Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib 

Cəmiyyət 30 May 2026, 11:05

352

Prezident İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçə təbrik məktubu ünvanlayıb.

CityPost.az   xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan ilə Xorvatiya arasında dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, konstruktiv dialoqumuzun davam etdirilməsi, ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan neftinin qiyməti 98 dollara düşüb 

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,56 ABŞ dolları və ya 2,55 % azalaraq 98,01 ABŞ dolları təşkil edib.Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 93,56 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,49 ABŞ dolları və ya 2,53 % azalaraq 95,89 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu...

30 May 2026, 10:43

Azərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb 

Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,9 bənd təşkil edib.CityPost.az  bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.Bu, aylıq müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə 0,4 bənd çox, ötən ilin mayın 1-nə nisbətən 1,5 bənd azdır.Aprelin sonuna manatın real effektiv məzənnəsi isə 115,3 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,4 bənd az, ilin əvvəli ilə müqayisədə 0,5 bənd az, ötən il mayın 1-nə nisbətən isə 3,3 bənd azdır....

30 May 2026, 10:01

“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ   

Ötən gün Azərbaycan Kinematoqrafçılar İttifaqında qurultay keçirildi və Əli İsa Cabbarov sədr seçildi. Həmin andan kino adamları iki yerə bölündü. Müzakirələr hələ də səngiməyib — bəziləri bu seçimi yeni bir nəfəs kimi qarşılayır, bəziləri dərindən narahatla izləyir. Əməkdar incəsənət xadimi, kinorejissor və kinoşünas Ayaz Salayev ikinci qrupdandır. Onun üçün söhbət yalnız bir seçkidən getmir — bu, Azərbaycan kinosunun uzun illər boyu yığılıb bu günə gəlib çıxmış böhranının üzə vurulmasıdır. Sənətkarın vətəndaşlıq mövqeyi, ittifaqın missiyası, Rüstəm İbrahimbəyov faktoru və kino dünyasının içindən keçdiyi parçalanma — Ayaz Salayev bunların heç birindən yan keçmir. Və danışanda susmur.CityPost.az xəbər verir ki,Oxu24.com-un əməkdaşı gündəmi zəbt...

29 May 2026, 18:05

"Barselona" Julian Alvarez üçün 100 milyon avroluq rəsmi təklif göndərib

İspaniyanın "Barselona" klubu argentinalı hücumçu Julian Alvarez üçün "Atletiko"ya 100 milyon avroluq rəsmi təklif göndərib."Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.Müqaviləyə heç bir bonus və ya əlavə şərtlər daxil edilməyib. Bu durum Madrid təmsilçisini narazı salıb. Hücumçu özü isə klub rəhbərliyindən ayrılmaq üçün icazə istəyib.Qeyd edək ki, 26 yaşlı Alvarez 2024-cü ildən "Atletiko"da çıxış edir.

29 May 2026, 17:48

Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub

Meksika Deputatlar Palatasının və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Meksikadakı səfirliyimizin təşkilatçılığı ilə ölkənin tarixi San Lazaro Qanunvericilik Sarayında 28 May – Müstəqillik Günü təntənəli konsert proqramı ilə qeyd olunub.AZƏRTAC xəbər verir ki, tədbirdə Meksika hökumətinin üzvləri, parlament nümayəndələri, diplomatik korpusun rəhbərləri və üzvləri, işgüzar, akademik və elmi dairələrin, media təmsilçiləri, həmçinin Azərbaycanın dostları və diaspor nümayəndələri iştirak ediblər.Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev Müstəqillik Gününün tarixi əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan müsəlman Şərqində ilk dünyəvi, parlamentli və demokratik respublika kimi tarixə düşüb. Səfir qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində dövlətçilik ənənələrinin formalaşması, demokratik institutların...

29 May 2026, 17:00

San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az-ın məlumatına görə, mətndə deyilir:"Zati-aliləri.Sizə və dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.Bu əlamətdar gündə Zati-alinizə müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzulayırıq".

29 May 2026, 16:50