Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanın Müstəqillik Günü münasibətilə Bratislavada rəsmi qəbul təşkil olunub

Cəmiyyət 29 May 2026, 12:34

544

Slovakiyanın paytaxtı Bratislavada 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Slovakiyadakı səfirliyi və fəxri konsulluğu tərəfindən təşkil olunmuş tədbirdə Slovakiya Respublikasının Milli Şurasının (parlament) sədri Rixard Raşi, Slovakiya Respublikası Prezidentinin Ofis rəhbəri Peter Vodraşka, Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Rastislav Xovanets, Slovakiya parlamentinin və hökumətinin üzvləri, bu ölkənin Xarici İşlər Nazirliyinin və müxtəlif dövlət qurumlarının səlahiyyətli əməkdaşları, Bratislavada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və diplomatları, Slovakiya ictimaiyyətinin nümayəndələri, o cümlədən elm xadimləri və iş adamları, həmçinin Slovakiyada yaşayan həmvətənlərimiz iştirak ediblər.

Azərbaycan və Slovakiyanın Dövlət himnləri səsləndirildikdən sonra səfir Vüsal Abdullayev çıxış edərək, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının müsəlman Şərqində ilk dünyəvi və demokratik respublika kimi tarixə düşdüyünü vurğulayıb. Diplomat qeyd edib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik, demokratiya və milli kimlik sahəsində zəngin irs formalaşdırıb.

Səfir bildirib ki, Azərbaycan qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olub və parlamentdə müxtəlif siyasi qüvvələrin, eləcə də etnik icmaların təmsil olunması ölkədə plüralizm və tolerantlıq ənənələrinin formalaşmasına töhfə verib.

Vüsal Abdullayev müasir Azərbaycanın uğurlarının Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına əsaslandığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin beynəlxalq arenada mövqelərini daha da gücləndirdiyini diqqətə çatdırıb. O, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş kimi nüfuzunun göstəricisi olduğunu bildirib.

DiplomatıAzərbaycan-Slovakiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edərək, Prezident İlham Əliyevin 2025-ci ilin dekabrında Bratislavaya ilk rəsmi səfərinin əlaqələrdə yeni mərhələ açdığını vurğulayıb. O, Slovakiya parlamentinin sədri Rixard Raşinin Azərbaycana səfərinin də parlamentlərarası əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini deyib. Səfir öz nitqini xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” müdrik sözləri ilə tamamlayıb.

Tədbirdə fəxri qonaq qismində çıxış edən Slovakiya Respublikası Milli Şurasının (parlament) sədri Rixard Raşi Azərbaycanın Slovakiya üçün dost və tərəfdaş ölkə olduğunu bildirib. O, Azərbaycana son səfərinin onda dərin təəssüratlar yaratdığını, ölkənin qonaqpərvərliyi və səmimiyyətini yüksək qiymətləndirdiyini qeyd edib. Rixard Raşi iki ölkə arasında iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiyalar və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Slovakiya şirkətlərinin Qarabağın bərpası layihələrində iştirakını qarşılıqlı etimadın göstəricisi kimi dəyərləndirib.

Parlament sədri Bratislava-Bakı birbaşa hava əlaqəsinin xalqlar arasında münasibətlərin inkişafına, turizm, ticarət və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Rixard Raşi Azərbaycanın zəngin tarixə və güclü mədəniyyətə malik ölkə olduğunu bildirərək, Slovakiyanın Azərbaycanla dostluq və əməkdaşlığı bundan sonra da inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.

Tədbir çərçivəsində qonaqlar səfirlik tərəfindən təşkil edilmiş “Azərbaycan: Müstəqillikdən Zəfərə” adlı fotosərgi ilə tanış olublar. Sərgidə Ümummilli Lider Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətləri, Prezident İlham Əliyevin müstəqil və güclü dövlət quruculuğu sahəsində gördüyü işlər, habelə Azərbaycan-Slovakiya ikitərəfli münasibətlərindən bəhs edən fotoşəkillər nümayiş olunub. 2020-ci ildə Prezident İlham Əliyevin əsgərlərlə qələbə sevincini paylaşdığı və səmimi anları əks etdirən tarixi fotoşəkil qonaqların diqqətini xüsusilə cəlb edib.

Sonda qonaqlara ziyafət verilib. Ziyafətdə Azərbaycan istehsalı olan məhsullar qonaqlara təqdim olunub, habelə Azərbaycanın tarixi, mədəniyyəti və inkişafını əks etdirən, ölkəmizin klassik musiqi əsərlərini ehtiva edən videoçarxlar nümayiş olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayelə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ   

Ötən gün Azərbaycan Kinematoqrafçılar İttifaqında qurultay keçirildi və Əli İsa Cabbarov sədr seçildi. Həmin andan kino adamları iki yerə bölündü. Müzakirələr hələ də səngiməyib — bəziləri bu seçimi yeni bir nəfəs kimi qarşılayır, bəziləri dərindən narahatla izləyir. Əməkdar incəsənət xadimi, kinorejissor və kinoşünas Ayaz Salayev ikinci qrupdandır. Onun üçün söhbət yalnız bir seçkidən getmir — bu, Azərbaycan kinosunun uzun illər boyu yığılıb bu günə gəlib çıxmış böhranının üzə vurulmasıdır. Sənətkarın vətəndaşlıq mövqeyi, ittifaqın missiyası, Rüstəm İbrahimbəyov faktoru və kino dünyasının içindən keçdiyi parçalanma — Ayaz Salayev bunların heç birindən yan keçmir. Və danışanda susmur.CityPost.az xəbər verir ki,Oxu24.com-un əməkdaşı gündəmi zəbt...

29 May 2026, 18:05

"Barselona" Julian Alvarez üçün 100 milyon avroluq rəsmi təklif göndərib

İspaniyanın "Barselona" klubu argentinalı hücumçu Julian Alvarez üçün "Atletiko"ya 100 milyon avroluq rəsmi təklif göndərib."Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.Müqaviləyə heç bir bonus və ya əlavə şərtlər daxil edilməyib. Bu durum Madrid təmsilçisini narazı salıb. Hücumçu özü isə klub rəhbərliyindən ayrılmaq üçün icazə istəyib.Qeyd edək ki, 26 yaşlı Alvarez 2024-cü ildən "Atletiko"da çıxış edir.

29 May 2026, 17:48

Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub

Meksika Deputatlar Palatasının və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Meksikadakı səfirliyimizin təşkilatçılığı ilə ölkənin tarixi San Lazaro Qanunvericilik Sarayında 28 May – Müstəqillik Günü təntənəli konsert proqramı ilə qeyd olunub.AZƏRTAC xəbər verir ki, tədbirdə Meksika hökumətinin üzvləri, parlament nümayəndələri, diplomatik korpusun rəhbərləri və üzvləri, işgüzar, akademik və elmi dairələrin, media təmsilçiləri, həmçinin Azərbaycanın dostları və diaspor nümayəndələri iştirak ediblər.Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev Müstəqillik Gününün tarixi əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan müsəlman Şərqində ilk dünyəvi, parlamentli və demokratik respublika kimi tarixə düşüb. Səfir qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində dövlətçilik ənənələrinin formalaşması, demokratik institutların...

29 May 2026, 17:00

San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az-ın məlumatına görə, mətndə deyilir:"Zati-aliləri.Sizə və dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.Bu əlamətdar gündə Zati-alinizə müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzulayırıq".

29 May 2026, 16:50

Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə edilir 

Mayın 29-u saat 16:00-a olan faktiki hava açıqlanıb.Bu barədə Citypost.az  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.Bakıda və Abşeron yarımadasında yağış, Yevlax, Qusar, Goranboy, Naftalan, Tərtər, Şabran, Sabirabadda isə arabir şimşək çaxır, yağış yağır.Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 28, Zəngilanda 21, Culfada 20, Şahbuz, Lerik, Yardımlı, Laçında 15 m/s-yə çatır....

29 May 2026, 16:34

Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək

Xankəndi şəhərində fəaliyyətə başlayan “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsində istehsal prosesi müasir texnologiyalar əsasında qurulub. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq.Müəssisədə işlə təmin olunan Xəyalə Babayeva AZƏRTAC-a müsahibəsində deyib: "Xankəndi şəhərindənəm. Çox sevinirəm ki, torpaqlarımız işğaldan azad olunub və mən belə bir müəssisədə işləyirəm. Burada operator kimi çalışıram. Dünən prezidentimiz bizim müəssisənin açılışında iştirak etdi və bizimlə həmsöhbət oldu. Bu,...

29 May 2026, 16:15