Azərbaycanın Dəməşqdəki səfirliyi 1000 ailəyə qurban payı verib
Cəmiyyət 29 May 2026, 13:15
537
Azərbaycan Respublikasının Dəməşqdəki səfirliyi Xarici İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi, həmçinin Baniyasdakı “Əl-Birr” Cəmiyyəti və Homsdakı “Xalid ibn Vəlid” Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan xalqından səmimi təbriklər: Qardaş Suriya xalqının bayramı mübarək olsun” şüarı altında humanitar kampaniyaya start verib.
Səfirlikdən Citypost.az-a verilən məlumata görə, kampaniya çərçivəsində son iki gün ərzində (27-28 may tarixlərində) Baniyas və Homs şəhərlərində ümumilikdə 1000 ailəyə qurban payları paylanılıb.
Ətraflı
Qurban ətləri sünni ərəb, türkman və ələvilərin yaşadıqları ərazilərdə paylanılıb.
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov hər iki şəhərin sakinləri qarşısında çıxışı zamanı Suriya Ərəb Respublikasının İctimai Sülhün Qorunması üzrə Ali Komitəsinin üzvü və Ali Fətva Şurasının üzvü olan şeyx Ənəs Ayruta bu nəcib humanitar aksiyanın təşkilində göstərdiyi səylərə görə dərin təşəkkür və minnətdarlığını bildirib.
O, həmçinin Qurban bayramının Azərbaycan xalqının 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edilməsinin 108-ci ildönümünü qeyd etməyə hazırlaşdığı günlərə təsadüf etməsindən məmnunluğunu ifadə edib.
Həmçinin oxuyun
Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasında mövcud ikitərəfli münasibətlərdən danışan müvəqqəti işlər vəkili vurğulayıb ki, Azərbaycan Suriyada yeni siyasi sistemi tanıyan ilk ölkələr sırasında yer alıb. Belə ki, yeni reallığın formalaşmasından cəmi üç həftə sonra Azərbaycan Dəməşqə siyasi nümayəndə heyəti göndərib və paralel şəkildə Suriya xalqına humanitar yardımlar göstərib. Hazırda isə Azərbaycan-Suriya münasibətləri 2012-ci ildən bəri davam edən fasilədən sonra yüksək dostluq və əməkdaşlıq səviyyəsinə çatıb.
Elnur Şahhüseynov bildirib ki, bu xeyriyyə təşəbbüsü eyni zamanda Azərbaycan xalqının milli və mənəvi ənənələrinin təzahürüdür və Azərbaycan Respublikasında, xüsusilə də Qurban bayramı günlərində xeyriyyəçilik mədəniyyətinin dərin köklərə malik olduğunu nümayiş etdirir. Bu günlərdə qurbanlar kəsilir, onların əti ehtiyacı olan ailələrə, həssas qruplara və ağır sosial şəraitdə yaşayan insanlara paylanılır.
O qeyd edib ki, bu gün həmin mədəniyyət yeni Suriyada qardaşlığın, hörmətin və Suriya xalqına olan səmimi həmrəyliyin simvolu kimi özünü göstərir.
Sonda o vurğulayıb ki, Azərbaycan hər zaman humanizmə, sülhə və dövlətlər arasında əməkdaşlığa dəstək verib. O, bu kimi təşəbbüslərin xalqlar arasında etimad, dostluq və həmrəylik əsaslarını daha da möhkəmləndirdiyinə inandığını bildirib, dost və qardaş Suriya xalqına davamlı sülh, sabitlik, firavanlıq və bərəkət arzulayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayelə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Ötən gün Azərbaycan Kinematoqrafçılar İttifaqında qurultay keçirildi və Əli İsa Cabbarov sədr seçildi. Həmin andan kino adamları iki yerə bölündü. Müzakirələr hələ də səngiməyib — bəziləri bu seçimi yeni bir nəfəs kimi qarşılayır, bəziləri dərindən narahatla izləyir. Əməkdar incəsənət xadimi, kinorejissor və kinoşünas Ayaz Salayev ikinci qrupdandır. Onun üçün söhbət yalnız bir seçkidən getmir — bu, Azərbaycan kinosunun uzun illər boyu yığılıb bu günə gəlib çıxmış böhranının üzə vurulmasıdır. Sənətkarın vətəndaşlıq mövqeyi, ittifaqın missiyası, Rüstəm İbrahimbəyov faktoru və kino dünyasının içindən keçdiyi parçalanma — Ayaz Salayev bunların heç birindən yan keçmir. Və danışanda susmur.CityPost.az xəbər verir ki,Oxu24.com-un əməkdaşı gündəmi zəbt...
29 May 2026, 18:05
"Barselona" Julian Alvarez üçün 100 milyon avroluq rəsmi təklif göndərib
İspaniyanın "Barselona" klubu argentinalı hücumçu Julian Alvarez üçün "Atletiko"ya 100 milyon avroluq rəsmi təklif göndərib."Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.Müqaviləyə heç bir bonus və ya əlavə şərtlər daxil edilməyib. Bu durum Madrid təmsilçisini narazı salıb. Hücumçu özü isə klub rəhbərliyindən ayrılmaq üçün icazə istəyib.Qeyd edək ki, 26 yaşlı Alvarez 2024-cü ildən "Atletiko"da çıxış edir.
29 May 2026, 17:48
Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub
Meksika Deputatlar Palatasının və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Meksikadakı səfirliyimizin təşkilatçılığı ilə ölkənin tarixi San Lazaro Qanunvericilik Sarayında 28 May – Müstəqillik Günü təntənəli konsert proqramı ilə qeyd olunub.AZƏRTAC xəbər verir ki, tədbirdə Meksika hökumətinin üzvləri, parlament nümayəndələri, diplomatik korpusun rəhbərləri və üzvləri, işgüzar, akademik və elmi dairələrin, media təmsilçiləri, həmçinin Azərbaycanın dostları və diaspor nümayəndələri iştirak ediblər.Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev Müstəqillik Gününün tarixi əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan müsəlman Şərqində ilk dünyəvi, parlamentli və demokratik respublika kimi tarixə düşüb. Səfir qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində dövlətçilik ənənələrinin formalaşması, demokratik institutların...
29 May 2026, 17:00
San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib
San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az-ın məlumatına görə, mətndə deyilir:"Zati-aliləri.Sizə və dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.Bu əlamətdar gündə Zati-alinizə müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzulayırıq".
29 May 2026, 16:50
Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə edilir
Mayın 29-u saat 16:00-a olan faktiki hava açıqlanıb.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.Bakıda və Abşeron yarımadasında yağış, Yevlax, Qusar, Goranboy, Naftalan, Tərtər, Şabran, Sabirabadda isə arabir şimşək çaxır, yağış yağır.Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 28, Zəngilanda 21, Culfada 20, Şahbuz, Lerik, Yardımlı, Laçında 15 m/s-yə çatır....
29 May 2026, 16:34
Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək
Xankəndi şəhərində fəaliyyətə başlayan “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsində istehsal prosesi müasir texnologiyalar əsasında qurulub. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq.Müəssisədə işlə təmin olunan Xəyalə Babayeva AZƏRTAC-a müsahibəsində deyib: "Xankəndi şəhərindənəm. Çox sevinirəm ki, torpaqlarımız işğaldan azad olunub və mən belə bir müəssisədə işləyirəm. Burada operator kimi çalışıram. Dünən prezidentimiz bizim müəssisənin açılışında iştirak etdi və bizimlə həmsöhbət oldu. Bu,...
29 May 2026, 16:15