Bizə yazın

Baku

-°C

USD

-

Evdə gizli səs yazmaq qanuni sayılırmı?

Hüquq 13 Mart 2026, 13:58

210

Əgər bir şəxs digər şəxslərin razılığı olmadan evdə gizli şəkildə diktafon və ya digər qurğu ilə səs yazırsa, bu, vəziyyətdən asılı olaraq hüquqi məsuliyyət yarada bilər. Məsələ əsasən niyyətə və səs yazısının necə istifadə olunmasına bağlıdır.

Citypost.az-ın məlumatına görə, Azərbaycan qanunvericiliyinə görə şəxsi və ailə həyatının toxunulmazlığı qorunur. Bu məsələ Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq cinayət və mülki qanunvericilik normaları ilə tənzimlənir.

Əgər səs yazısı:

şəxsi həyatı pozmaq,

şantaj etmək,

təhdid və ya hədə-qorxu məqsədilə istifadə olunarsa,

bu halda cinayət və ya inzibati məsuliyyət yarana bilər.

Lakin bəzi hallarda səs yazısı hüquqların müdafiəsi üçün sübut kimi istifadə oluna bilər (məsələn, ailə mübahisələri, əmlak bölgüsü, qızıl və ya digər əşyaların qaytarılması ilə bağlı işlərdə). Belə situasiyalarda məhkəmə sübutu qiymətləndirir və onun qanuni yolla əldə olunub-olunmadığını nəzərə alır.

Əsas məqam budur ki, gizli yazının məqsədi və onun istifadə forması hüquqi qiymətləndirmədə həlledici rol oynayır. Əgər məsələ şantaj və ya təzyiq xarakteri daşıyırsa, zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət edə bilər.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bağışlama müqaviləsi nə vaxt mübahisələndirilə bilər?  

Mütəxəssislərin sözlərinə görə, əgər əmlak bağışlama müqaviləsi (hədiyyə) əsasında yaxın qohumlardan birinə verilibsə, digər maraqlı şəxslər bu müqaviləni qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirə bilərlər.Bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Qanuna əsasən, belə iddialar üçün ümumi iddia müddəti tətbiq olunur və tərəf müqavilə barədə məlumat aldığı andan etibarən müəyyən müddət ərzində məhkəməyə müraciət edə bilər.Əgər şəxs bağışlama müqaviləsi barədə məlumat aldığı vaxtdan etibarən qanunla müəyyən edilmiş müddət keçməyibsə, o zaman:məhkəməyə müraciət etməklə müqaviləni mübahisələndirə,qanunvericilikdə əsaslar olduqda müqavilənin etibarsız sayılmasını tələb edə bilər.Ekspertlər vurğulayırlar ki, hər bir konkret halda sübutlar, müqavilənin şərtləri və tərəflərin hüquqları məhkəmə tərəfindən qiymətləndirilir və qərar...

13 Mart 2026, 13:56

Həkim səhvi və hüquqi məsuliyyət: Ekspert açıqladı  

Həkimlərin fəaliyyəti Azərbaycanda əsasən Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş kliniki protokollara əsaslanır. Əgər müvafiq protokol mövcuddursa, həkim həmin protokolda göstərilmiş bütün addımları icra etməlidir. Əks halda, hüquqi məsuliyyət yaranır.Cityost.az xəbər verir ki, məsələn, bir şəxs hündürlükdən yıxılır və zədə alırsa, həkim onu dərhal müayinə etməli, ehtiyac varsa əlavə testlər və müalicə tədbirləri görməlidir. Həkim protokolda nəzərdə tutulmuş addımları atlamış və xəstəni təhlükəli vəziyyətdə evə göndərmişsə, baş verəcək ağırlaşmalara görə məsuliyyət daşıyır.Bu barədə praktiki nümunələr mövcuddur. Yol nəqliyyat hadisəsi zamanı xəstə dövlət xəstəxanasına müraciət etmiş, həkim onu sadəcə baxışdan keçirərək evə göndərmişdi. Qısa müddət sonra xəstənin vəziyyəti pisləşmiş və sonrakı müayinələrdə artıq...

09 Mart 2026, 16:32

Torpaq üzərində fərdi ev tikintisi və qanuni addımlar

Əgər torpaq sahəniz varsa və orada fərdi yaşayış evi tikmək istəyirsinizsə, əvvəlcə heç kimdən icazə almağa ehtiyac yoxdur. Lakin tikinti qanunvericiliyinə uyğun addımlar atmaq vacibdir.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 80-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində tikiləcək mənzilin layihəsi lisensiyalı şirkət tərəfindən hazırlanmalı və normativlərə uyğun təsdiq olunmalıdır. Bu zaman şəxsiyyətinizi təsdiq edən sənədin notarial təsdiq olunmuş surəti və torpaq sahəsinin çıxarışı icra orqanına təqdim edilir. İcra orqanının baş memarı sənədləri yoxladıqdan sonra layihə lisensiya ilə birlikdə şəhərsalma qurumuna göndərilir. 15–30 iş günü ərzində irad bildirilmirsə, tikinti qanunlara uyğun həyata keçirilə bilər.Əgər torpaq sahəsinin çıxarışı yoxdursa və ya...

06 Mart 2026, 13:51

Nikah zamanı borcların və gəlirlərin bərabər bölünməsi: Qanunvericilik izahı  

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, nikah dövründə ər və arvadın maliyyə məsələləri yalnız gəlirlərlə məhdudlaşmır. Eyni zamanda, hər iki tərəf nikah zamanı yaranan borclara da bərabər məsuliyyət daşıyır. Yəni, əgər ər və ya arvad müəyyən borc götürüb və ya kreditlərə imza atıbsa, həmin borcun yarısı digər tərəfə də aid edilir.Citypost.az xəbər verir ki, bu prinsip nikahın birgə iqtisadi həyat prinsiplərinə əsaslanır və həm şəxsi, həm də birgə aktivlər və öhdəliklərin bərabər payda bölünməsini təmin edir. Beləliklə, nikah dövründə hər iki tərəf maliyyə baxımından həm hüquqi, həm də maliyyə məsuliyyətini paylaşır.Qanun bunu xüsusi olaraq nəzərdə tutur ki, boşanma və ya nigahın pozulması...

03 Mart 2026, 12:09

Hamiləlikdə boşanma mümkündür - QANUN nə deyir?

Ailə Məcəlləsinə əsasən, hamiləlik dövründə qadın öz iradəsi ilə boşanmaq üçün məhkəməyə müraciət edə bilər. Yəni, 6 aylıq hamilə olan xanımın boşanmaq üçün müraciəti qanunla mümkündür və məcburi şəkildə ər ilə razılaşması tələb olunmur.Citypost.az xəbər verir ki, Qanun kişilərə isə müəyyən məhdudiyyət qoyur: ər hamiləlik dövründə və uşağın doğulmasından bir il ərzində boşanmaq üçün yalnız qadın müraciət edə bilər; bu müddət ərzində ər tərəfdən boşanma müraciəti mümkün deyil.Beləliklə, hamilə qadının boşanmaq hüququ tanınır və hamiləliyin müddətindən asılı olmayaraq qanuni əsasda müraciət edə bilər.Əli...

02 Mart 2026, 17:26

Ata uşağı ilə görüş hüququ: Bazar günü ilə məhdudlaşmır  

Məhkəmə bir ataya uşağı ilə görüşmək üçün bazar günü, misal üçün, səhər saat 10-dan axşam saat 6-dək icazə veribsə, bu valideynlər arasında razılıq çərçivəsində həyata keçirilir. Ana bu razılığa etiraz etmirsə, hər şey qanuni hesab olunur.Citypost.az xəbər verir ki, lakin gündəlik həyatda, məsələn, uşaq məktəbdən gedib gələrkən atasının uşağını qısaca öpməsi, görüşməsi də qanuni hüquq çərçivəsindədir. Yəni, ata yalnız bazar günü ilə məhdudlaşmır və uşağı ilə normal qarşılıqlı əlaqə qurmaq hüququna malikdir.Qeyd olunur ki, valideynlər arasında hüquq münaqişəsi olmadığı halda, polis və digər mühafizə orqanlarının müdaxiləsi qanuni deyil. Hüquqi müdaxilə yalnız uşağa qarşı zorakılıq, əxlaqsız hərəkət və ya xəsarət halları...

02 Mart 2026, 12:17