Ə.Lalayev: “Bu gün Musiqili Teatrın siması Afaq Bəşirqızıdır”
Sənət aləmi 07 May 2026, 14:12
14270
“Bu gün Musiqili Teatrın siması Afaq Bəşirqızıdır”
Citypost.az xəbər verir ki, bu fikri teleqraf.az saytına müsahibəsində uzun illər Akademik Musiqili Teatra rəhbərlik etmiş görkəmli sənətşünas , rejissor - pedaqoq , Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi , sənətşünaslıq üzrə fəlsəfə doktoru , dosent Əliqismət Lalayev bildirib .
O , müsahibəsində teatra rəhbərlik etdiyi müddətdə kollektivin əldə etdiyi böyük ugurlardan , yaşlı nəslin gənclərə qaygısından , sənətə yeni gələn aktyorların , musiqiçi və xor artistlərinin , balet artistlərinin kastinq yolu ilə teatra cəlb olunmasından söhbət açıb . Teatrın Amerikadan tutmuş ən müxtəlif xarici dövlətlərə - Albaniya , Rusiya , Gürcüstan , İran , Türkiyə , Belarusiyaya səfərlərindən danışan sənətkar müsahibə müəllifinin “ Bir zamanlar teatr səhnəsində çox böyük aktyorlar fəaliyyət göstəriblər . Necə düşünürsünüz , bu gün Akademik Musiqili Teatrının simasını formalaşdıran aktyorlar varmi ? ” - sualina cavabında , 17 il bu teatra rəhbərlik etmiş sabiq direktor təkcə bir nəfərin adını çəkib :“ Hesab edirəm ki Afaq Bəşirqızı Akademik Musiqili Teatrın simasıdır “ .
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azər Qismət: Mehriban Xanlarova teatra qaytarılmalıdır
Tanınmış jurnalist Azər Qismət aktrisa Mehriban Xanlarovanın teatrdan uzaqlaşdırılması ilə bağlı fikirlərini bölüşüb.Jurnalist bildirib ki, yaradıcı kollektivlərdə fikir ayrılığı və emosional müzakirələr normal haldır və bunu adi istehsalat müəssisələri ilə müqayisə etmək düzgün deyil. O qeyd edib ki, dünya teatr təcrübəsində də yaradıcı şəxslərin fərqli davranışlarına daha həssas yanaşılıb.Azər Qismət yazıb ki, Lenkom teatrının Bədii rəhbəri və Baş rejissoru Mark Zaxarov aktyorlar Aleksandr Abdulov və Oleq Yankovskinin çətin xarakterinə baxmayaraq, onların sənətinə görə münasibətdə anlayış nümayiş etdirirdi.Jurnalist Mehriban Xanlarovanın heç kimə xəsarət yetirmədiyini, teatrın fəaliyyətini pozmadığını vurğulayaraq, onun sadəcə irad bildirdiyini qeyd edib. O hesab edir ki, bu cür məsələlər...
23 İyun 2026, 10:07
Bəhram Bağırzadədən Cabir İmanovun 50 illiyində duyğusal paylaşım
Əməkdar artist Bəhram Bağırzadə mərhum dostu Cabir İmanovun 50 illik yubileyi münasibətilə təsirli paylaşım edib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bildirib ki, bu gün Cabir İmanovun 50 yaşı tamam olacaqdı. Bəhram Bağırzadə dostunun vaxtsız itkisini dərin kədərlə xatırlayaraq, onun yoxluğunun hələ də qəbul edilməsinin çətin olduğunu qeyd edib.“Bu günü çox gözləmişdik. Bir araya gəlməyi, səni qucaqlamağı, xoş sözlər deməyi, birlikdə gülməyi və gözəl yubileyini qeyd etməyi arzulayırdıq. Amma tale başqa cür qərar verdi. Sənin aramızdan ayrılmağından bir ilə yaxın vaxt keçir”, – deyə o yazıb.Əməkdar artist vurğulayıb ki, zaman insanın ağrısını azaltmır, sadəcə onunla yaşamağı öyrədir. O, Cabir...
22 İyun 2026, 09:00
Şakira "Linkoln ilə Vəkil" serialının ulduzu ilə romantik münasibətə başlayıb?
Şakira "The Lincoln Lawyer" serialının ulduzu Manuel Qarsiya-Rulfo ilə görüşdə göründüyü zaman şəxsi həyatı ilə bağlı yeni şayiələr dalğasına səbəb olub .Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, 48 yaşlı qlobal ulduz çərşənbə axşamı gecəsi 44 yaşlı meksikalı aktyorla birlikdə Qərbi Hollivuddakı məşhur Sunset Tower Otelindən çıxarkən görüntüləndikdən sonra romantik münasibətlər şayiələrinə səbəb olub.Və bu, sadəcə iki məşhurun eyni anda səhnədən çıxması deyil. Cütlük eyni maşına minərkən paparassilər tərəfindən görüntülənib: Qarsiya-Rulfo maşın sürür, Şakira isə sərnişin oturacağında oturub.İkisi də bir-birinin yanında özlərini tamamilə rahat hiss edirdilər, dayanacaqda maşınlarını gözləyərkən zarafatlaşıb səmimi şəkildə gülümsəyirdilər.Qarsiya-Rulfo müğənni üçün otelin qapısını tutaraq əsl centlmen...
18 İyun 2026, 10:40
“Avroviziya” qalibi Bakıya gəlir
“Avroviziya-2026”nın qalibi, bolqarıstanlı müğənni Dara Bakıya gəlir.Citypost.az Musavat.com-a istinadən xəbər verir ki, bu ilin ən çox danışılan ifaçılarından olan Dara beynəlxalq musiqi festivalı olan DREAM FEST 2026-da səhnəyə çıxacaq.Festival 23-26 iyul tarixlərində Bakının “Sea Breeze” sahilində keçiriləcək və dünyanın müxtəlif ölkələrindən tanınmış sənətçiləri bir araya gətirəcək.Dara bu il Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstana tarixi qələbə qazandıran “Bangaranga” mahnısını canlı ifa edəcək. Vyanada keçirilən finalda səsləndirilən mahnı həm münsiflər heyətindən, həm də tamaşaçılardan yüksək xal toplayaraq ölkəyə ilk “Avroviziya” qalibiyyətini gətirib....
17 İyun 2026, 17:37
Akademik Musiqili Teatrda “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.Citypost.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alona Əliyeva tamaşanı izləyiblər.Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan səhnə əsəri əyləncəli olmaqla yanaşı, dərin məna kəsb edir.Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnələşdirəni yazıçı-publisist İlqar Fəhmi, bəstəkarı Ruslan Ağababayev, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti...
02 İyun 2026, 12:55
Roza Zərgərli Kadırovla görüşdü
Müğənni Roza Zərgərli Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb.Citypost.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.“Səmimi qarşılamalarına, Azərbaycan musiqisinə olan sevgisinə görə Çeçenistan rəhbəri Ramzan Kadırova dərin minnətdarlığımı bildirirəm.Bu, mənim üçün böyük şərəf və fəxrdir” , - deyə paylaşımda qeyd edib.
01 İyun 2026, 08:55