Bizə yazın

Baku

-°C

USD

-

Bakıda qudalar arasında dava: Nişan pozuldu

Hadisə 13 Mart 2026, 17:28

199

Bakının Xəzər rayonunda qudalar arasında yaranan mübahisə dava ilə nəticələnib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Goranboy rayon sakini, 1977-ci il təvəllüdlü Namiq Bağırov oğlunun nişanlısının anası Tamaradan (ad-soyad şərti verilib – red.) 1000 manat məbləğində borc alıb.

Daha sonra borcun qaytarılması ilə bağlı aralarında narazılıq olub. Onların mübahisəsi dava-dalaşla nəticələnib.

Bağırovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə ittiham elan edilib.

Bağırov izahatında bildirib ki, sonuncu dəfə təxminən 5 ay əvvəl Tamaranın evində olub: “Tamaradan pulu oğlum Sərxan faizlə götürüb. Həmin pul faizlə də geri qaytarılıb. Bu hadisələrdən sonradan məlumatım olub. Sərxan ilə Tamaranın qızı nişanlı olublar. Lakin həmin nişan pozulub”.

Təqsirləndirilən şəxs deyib ki, Tamara ilə nə telefon danışığı, nə də görüşüb olub: “Yaşadığı ünvana gedərək onu təhqir etməmişəm. Onun evinə nə oğlum, nə də özüm getmişəm”.

İş üzrə zərərçəkmiş Tamaranın sözlərinə görə, Namiqin oğlu Sərxan onun qızı ilə nişanlı olub: “Namiqlə keçmiş quda hesab olunuruq. Mən qızıllarımı lombarda qoyaraq onlara borc pul vermişəm. Lakin həmin pulu geri tələb etdikdə telefon vasitəsilə təhqir olunmuşam. Daha sonra Namiq oğlu ilə birlikdə yaşadığım ünvana gələrək məni nalayiq sözlərlə təhqir etdilər”.

Xəzər Rayon Məhkəməsinin qərarı ilə Namiq Bağırovun əməlində inzibati xətanın tərkibi olmadığı müəyyən edilib.

Onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Cinayət Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Antik əşyalar oğurlayan şəxslər saxlanılıb 

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən mənzillərdən oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib.Daxili İşlər nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Citypost.az verilən məlumata görə, tədbirlərlə 2 fərdi yaşayış evindən ümumi dəyəri 7750 manat olan müxtəlif növ məişət əşyaları, o cümlədən antik əşyalar və 1000 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb.Polis əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində şəhər ərazisində avtomobillərdən , eləcə də obyektlərdən mobil telefon və pul oğurlayan keçmiş məhkum Naib Əliyev də saxlanılıb. Araşdırmalarla N. Əliyevin ümumilikdə 15-ə yaxın mağaza və avtomobildən oğurluq etdiyi müəyyən olunub. Həmçinin saxlanılan şəxsdən psixotrop maddə olan metamfetamin də...

13 Mart 2026, 14:00

“Brent” neftinin qiyməti artıb

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin may müqaviləsinin dəyəri 0,02% artaraq 1 barelə görə 100.48 ABŞ dolları təşkil edib.CityPot.az-ın  məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin aprel ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,30% azalaraq 95.44 ABŞ dollarına bərabər olub.

13 Mart 2026, 09:36

Füzulidə mülkü şəxs minaya düşərək həlak olub 

Füzulidə mülkü şəxs minaya düşərək həlak olub.Hadisə Füzuli rayon Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb.Belə ki, Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu atla mal otararkən texnika əleyhinə minaya düşüb. Nəticədə R. Hacıyev hadisə yerində həlak olub.Faktla bağlı araşdırma başlanıb.

12 Mart 2026, 21:22

Daha bir tiktoker saxlanılıb 

Polis daha bir tiktokeri saxlayıb.Citypost.az xəbər verir ki, sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.Tədbirlərlə “TikTok” sosial şəbəkəsində canlı yayım zamanı təhqiramiz ifadələr səsləndirən Əliqismət Nəzərov saxlanılıb. Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.Müvafiq qərarla Ə.Nəzərov inzibati qaydada həbs olunub....

12 Mart 2026, 16:11

Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanıldı 

Martın 11-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   DİN-in Mətbuat Xidmətindən Citypost.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 239, o cümlədən borclu şəxs qismində axtarışda olan 196 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb....

12 Mart 2026, 11:34

Gəncədə atasını qətlə yetirən 17 yaşlı yeniyetmə saxlanılıb

Martın 12-də Gəncə şəhər sakini Elçin Nağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.Gəncə şəhər prokurorluğundan  verilən xəbərə görə, ilkin araşdırmalarla E.Nağıyevin yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

12 Mart 2026, 09:34