Bizə yazın

Baku

-°C

USD

-

Tale Heydərov: Prezident İlham Əliyev AMEA-dakı çıxışında ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdi 

Cəmiyyət 06 Noyabr 2025, 11:00

144

“Cənab Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdi. Dilimizin xarici təsirlərdən qorunmasının və onun təmiz saxlanılmasının vacibliyindən danışdı.

Belə bir mesajın bilavasitə dövlət başçısı tərəfindən verilməsi bu məsələnin nə qədər vacib və aktual olmasının əyani sübutudur. Ana dilimizlə, milli kimliyimizlə bağlı çox mühüm bir məsələnin ictimaiyyətin diqqətinə bu cür yüksək və mötəbər səviyyədən, ali tribunadan çatdırılması özlüyündə çox sevindirici haldır. Bu mövzuya dair öz fikirlərimi, mülahizə və təkliflərimi bildirmək istəyirəm”.

CityPost.az   xəbər verir ki, bunu Avropa Azərbaycan Məktəbinin, “TEAS PRESS” Nəşriyyat Evinin və “Libraff” kitab mağazalarının təsisçisi Tale Heydərov sosial şəbəkə hesabında yazıb.

Tale Heydərov bildirib ki, problemin cənab Prezident tərəfindən qaldırılması heç də təsadüfi deyil: “Çünki bu məsələnin illərdir öz həllini gözləməsi, aidiyyəti qurumlar və şəxslər tərəfindən kifayət qədər müzakirə edilməməsi hələ də böyük problem olaraq qalmaqdadır. Təəssüf doğuran hal isə budur ki, bu mövzu cəmiyyətə lazımi səviyyədə təqdim və izah olunmur. Bu ya sözügedən məsələyə biganə yanaşmağımızdan, ya da dilimizin nə dərəcədə dəyişməsinin, daha dəqiq desək, yad təsirlərə məruz qalıb korlanmasının fərqində belə olmamağımızdan irəli gəlir.

Əlbəttə, dünya sürətlə dəyişir, elmi-texniki tərəqqi davam etdikcə yeni terminlər, anlayış və sözlər meydana çıxır. Onlar hansısa başqa bir dildə yaranır və tezliklə bütün dünyada ümumişlək sözlərə çevrilir, tədricən hamı tərəfindən rahatlıqla qəbul və dərk edilir. Digər xalqlar da onları öz dil ailəsinə qəbul etməli olur. Biz də istisna deyilik. Bu mənada dilimizdə olmayan sözlərin yerinə yeni əcnəbi sözlərin alınması heç də qəbahət deyil, əksinə, dilimizi zənginləşdirən bir amildir və əksər hallarda sadəcə labüddür. Dünya dillərinin əksəriyyəti bu təcrübədən keçib. Televiziya, telefon, internet, kompüter və digər bu kimi yeni texnoloji icad və məhsullara milli adlar qoymağa ehtiyac olmadığı üçün əksər millətlər kimi, biz də bu sözləri öz gündəlik danışıq dilimizə və lüğətimizə əlavə etmişik; bu da normaldır. Çünki fəlsəfənin “milli-mədəni düşüncənin ərazisi” adlandırdığı dil canlı orqanizmdir. O, daim inkişaf etməli, zənginləşməli, yeni və alınma sözlər hesabına genişlənməlidir ki, həmin “düşüncə ərazisi” də böyüsün. Əlbəttə, bu proses digər ölkələrdə olduğu kimi, bizdə də labüdən getməlidir, amma bunu xüsusi vurğulayırıq ki, ana dilimizin milli enerjisini “sormaq”, onun “ekologiyasını korlamaq” hesabına yox!”

Tale Heydərov burada narahatlıq doğuran məsələlərə də diqqət çəkib.

“Burada narahatlıq doğuran başlıca məsələ nədir? Əsas problem dilimiz lüğət tərkibi və ifadə vasitələri baxımından kifayət qədər zəngin olduğu halda, alınma və ya əcnəbi sözlərdən yerli-yersiz istifadə etməyimizlə bağlıdır. Dilimizdə əsrlər boyu işlənən sözlər varsa, başqa dillərdən onların ekvivalentlərinin bizim dilə keçməsinə nə ehtiyac var? Bu, ana dilimizin təmizliyinə, bununla da milli kimliyimizə təhdid yaratmaqdır. Cənab Prezident məhz bu vacib məqamı diqqətə çatdırdı. Dövlət başçımızın çox düzgün bildirdiyi kimi, “əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır?!”

Təəssüf ki, telekanallarımızda, radio efirlərimizdə, yazılı mediamızda, sosial şəbəkələrdə və gündəlik danışıqda bu kimi xətalara çox tez-tez yol verilir. Bütün bunların bir neçə səbəbi var. Bir səbəb insanlarımızın xarici televiziya kanallarını izləməsi və oradakı verilişlərə, seriallara baxmasıdır. Bu prosesin illərlə davam etməsi insanların orada hər gün eşitdikləri kəlmələri gündəlik danışıq dilinə daxil etməsi ilə nəticələnir. Ən pisi də odur ki, həmin sözlərdən istifadə adiləşir. Çoxuna da elə gəlir ki, belə də olmalıdır, ən düzü elə budur. Düşünürəm ki, yerli televiziya və radio kanalları verilişlərin keyfiyyətini artırsa, – zənnimcə, bu sahədəki vəziyyət son illərdə yaxşıya doğru dəyişməkdədir, – izləyicilərin çoxunu yerli ekran-efir məkanına qaytarmaq mümkün olacaq. Amma hələ o səviyyəyə çata bilməmişik. Bununla bağlı kompleks tədbirlərin görülməli olduğunu düşünürəm. Bu problemə yerli jurnalistlərin və digər aidiyyəti qurumların ciddi müdaxiləsinin baş verməməsini də nəzərə alsaq, vəziyyətin niyə bu həddə çatdığını anlamaq çətin olmaz.

Başqa bir məsələyə də toxunmaq lazımdır: ədəbi Azərbaycan dilində danışa bilməyən şəxslərin televiziyalarda və digər efir məkanlarında çıxışına icazə verilməsi düzgün deyil. Ekrana-efirə çıxan hər kəs həm dilimizə, həm də mədəniyyətimizə hörmətlə yanaşmalıdır. İnsanlar, xüsusilə də gənc nəsil görüb-eşitdiyini öyrənir, buna görə də efirdə xalis ədəbi dildə nitq və çıxışların daha çox səslənməsi vacibdir. Efirdə ədəbi dilimiz daha çox işlənsə, bir o qədər çox sayda insan bu dili rahat qəbul edəcək və gündəlik həyatda da ondan daha çox yararlanacaq. Təklifim isə budur: media orqanları xarici sözlərin dilimizdən çıxarılmasına və bu sahədə təbliğat aparılmasına ciddi diqqət yetirməlidir. Eyni zamanda, bu standartlara əməl etməyən qurumlara qarşı qanun çərçivəsində müvafiq tədbirlər görülməlidir. Dil millətin pasportudur. Heç kim onunla istədiyi kimi davrana bilməz!” – deyə o vurğulayıb.

Tale Heydərov bildirib ki, bu vəziyyətin kökündə həm də cəmiyyətimizin, sıravi vətəndaşların ana dilinə bəzən biganə münasibəti dayanır: “Valideynlər övladlarını müxtəlif dillərdə təhsil verən məktəblərə göndərirlər. Burada qəbahət yoxdur. Bu məktəblər bəzən daha yaxşı təhsil verir və gənclərimizin xaricdə daha nüfuzlu universitetlərdə təhsil almasına şərait yaradır. Amma bu məktəblərdə Azərbaycan dili bəzən heç də istənilən səviyyədə tədris olunmur, dilimizin, ümumiyyətlə, öyrədilmədiyi məktəblər də var. Bu, dilimizə olan ən böyük hörmətsizlik və əlbəttə ki, böyük qüsurdur. Buna nə aidiyyəti qurumlar biganə qalmalıdır, nə də valideynlər.

Digər tərəfdən, müəyyən ictimai yerlərdə Azərbaycan dilinə açıq-aşkar hörmətsizlik göstərilir. İstər müəyyən şirkətlərdə, istərsə də kafe-restoranlarda ziyarətçi və müştərilərlə ünsiyyət başqa dildə aparılır. Bir çox restoranlarda Azərbaycan dilində bəzən heç menyu da olmur. Təəssüf doğuran hal odur ki, bu tipli məkanlar, əsasən, digər ölkələri təmsil edən iş adamlarına məxsus olur, halbuki onların ölkələrində biz onların ana dilinə belə hörmətsizlik etməyi ağlımıza da gətirmərik. Öz milli mətbəxini ölkəmdə təmsil edirsən? Çox gözəl, buyur. Amma dilimi öyrənməlisən, necə ki, mən sənin ölkəndə sənin dilində danışıram. Bu halların baş verməsinin səbəbi bunu onlardan, elə özümüzdən də tələb etməməyimizdir. Şəhərin mərkəzində xarici dillərdə məkan və şirkət adlarının yazıldığı reklam-elan lövhələri ilə tez-tez rastlaşırıq. Təəssüf ki, bütün bu hallar nə qanuni şəkildə cəzalandırılır, nə də ictimai şəkildə qınanılır. Halbuki buna məsul qurumlar var.

Görünür, bu sahədə ciddi təbliğat işinin aparılması artıq günün tələbidir. Əks halda çox şey itirəcəyik, prosesləri öz axarına buraxsaq, dilimizi və ümumən milli kimliyimizi təhlükəyə atmış olacağıq. Təcrübə göstərir ki, istənilən problem həll edilmədikcə həmin problem daha da böyüyür. Ümid edirik ki, cənab Prezidentin bu mühüm çıxışı həm bizi bir cəmiyyət olaraq ayıldacaq, həm də dilimizin qorunması üçün qətiyyətli addımların atılmasına təkan verəcək. Avropa Azərbaycan Məktəbi və TEAS Press Nəşriyyat Evi bu istiqamətdə ümumi işə öz töhfəsini verməkdə davam edəcək”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

AZTV-dən üzr istədilər 

Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AZTV) ilə bağlı yanlış məlumatlar yayan sayt üzr istəyib.Cityost.az-ın  məlumatına görə, “Metbuat.az” xəbər portalı 5 noyabrda “AzTV sədri buna görə vurulurmuş” başlığı ilə yayımlanan məqaləyə görə üzr istəyib.Portal təkzib mətnində qeyd edib ki, məqalə "redaksiyaya göndərilən məlumatlar əsasında hazırlanıb": "Təəssüf ki, hazırladığımız məqalə sosial şəbəkə platformalarında mövcud olan bir sıra qruplar və səhifələr tərəfindən təkrarən paylaşılarkən, ona əsası olmayan əlavələr edilib, təhriflərə yol verilib".Portal məlumatın hazırlanmasında və saytda yerləşdirilməsində mənfi niyyət olmadığını, "AzTV-nin və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaqdan uzaq" olduğunu da qeyd edib. “Metbuat.az” saytı məlumatı silib və AZTV-dən üzr istəyib....

06 Noyabr 2025, 10:48

“Dəstəkləmək lazımdır” - Ekspert AzTV sədrinin helikopter almasından yazdı 

“AzTV sədrini helikopter almaq istədiyinə görə tənqid etmək, yoxsa təqdir etmək lazımdır? Son günlər AzTV sədri Rövşən Məmmədovun “helikopter almaq istəyi” və yaradıcı işçilərə verdiyi qonorarlara görə tənqidlər gündəmdədir. Amma məsələ bir qədər fərqli görünür”.CityPost.az    xəbər verir ki, bunu İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında yazıb.O bildirib ki, dünyada əksər TV kanallar çəkiliş üçün helikopterlərdən istifadə edir: pizza mizza“Düşünürəm ki, əslində AzTV-ni, eləcə də İTV və digər televiziya kanallarını belə bir təşəbbüsə görə təqdir etmək daha doğru olardı. Əgər məqsəd televiziyanın çəkiliş və texnoloji imkanlarını genişləndirmək, ucqar və çətin ərazilərdən - xüsusilə regionlardan və Qarabağdan - operativ...

05 Noyabr 2025, 17:29

Elton Məmmədov həbsxananın kəndarında  -   Nəsib Məhəməliyev də “boz kardinal”ın adamı imiş  

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin sabiq müdiri,hazırda isə Rəyasət Heyəti Aparatının Sosial Xidmətlər Şöbəsinin müdiri vəzifəsini tutan,sabiq deputat Elton Məmmədov barəsində  (Ramiz Mehdiyevin AMEA-nın prezidenti olduğu dövrü əhatə edən dönəmdə)  3 milyon manatdan artıq yeyintiyə və israfçılığa yol verdiyinə görə,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  müvafiq maddələri ilə cinayət işi başlanıb.Cinayət işinin təqibi Azərbaycan Respublikasının Baş Prokuru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə olunub.Elton Məmmədov və qardaşı sabiq nəqliyyat naziri Ziya Məmmədovun bu və ya digər neqativ əməlləri barədə mətbuatda hər gün rəngarən xəbərlər yer alır.Elton Məmmədov isə haqqında medianın tirajladığı xəbərlərə dözümsüzlük nümayiş etdirərək,hətta,mətbuat nümayəndələrinə  yalan məlumat ötürməklə çaşqınlıq...

05 Noyabr 2025, 15:34

Mehdiyevin Hacıbəyliyə hədiyyələri üzə çıxdı - Fotofakt 

Dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd ittihamları ilə ev dustaqlığına məhkum edilən Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin dövlət çevrilişindən sonra 50 nəfərlik “Dövlət Şurası” yaratmaq istədiyi haqda məktubu tirajlanmışdı. Bunun ardınca isə R.Mehdiyevin “Dövlət Şurası”nda görmək istədiyi 50 nəfərin kimliyi gündəmə gəldi.Teleqraf agentliyi 50 nəfərdən ikisinin kimliyi haqda özəl mənbələrə istinadla məlumat yaymışdı ki, onlardan da biri sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylidir.Gültəkin Hacıbəyli isə Ramiz Mehdiyevin kadrı olması barədə səsləndirilən ittihamları təkzib etməyə çalışdı.CityPost.az   xəbər verir  ki, mövzu ilə bağlı Oxu24.com  geniş araşdırma aparıb. Saytın səhih mənbələrinə istinadla yazdığına görə, Gültəkin Hacıbəyli...

05 Noyabr 2025, 13:41

Azərbaycanda vəkil hoteldə öldü 

Yevlax rayonunda hotellərin birində ölüm hadisəsi baş verib.CityPost.az  xəbər verir ki, noyabrın 4-ü saat 21 radələrində Yevlax şəhəri ərazisində yerləşən “Həmdəm” hotelindəki otaqda orada qalan Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimlinin meyiti tapılıb.Onun dərman həbləri içərək öldüyü məlum olub.Qeyd edək ki, 37 yaşlı Elkin Kərimli vəkildir. O, Xətai rayonunda yerləşən “Fortiori” vəkil bürosunun üzvü olub.Faktla bağlı araşdırma aparılır....

05 Noyabr 2025, 12:26

“Yaşa görə orta aylıq pensiya 629 manat olacaq” 

“Əmək pensiyalarının orta aylıq məbləğinin gələn il üçün 590 manat olacağı proqnozlaşdırılır”.CityPost.az  xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Musa Quliyev bildirib.“Gələn il yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 53 manat artırılaraq 629 manata yüksəldilməsi proqnozlaşdırılır”, - komitə sədri bildirib.Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əlavə edib ki, 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat...

05 Noyabr 2025, 12:06