dövlət əleyhinə yönəlmiş gizli görüşlərin bir qisminin həmin villalarda keçirildiyi iddia olunur.Həmin villaların bu gün də mövcud olduğu bildirilir.
2.Ziya Məmmədovun qardaşı,eks deputat Elton Məmmədov.Ramiz Mehdiyev vasitəsi ilə AMEA-ya gətirilən Elton Məmmədov komandada fəal iştirak edənlərdən olub. Onun vaxtilə AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru olaraq Ramiz Mehdiyev üçün rüşvət sxemini qurduğu da vurğulanır.
Elton Məmmədov mediaya açıqlamasında iddialara bu cür münasibət bildirib:
“İddiaları araşdıran müvafiq icra orqanı var. Məni istintaqa cəlb etməyiblər. Müvafiq təşkilat Ramiz Mehdiyevlə bağlı araşdırma aparır. Ona görə də gözləməliyik ki, ədalətli araşdırma getsin, cinayətkar kimdirsə, cəzasını alacaq. Mən narahat deyiləm, mənə görə narahat olmayın”.
3.Əbülfəz Qarayev - sabiq mədəniyyət naziri.O,da vəzifədən “vurulduqdan” sonra R.Mehdiyevin yanında özünə sığınacaq tapıb.
4. Nəcməddin Sadıqov- Müdafiə nazirinin sabiq birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik. Bu ad kifayət qədər “qara işlərdə” bağlı hallansa da,hələlik məsuliyyətə cəlb edilmədiyi göz qabağındadır. Bu vaxta qədər onun “toxunulmaz” olmasına səbəb Ramiz Mehdiyev göstərilir.
5.Səfər Əbiyev – Keçmiş müdafiə naziri. O,da keçmiş vəzifəli kimi bu “birliyə” cəlb edilib.
6.Arif Alışanov – AzTV-nin keçmiş sədri,sabiq millət vəkili.
Qeyd edək ki, Arif Alışanov 2006–2019-cu illərdə AzTV-nin sədri olub.
7.Eldar Həsənov - Keçmiş baş prokuror və keçmiş səfir.Hazırda həbsdədir.
8.Cahangir Hacıyev – Azərbaycan Beynəlxalq Bankın keçmiş sədri.Hazırda həbsdədir.
Həmçinin oxuyun
9.Elmar Məmmədyarov - Keçmiş xarici işlər naziri. O,19 oktyabr 2025-ci il tarixdə Müsavat TV-yə verdiyi açıqlamada bu xəbərlərə reaksiya verib.Keçmiş nazir bildirib ki,onun Ramiz Mehdiyevlə işdən çıxdıqdan sonra əlaqəsi olmayıb.O,həmçinin Ramiz Mehdiyevin telefon nömrəsini bilmədiyini də açıqlayıb.
10.Əli Həsənov - Prezident Administrasiyasının keçmiş şöbə müdiri.O,da mətbuata açıqlamasında Ramiz Mehdiyevlə heç bir əlaqəsinin olmadığını deyir.”Ramiz Mehdiyevlə bağlı məsələlərədən mənə nə?” açıqlamasını verib.
11.Abel Məhərrəmov - Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru.O,komandanın fəal üzvü kimi tanınıb. Hətta 2020-ci ildə,pandemiya şəraitində baş tutan Ramiz Mehdiyevin nəvəsinin toyunda dediyi tostla gündəm olmuşdu.
12.Mərhum Oqtay Şirəliyev - Keçmiş səhiyyə naziri.O,da vəzifədən getdikdən sonra bu ortama qatılıb.
13.Əsabil Qasımov – Keçmiş milət vəkili,hazırda sahibkarlıqla məşğul olur.Əsabil Qasımov Ramiz Mehdiyevin kürəkəni,iş adamı İlham Əliyevlə sıx iş birliyində olub.Daha sonra aralarında problem yarandığı deyilir. Əsabil Qasımov Oxu24.com saytına açıqlamasında Ramiz Mehdiyevi və kürəkəni İlham Əliyevi düşmən adlandırmışdı.
14.Eldar Mahmudov - Ləğv edilmiş Milli Təhlükəsizlik naziri.Onun adı Ramiz Mehdiyevlə sıx hallanır.Yerli media onun həbsinə hazırlıq getdiyini yazır.
15.İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının sədri.Onun bu vəzifəyə gətirilməsi Ramiz Mehdiyevin əli ilə baş tutduğu iddia olunur.
16.Əhliman Əmiraslanov - Milli Məclisin deputatı,Milli Məclisin Səhiyyə Komitəsinin sədri. O,həmçinin Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının 2007-ci ildən direktorudur.Həmçinin 1993-cü ildən Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiridir. Maraqlıdır ki, Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının müalicə işləri üzrə direktor müavini, II cərrahiyyə şöbəsinin süd vəzisi bölməsinin müdiri vəzifəsini tutur.Onların ailə dostluğu bununla bitmir. Hətta oğlanları da yaxın münasibətləri ilə seçilir. Belə ki, Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun 8 müavinindən biridir.Onun dostu,Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev də nazirin müavinlərindən biridir.
17.Elmar Rüstəmov – Mərkəzi bankın keçmiş sədri.
18.Kamal Əliyev – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri postunu tutur.”Tərtər hadisələri”ndə adı hallanıb.Hətta bu mövzuda Kamal Əliyev AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədovu məhkəməyə vermişdi. O, Elton Məmmədov tərəfindən cinayətkar adlandırıldığı üçün xüsusi ittiham qaydasında Səbail Rayon Məhkəməsinə müraciət etmişdi.
19.Abbas Abbasov - Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini. 75 yaşlı Abbas Abbasov hazırda Moskvada dovşan təsərrüfatı ilə məşğuldur.
20.Fikrət Əliyev – Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşıdır. Onun vaxtı ilə Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin mətbuata verdiyi açıqlmada qeyd olunub ki, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun imzası ilə 23 iyun 2008-ci ildə ona məktub göndərilib. Məktubda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Əliyev Fikrət Əlisəftər oğlu Azərbaycan Beynəlxalq Universitetinə ümumi işlər üzrə prorektor təyin edilmək üçün göndərilir. ABU-da prorektor olan Fikrət Əliyev daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri vəzifəsində çalışıb. 2015-ci ildə "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 2017-ci ildə işdən çıxarıldığı bildirilir.Son illərdə isə Fikrət Əliyev AMEA-nın İşlər idarəsinə müvəqqəti müdir təyin olunmuşdu.
21.Məlahət İbrahimqızı - Milli Məclisin deputatıdır.O,haqqında yayılan xəbərlərə sərt reaksiya verib.O,Musavat.com-un canlı efirinə qoşularaq onun Ramiz Mehdiyevin zamanında komandasında olmasına sərt reaksiya verib. “Mən Ramiz Mehdiyevin komandasında olmamışam. 1993-cü ildə Nəsimi rayonunda YAP-ın yaradılmasında iştirak edən 51 nəfərdən biri olmuşam.Ramiz Mehdiyev vəzifəyə 1995-ci ildə gəlib.Ramiz Mehdiyev kimdir ki,biz onun komandasında olaq?”,cavabını verib.
22.Rəbiyyət Aslanova - Milli Məclisin ikinci, üçüncü və dördüncü çağırış deputatı olub. Onun oğlu Elnur Aslanov Prezident Administrasiyasılna Ramiz Mehdiyevin köməkçisi işləyib.
Rəbiyyət Aslanova yerli mediaya Ramiz Mehdiyevin həbsi fonunda bu açıqlamanı verib:“Kifayət qədər yaşım var, indiyədək çox məlumatlar eşitmişəm. Qeyd etdiyiniz məsələyə yalnız rəsmi qərar olduqdan sonra şərh bildirə bildirəm. Hazırda bildiyiniz kimi, siyasi proseslərin içində deyiləm. Amma buna baxmayaraq, bir vətəndaş kimi öz mövqeyimi bildirməyi də özümə borc bilirəm. Konkret bu məsələ ilə bağlı isə prosesin sonunu – rəsmi qərarları gözləmək lazımdır”.
23.Aqiyə Naxçıvanlı - 2015-ci ildən 2020-ci ilə qədər Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı seçilib, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri olub.Məlumata görə,Aqiyə Naxçıvanlı Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ilə də sıx əlaqələri olub. Onlar birlikdə bir sıra kitabların nəşrində iştirak ediblər.Bu əməkdaşlığın nəticəsi kimi Ramiz Mehdiyevin qızı uzun müddət Azərbaycan Müəllimlər İnistutunda imtahan komissiyasının sədri olub.Həmin illərdə Aqiyyə Naxçıvanlı sözügedən universiteti rektoru olub.Hətta Aqiyə Naxçıvanlı pandemiya dövründə baş tutmuş Ramiz Mehdiyevin nəvəsinin toyunda başda oturanlardan idi.
24.Afiq Rəhmanov - işadamı,”Lux Residince” tikinti şirkətinin sahibidir.Onun Ziya Məmmədovun qardaşı oğlu Elton Məmmədovun vasitəsi ilə bu camiəyə daxil olduğu deyilir.O,Ramiz Mehdiyevin himayədarlığı ilə son illərin tikinti maqnatına çevrilib.Əslən İmişli rayonunun Qaralar kəndindəndir.O,Milli Məclisin sabiq deputatı,"Karat Holdinq"in sahibi Əsabil Qasımovla və sinəsində "georgi lenti",İmişlidə SSRİ bayrağı dalğalandıran hazırda həbsdə olan Saleh Səmədovun həmkəndlisidir.
O,hərbi prokurorun müavini Şəfayət İmranovla da qohumdur.Onların həyat yoldaşları əmiqızıdır.İş adamının Rəşad adlı köməkçisi Oxu24.com-un sualına cavab olaraq Elton Məmmədov haqqında sərt ifadələr səsləndirib.O,əlaqələrinin olduğunu inkar edib.
CityPost.az yazıda adları hallanan şəxslərin mövqeyini yayımlamağa hazırdır
CityPost.az saytının informasiya şöbəsi
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Faciəvi şəkildə ölən qardaşlar - Fotolar
Biləsuvardakı dəhşətli qəzada həlak olanlardan ikisi qardaşdır.“Qafqazinfo”nun məlumatına görə, Vasif Həsənli bir neçə aydır əsgərlikdən gəlibmiş.Rusif Həsənli isə ailəli idi.Bəydili kənd sakini olan Əliqardaş Rəsulzadə isə yaxın günlərdə hərbi xidmətə gedəcəkmiş.
07 Dekabr 2025, 13:22
Beyləqanda avtoqəzada bir nəfər ölüb, daha iki nəfərin vəziyyəti ağırdır
Bu gün saat 19:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Bu barədə CityPost.az-ın sorğusuna cavab olaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasından bildirilib.1968-ci il təvəllüdlü şəxsə və 1972-ci il təvəllüdlü şəxsə kəllə beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.Xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb....
06 Dekabr 2025, 22:01
Tahir Qarayev vəzifəsindən azad edildi
Samux Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev işdən azad olunub.CityPost.az Qafazinfo.az-a istinadən xəbər verir ki, T.Qarayev öz ərizəsi ilə işdən ayrılıb.O, səbəb olaraq səhhətində yaranan problemləri göstərib.Məlumat üçün bildirək ki, T.Qarayev 20 ildən artıq sözügedən vəzifədə çalışıb.
06 Dekabr 2025, 20:30
Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM
Prezident İlham Əliyev peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.CityPost.az xəbər verir ki, Sərəncamda deyilir:"Əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdıran yüksəkkeyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılmasına mühüm töhfə verir. Bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə qəbul edilmiş bir sıra sənədlərdə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapmışdır.Ölkənin dinamik inkişafı və əmək bazarının dəyişən tələbləri əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmaqla yanaşı, bu tələbatın ödənilməsinə imkan verən müasir standartlara...
05 Dekabr 2025, 17:00
Azərbaycanda 18 həkim işləyə bilmək üçün rüşvət verib - SİYAHI VƏ MƏBLƏĞLƏR
Ötən ilin elə bu ayı ölkə gündəmini zəbt edən rüşvətlə plastik cərrahiyəyə icazə verilməsi işi üzrə artıq məhkəmə istintaqı başlayıb. Qanunsuz tibbi fəaliyyətə şərait yaradılmasına görə Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı - nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru olmuş Ruhiyyə Məhərrəmova və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova ittiham olunur. Onlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət məsuliyyətinə cəlb ediliblər.“Qafqazinfo” məsələnin hələ də gündəmdə qalmasını nəzərə alaraq cinayətin necə həyata keçirildiyini və kimlərdən rüşvət alındığını öyrənib. Xəbərin davamında rüşvət qarşılığında...
05 Dekabr 2025, 16:48
Adnan Əhmədzadə ilə Vahid Ələkbərovu - Nə birləşdirir?
Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoyl” şirkətinin həmtəsisçisi Vahid Ələkbərovla gizli əlaqələri ortaya çıxıb.“Qafqazinfo” xəbər verir ki, bu barədə “VÇK-OQPU” nəşrində dərc olunmuş məqalədə qeyd edilir.Bildirilir ki, bu ilin sentyabr ayında Əhmədzadə Bodrumda azərbaycanlı iş adamı Ələkbərovun “Genesis” yaxtasında “Lukoyl” şirkətinin təsisçisinin ad günü mərasimində iştirak edib. Bu isə onun Rusiya oliqarxının etibar etdiyi şəxs olması versiyasını gücləndirir.Bundan başqa, A. Əhmədzadə V. Ələkbərovla əlaqəli şəkildə 108 milyon dollar dəyərində “Galactica Super Nova” superyaxtasını öz adına qeydiyyatdan keçirməkdə şübhəli bilinir.Belə ki, 2022-ci ilin aprelində Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edilmiş Ələkbərova məxsus yaxta müsadirə olunmaması üçün Aralıq dənizindəki...
05 Dekabr 2025, 16:06