Bir qrup QHT Holcim Azərbaycan şirkətinin fəaliyyətinin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib
Cəmiyyət 29 May 2026, 15:30
388
Bir qrup QHT nümayəndəsi İsveçrənin Holcim Qrupuna daxil olan Lafarge şirkətinin və onun törəmə müəssisəsi olan “Lafarge Cement Syria”nın fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə və Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadəyə məktubla müraciət ediblər.
Citypost.az xəbər verir ki, məktubda bəzi vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları adından sözügedən şirkət və törəmə müəssisənin silahlı münaqişə dövründəki fəaliyyəti ilə bağlı sənədləşdirilmiş ittihamlar və məhkəmə qərarları barədə ciddi narahatlıq ifadə edilib.
Qeyd edilib ki, məlumatlara əsasən, Lafarge şirkəti 2012–2014-cü illərdə təhlükəsizlik vəziyyətinin sürətlə pisləşməsinə və silahlı ekstremist qrupların bölgədə nəzarətinin artmasına baxmayaraq, Suriyanın şimalındakı Cəlabiyə sement zavodunda fəaliyyətini davam etdirib.
Məktubda bildirilib ki, keçmiş əməkdaşların ifadələri və məhkəmə materialları göstərir ki, şirkət kommersiya fəaliyyətini yerli işçilər ağır təhdidlər, adam oğurluqları və zorakılıq halları ilə üzləşdiyi bir şəraitdə aparıb: “Kommersiya fəaliyyətinin davam etdirilməsi müqabilində beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan İŞİD kimi qruplara maliyyə və maddi dəstək göstərilməsi ilə bağlı ciddi faktlar hüquqi, etik və humanitar baxımdan dərin narahatlıq doğurur.
2022-ci ilin oktyabr ayında ABŞ federal məhkəməsində Lafarge və onun Suriyadakı törəmə müəssisəsi xarici terror təşkilatlarına maddi dəstək göstərdiyini etiraf edib. Məhkəmə qərarına əsasən, şirkət sement zavodunun fəaliyyətini davam etdirmək məqsədilə İŞİD və “Əl-Nusra Cəbhəsi”nə ödənişlər etdiyinə görə cinayət cərimələri və müsadirə daxil olmaqla, ümumilikdə 777,78 milyon dollar məbləğində cərimə ödəyib.
Həmçinin oxuyun
Bundan əlavə, 13 aprel 2026-cı il tarixində Paris Cinayət Məhkəməsi Lafarge şirkətini və onun dörd keçmiş rəhbər şəxsini 2013–2014-cü illərdə terror qruplaşmalarına 5.5 milyon avro ödənilməsində təqsirli bilmişdir. Məhkəmə şirkət barəsində maksimum məbləğdə cərimə, keçmiş rəhbərlər barədə isə həbs cəzaları müəyyən etmişdir. Hazırda Lafarge şirkəti insanlıq əleyhinə cinayətlərdə mümkün iştirakla bağlı istintaq altındadır”.
Aidiyyəti dövlət qurumlarına ünvanlanan müraciətdə vurğulanıb ki, beynəlxalq araşdırmalarda və məhkəmə proseslərində bildirildiyi kimi, bu hərəkətlər silahlı zorakılıqda, terrorizmin maliyyələşdirilməsində, mülki əhaliyə qarşı genişmiqyaslı pozuntular və insanlıq əleyhinə cinayətlərdə korporativ iştirakın qarşısını almağa yönəlmiş beynəlxalq normalara ziddir.
"Holcim Azərbaycan şirkətinin regionda əhəmiyyətli sənaye aktoru kimi rolunu nəzərə alaraq, hesab edirik ki, o, ən yüksək şəffaflıq, insan hüquqları üzrə lazımi araşdırma və etik biznes standartlarına riayət etmək məsuliyyəti daşıyır. Şirkət, beynəlxalq humanitar hüquqa, korrupsiyaya qarşı mübarizə standartlarına və silahlı və ya sanksiya altında olan qruplara birbaşa və ya dolayısı yolla dəstəyin qarşısının alınmasına dair açıq və şəffaf öhdəlik nümayiş etdirməlidir.
Qeyd edilənləri nəzərə alaraq, Holcim Qrupunun törəmə şirkəti olan Holcim Azərbaycan şirkətinin bütün fəaliyyətləri ilə bağlı şəffaf araşdırmalar aparılmasını xahiş edirik", - deyə müraciətdə qeyd olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayelə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Ötən gün Azərbaycan Kinematoqrafçılar İttifaqında qurultay keçirildi və Əli İsa Cabbarov sədr seçildi. Həmin andan kino adamları iki yerə bölündü. Müzakirələr hələ də səngiməyib — bəziləri bu seçimi yeni bir nəfəs kimi qarşılayır, bəziləri dərindən narahatla izləyir. Əməkdar incəsənət xadimi, kinorejissor və kinoşünas Ayaz Salayev ikinci qrupdandır. Onun üçün söhbət yalnız bir seçkidən getmir — bu, Azərbaycan kinosunun uzun illər boyu yığılıb bu günə gəlib çıxmış böhranının üzə vurulmasıdır. Sənətkarın vətəndaşlıq mövqeyi, ittifaqın missiyası, Rüstəm İbrahimbəyov faktoru və kino dünyasının içindən keçdiyi parçalanma — Ayaz Salayev bunların heç birindən yan keçmir. Və danışanda susmur.CityPost.az xəbər verir ki,Oxu24.com-un əməkdaşı gündəmi zəbt...
29 May 2026, 18:05
"Barselona" Julian Alvarez üçün 100 milyon avroluq rəsmi təklif göndərib
İspaniyanın "Barselona" klubu argentinalı hücumçu Julian Alvarez üçün "Atletiko"ya 100 milyon avroluq rəsmi təklif göndərib."Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.Müqaviləyə heç bir bonus və ya əlavə şərtlər daxil edilməyib. Bu durum Madrid təmsilçisini narazı salıb. Hücumçu özü isə klub rəhbərliyindən ayrılmaq üçün icazə istəyib.Qeyd edək ki, 26 yaşlı Alvarez 2024-cü ildən "Atletiko"da çıxış edir.
29 May 2026, 17:48
Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub
Meksika Deputatlar Palatasının və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Meksikadakı səfirliyimizin təşkilatçılığı ilə ölkənin tarixi San Lazaro Qanunvericilik Sarayında 28 May – Müstəqillik Günü təntənəli konsert proqramı ilə qeyd olunub.AZƏRTAC xəbər verir ki, tədbirdə Meksika hökumətinin üzvləri, parlament nümayəndələri, diplomatik korpusun rəhbərləri və üzvləri, işgüzar, akademik və elmi dairələrin, media təmsilçiləri, həmçinin Azərbaycanın dostları və diaspor nümayəndələri iştirak ediblər.Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev Müstəqillik Gününün tarixi əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan müsəlman Şərqində ilk dünyəvi, parlamentli və demokratik respublika kimi tarixə düşüb. Səfir qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində dövlətçilik ənənələrinin formalaşması, demokratik institutların...
29 May 2026, 17:00
San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib
San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az-ın məlumatına görə, mətndə deyilir:"Zati-aliləri.Sizə və dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.Bu əlamətdar gündə Zati-alinizə müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzulayırıq".
29 May 2026, 16:50
Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə edilir
Mayın 29-u saat 16:00-a olan faktiki hava açıqlanıb.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.Bakıda və Abşeron yarımadasında yağış, Yevlax, Qusar, Goranboy, Naftalan, Tərtər, Şabran, Sabirabadda isə arabir şimşək çaxır, yağış yağır.Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 28, Zəngilanda 21, Culfada 20, Şahbuz, Lerik, Yardımlı, Laçında 15 m/s-yə çatır....
29 May 2026, 16:34
Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək
Xankəndi şəhərində fəaliyyətə başlayan “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsində istehsal prosesi müasir texnologiyalar əsasında qurulub. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq.Müəssisədə işlə təmin olunan Xəyalə Babayeva AZƏRTAC-a müsahibəsində deyib: "Xankəndi şəhərindənəm. Çox sevinirəm ki, torpaqlarımız işğaldan azad olunub və mən belə bir müəssisədə işləyirəm. Burada operator kimi çalışıram. Dünən prezidentimiz bizim müəssisənin açılışında iştirak etdi və bizimlə həmsöhbət oldu. Bu,...
29 May 2026, 16:15