AZTV-dən üzr istədilər
Cəmiyyət 06 Noyabr 2025, 10:48
303
Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AZTV) ilə bağlı yanlış məlumatlar yayan sayt üzr istəyib.
Cityost.az-ın məlumatına görə, “Metbuat.az” xəbər portalı 5 noyabrda “AzTV sədri buna görə vurulurmuş” başlığı ilə yayımlanan məqaləyə görə üzr istəyib.
Portal təkzib mətnində qeyd edib ki, məqalə "redaksiyaya göndərilən məlumatlar əsasında hazırlanıb": "Təəssüf ki, hazırladığımız məqalə sosial şəbəkə platformalarında mövcud olan bir sıra qruplar və səhifələr tərəfindən təkrarən paylaşılarkən, ona əsası olmayan əlavələr edilib, təhriflərə yol verilib".
Həmçinin oxuyun
Portal məlumatın hazırlanmasında və saytda yerləşdirilməsində mənfi niyyət olmadığını, "AzTV-nin və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaqdan uzaq" olduğunu da qeyd edib. “Metbuat.az” saytı məlumatı silib və AZTV-dən üzr istəyib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tale Heydərov: Prezident İlham Əliyev AMEA-dakı çıxışında ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdi
“Cənab Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdi. Dilimizin xarici təsirlərdən qorunmasının və onun təmiz saxlanılmasının vacibliyindən danışdı.Belə bir mesajın bilavasitə dövlət başçısı tərəfindən verilməsi bu məsələnin nə qədər vacib və aktual olmasının əyani sübutudur. Ana dilimizlə, milli kimliyimizlə bağlı çox mühüm bir məsələnin ictimaiyyətin diqqətinə bu cür yüksək və mötəbər səviyyədən, ali tribunadan çatdırılması özlüyündə çox sevindirici haldır. Bu mövzuya dair öz fikirlərimi, mülahizə və təkliflərimi bildirmək istəyirəm”.CityPost.az xəbər verir ki, bunu Avropa Azərbaycan Məktəbinin, “TEAS PRESS” Nəşriyyat Evinin və “Libraff” kitab mağazalarının təsisçisi Tale Heydərov...
06 Noyabr 2025, 11:00
“Dəstəkləmək lazımdır” - Ekspert AzTV sədrinin helikopter almasından yazdı
“AzTV sədrini helikopter almaq istədiyinə görə tənqid etmək, yoxsa təqdir etmək lazımdır? Son günlər AzTV sədri Rövşən Məmmədovun “helikopter almaq istəyi” və yaradıcı işçilərə verdiyi qonorarlara görə tənqidlər gündəmdədir. Amma məsələ bir qədər fərqli görünür”.CityPost.az xəbər verir ki, bunu İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında yazıb.O bildirib ki, dünyada əksər TV kanallar çəkiliş üçün helikopterlərdən istifadə edir: pizza mizza“Düşünürəm ki, əslində AzTV-ni, eləcə də İTV və digər televiziya kanallarını belə bir təşəbbüsə görə təqdir etmək daha doğru olardı. Əgər məqsəd televiziyanın çəkiliş və texnoloji imkanlarını genişləndirmək, ucqar və çətin ərazilərdən - xüsusilə regionlardan və Qarabağdan - operativ...
05 Noyabr 2025, 17:29
Elton Məmmədov həbsxananın kəndarında - Nəsib Məhəməliyev də “boz kardinal”ın adamı imiş
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin sabiq müdiri,hazırda isə Rəyasət Heyəti Aparatının Sosial Xidmətlər Şöbəsinin müdiri vəzifəsini tutan,sabiq deputat Elton Məmmədov barəsində (Ramiz Mehdiyevin AMEA-nın prezidenti olduğu dövrü əhatə edən dönəmdə) 3 milyon manatdan artıq yeyintiyə və israfçılığa yol verdiyinə görə,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.Cinayət işinin təqibi Azərbaycan Respublikasının Baş Prokuru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə olunub.Elton Məmmədov və qardaşı sabiq nəqliyyat naziri Ziya Məmmədovun bu və ya digər neqativ əməlləri barədə mətbuatda hər gün rəngarən xəbərlər yer alır.Elton Məmmədov isə haqqında medianın tirajladığı xəbərlərə dözümsüzlük nümayiş etdirərək,hətta,mətbuat nümayəndələrinə yalan məlumat ötürməklə çaşqınlıq...
05 Noyabr 2025, 15:34
Mehdiyevin Hacıbəyliyə hədiyyələri üzə çıxdı - Fotofakt
Dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd ittihamları ilə ev dustaqlığına məhkum edilən Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin dövlət çevrilişindən sonra 50 nəfərlik “Dövlət Şurası” yaratmaq istədiyi haqda məktubu tirajlanmışdı. Bunun ardınca isə R.Mehdiyevin “Dövlət Şurası”nda görmək istədiyi 50 nəfərin kimliyi gündəmə gəldi.Teleqraf agentliyi 50 nəfərdən ikisinin kimliyi haqda özəl mənbələrə istinadla məlumat yaymışdı ki, onlardan da biri sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylidir.Gültəkin Hacıbəyli isə Ramiz Mehdiyevin kadrı olması barədə səsləndirilən ittihamları təkzib etməyə çalışdı.CityPost.az xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com geniş araşdırma aparıb. Saytın səhih mənbələrinə istinadla yazdığına görə, Gültəkin Hacıbəyli...
05 Noyabr 2025, 13:41
Azərbaycanda vəkil hoteldə öldü
Yevlax rayonunda hotellərin birində ölüm hadisəsi baş verib.CityPost.az xəbər verir ki, noyabrın 4-ü saat 21 radələrində Yevlax şəhəri ərazisində yerləşən “Həmdəm” hotelindəki otaqda orada qalan Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimlinin meyiti tapılıb.Onun dərman həbləri içərək öldüyü məlum olub.Qeyd edək ki, 37 yaşlı Elkin Kərimli vəkildir. O, Xətai rayonunda yerləşən “Fortiori” vəkil bürosunun üzvü olub.Faktla bağlı araşdırma aparılır....
05 Noyabr 2025, 12:26
“Yaşa görə orta aylıq pensiya 629 manat olacaq”
“Əmək pensiyalarının orta aylıq məbləğinin gələn il üçün 590 manat olacağı proqnozlaşdırılır”.CityPost.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Musa Quliyev bildirib.“Gələn il yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 53 manat artırılaraq 629 manata yüksəldilməsi proqnozlaşdırılır”, - komitə sədri bildirib.Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əlavə edib ki, 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat...
05 Noyabr 2025, 12:06