Bizə yazın

Baku

-°C

USD

-

Razi Nurullayev və köməkçisi külli miqdarda ziyana düşdü...  

Cəmiyyət 12 Noyabr 2025, 12:08

3884

Sosial şəbəkələrdən gələn xəbərlərə görə Milli Məclisdə İmişli rayonunu təmsil edən millət vəkili Razi Nurullayevin İmişli rayonunun Nurulu kəndinin örüş sahələrini dolayısı yolla zəbt edərək, ərazidə mal bazarı tikdirmək sevdası uğursuzluqla nəticələnib.

CityPost.az  xəbər verir  ki,Razi Nurullayev Milli Məclisdəki tale yüklü işlərini buraxıb, köməkçisi Vüqar Süleymanovun atası Yavər Abduləli oğu Süleymanovun adına sənədləşdirdiyi torpaq sahəsi onu əməlli-başlı maliyyə uğursuzluğuna düçar edib.

Deputat Razi Nurullayevin göstərişi ilə Yavər Süleymanov 09.04.2025-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsi tərəfindən keçirilmiş hərracda qalib gələrək Muradalılı Bələdiyyəsinə aid 20 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini 15 illik icarəyə götürüb. 12.04.2025-ci ildə ЗМ-78 nömrəli icarə müqaviləsi bağlamaqla, 02.05.2025-ci il tarixdə həmin sahəyə Y.Süleymanovun adına çıxarış verilmişdir. 

R.Nurullayevin göstərişi ilə torpaq sahəsinin mal-qara bazarı tikmək üçün yararlı hala gətirməkdə ötrü hamarlama və təmizləmə işləri aparakən, 1036 ədəd yulğun ağacı məhv edilmişdir.

Təbiətə külli miqdarda ziyan vuran R.Nurullayevin köməkçisinin atası Yavər Süleymanov barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 nömrəli Regional İdarəsinin əməkdaşları tərəfindən akt və 2364384 nömrəli İnzibati Xəta haqqında protokol tərtib edilməklə əvvəlcə 10.000 manat, daha sonra 35.000 manat cərimə edilmişdir. Bundan savayı icarədar Y. Süleymanov Əmlak Məsələləri Dövlət Xidmətinin Regional Ərazi İdarəsi tərəfindən icarəyə götürdüyü  torpaq sahəsindən aidiyyatı üzrə istifadə etmədiyi və özbaşına tikinti işləri apardığı üçün hər hektara görə 500 manat cərimə sanksiyasına məruz qalıb.   

Mirzə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hava kəskin dəyişəcək - Xəbərdarlıq 

Martın 15-i Azərbaycanın qərb rayonlarından başlayaraq 18-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. CityPost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

14 Mart 2026, 20:16

Azərbaycanda dövlət agentliyi ləğv edildi

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi ləğv edilib. CityPost.az  trend-ə istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb. Sənədə əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs ləğv edilib. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməlidir.Qeyd edək ki, Fərman 6 mart 2026-cı ildə imzalanıb və qüvvəyə minib....

14 Mart 2026, 11:35

Həmid Herisçi ilə bağlı ŞOK PAYLAŞIM

Ramin Cabbarlı yazır:Şəxslər haqqında yazmağı sevmirəm. Amma elə şəxslər var ki, artıq təkcə “şəxs” olaraq qalmırlar, bir zehniyyətin, bir xarakter tipinin təcəssümünə çevrilirlər. Həmid Herisçi də mənim üçün belə fiqurlardan biridir.Məsələ təkcə Həmid Herisçinin özü də deyil. Məsələ həm də onu ört-basdır edən, dəyərlərə bağlılığı dostluğa bağlılığından zəif olan yazıçı çevrəsidir. Elə bir çevrə ki, dost bildiyi birini açıq tənqid etməyə cəsarəti çatmır. Əvəzində qəbilə zehniyyəti ilə min cür bəhanə, min cür hekayə, min cür izah uydurulur. Yanlışa yanlış demək əvəzinə, ona ədəbi don geyindirilir.Yazıçılıq təkcə texniki bacarıq deyil. Əgər bu bacarıq sonda yanlışlara haqq qazandırmaq, həqiqəti gizlətmək, mənəvi mövqesizliyi...

14 Mart 2026, 10:00

Hava limanlarının inşası üçün torpaqların alınması dövlət ehtiyacları siyahısına daxil edilib 

Hava limanlarının inşası üçün torpaqların alınması dövlət ehtiyacları siyahısına daxil edilib.CityPost.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin Mülki Məcəllə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.Dəyişikliyə əsasən, bundan sonra dəniz və hava limanlarının (aeroportların), aerodromların ərazisinin genişləndirilməsi və yaxud bu tipli yeni obyektlərin inşası məqsədi ilə də torpaq alınacaq.Yenilik beynəlxalq aviasiya təşkilatlarının hava limanlarına dair tələblərinin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması (genişləndirilməsi), yeni uçuş-enmə zolaqlarının tikilməsi, uçuş-enmə zolaqlarının genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti ortaya çıxır. Lakin, sadalanan məqsədlər...

13 Mart 2026, 19:08

Zelenski azərbaycanlı döyüşçünü təltif etdi 

Ukrayina prezidenti Volodimir Zelenski daha bir soydaşımızı təltif edib.Modern.az-ın məlumatına görə, azərbaycanlı döyüşçü Emin Həsənov "İgidliyə görə" ordeniylə təltif olunub. Məlumata görə, Emin Həsənov 2015-ci ildən könüllü olaraq Ukrayna ordusunda xidmət edir. 2022-ci il Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzdən sonra əlində silah ön cəbhədədir. Döyüşçü yoldaşlarının “Türk" ləqəbi verdikləri soydaşımız Kyevin müdafiəsi, həmçinin Donbass, Zaporojye, Xarkov istiqamətlərində qəhrəmanlıqlar göstərib. O, bir neçə dəfə ağır yaralanmasına baxmayaraq müalicə aldıqdan sonra cəbhə xəttinə, komandiri olduğu birliyinə qayıdıb....

13 Mart 2026, 17:42

Məktəblərdə 7 milyon manatlıq işlər görüləcək   

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ölkə daxilində təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə genişmiqyaslı satınalma elan edib.Citypost.az  xəbər verir ki, tender müsabiqəsi ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində tədrisin təşkil olunması üçün zəruri olan mal-materialların və digər ləvazimatların tədarükünü nəzərdə tutur.Təşkilat layihənin icrası üçün 7 867 307,43 azn müəyyən edib.  

13 Mart 2026, 17:36