Adnan Əhmədzadənin həbs müddəti uzadılıb
Cəmiyyət 13 Mart 2026, 15:53
194
SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Citypost.az-a xəbər verir ki, bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.
Həmçinin oxuyun
Qeyd edək ki, Adnan Əhmədzadə ötən ilin sentyabr ayında DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlber hoca vəfat edib
Türkiyənin tanınmış tarixçi-alimi İlber Ortaylı müalicə aldığı xəstəxanada həyatını itirib.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Bildirilib ki, səhhəti pisləşən 78 yaşı alim bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilərək süni tənəffüs aparatına qoşulmuşdu.
13 Mart 2026, 16:55
MN-dən Türkiyəyə atılan raketlə bağlı açıqlama
"Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik. Bu suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır".Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir.Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik.
13 Mart 2026, 16:52
Qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) vətəndaşların foto və videolarını təhqiramiz formada montaj edərək sosial şəbəkələrdə paylaşan və onların silinməsi müqabilində pul tələb edən daha bir nəfəri saxlayıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Müəyyən olunub ki, əməli törətməkdə şübhəli bilinən 21 yaşlı M. Atakişiyev "TikTok", "Instagram" və "Telegram" sosial şəbəkələrindən qadınların foto və video görüntülərini əldə edib.Daha sonra həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz yazılar əlavə edərək saxta hesablar vasitəsilə yenidən sosial şəbəkələrdə paylaşıb. O, foto və video görüntülərin daha geniş yayılmaması, həmçinin silinməsi müqabilində zərərçəkən qadınlardan müxtəlif məbləğlərdə pul tələb edib.Faktla bağlı...
13 Mart 2026, 16:07
İrandan Azərbaycan sərhədi ilə 15 nəfər təxliyə olunub
Bu gün səhər saatlarından başlayaraq 15 nəfərin İrandan Azərbaycan sərhədi ilə keçidi təmin olunub.APA-nın cənub bürosunun verdiyi xəbərə görə, təxliyə olunanlardan 7-si Hindistan, 3-ü Azərbaycan, 3-ü Çin, 1-i Rus və 1-i iranəsilli İngiltərə vətəndaşıdır.Astara dövlət sərhəd buraxılış məntəqəsindən təxliyə davam edir.
13 Mart 2026, 16:05
Aviasiya tariximiz barədə maraqlı məlumatlar
Azərbaycanda ilk təyyarə uçuşu 1910-cu ilin oktyabr ayında Bakıda həyata keçirilmişdir. Bu uçuşu Sergey Utoçkin “Farman-30” təyyarəsi ilə icra etmişdir. Lakin Azərbaycanda ilk beynəlxalq uçuş isə Gəncə-Tiflis marşrutu üzrə Aleksandr Vasilyev tərəfindən 1910-cu ilin noyabrında yerinə yetirilmişdir. Azərbaycanda bu cür uçuşlara görə hava limanları da artıq mövcud idi. Belə ki, birinci hava limanı 1910-cu ilin sonunda Bakıda, ikinicisi isə 1911-ci ilin əvvəllərində Yevlaxda istifadəyə verilmişdir.Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux Ağaqayıbov olub. O, Birinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdiyi üçün orden və medallarla təltif edilmişdir. Azərbaycanın təyyarəçiləri arasında ilk beynəlxalq mükafat alan pilotumuz isə Əlibəy Verdiyev idi. Azərbaycan Xalq Cumhuriyyəti dönəmində də...
13 Mart 2026, 14:48
Məşhur mahnıların sözlərinin müəllifi prokuror imiş...
Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə deyidirdi ki, istedad elə bir hissdir ki, onun qarşısını heç bir maneə ala bilməz. Yaradıcı, istedadlı insan harada olmasından, hansı vəzifə tutmasından asılı olamayaraq öz missiyasını yerinə yetirəcək. Onun başqa bir gözəl fikri də var idi. Deyirdi istedadlı insanlara yol açıb, şərait yaratmaq lazımdır. İstedadsızlar onsuzda nail olacaqlar.Müxtəlif peşə sahibləri var ki, onlar Azərbaycan ədəbiyyatında yadda qalan nümunələr yaradıblar. Onlardan biri də Sabir Abdindir. Sabir 1963-cü il yanvar ayının 16-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakülətisni bitirib. Uzun illər prokurorluq orqanlarında çalışıb. Yardımlı, Kürdəmir, Sabirabad rayonlarında prokuror köməkçisi,...
13 Mart 2026, 14:46