"Runeway House" istirahət mərkəzində at uşağı vurdu
Cəmiyyət 13 Noyabr 2025, 13:44
7477
Dünən axşam saatlarında İsmayıllı rayonunun Qalacıq kəndi ərazisində yerləşən "Runeway House" istirahət mərkəzində xoşagəlməz hadisə baş verib.
2018-ci il təvəllüdlü S.H.K oğlu valideynlərin nəzarətindən yayınıb və nəticədə istirahət mərkəzinin həyətindəki at uşağı vurub.
Onun almacıq sümüyü sınıb.Hadisə yerinə dərhal həkim briqadası gəlib və uşaq Bakıya Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına təxliya olunub.
CityPost.az-a "Runeway House" istirahət mərkəzinin rəhbəri kimi təqdim edən İsmayıl Səmədoğlu bildirib ki,hadisə istirahət mərkəzində yox,Qalacıq kəndi ərazisində baş verib.
Həmçinin oxuyun
"Əməkdaşlarımız uşağa lazımı olan köməkliyi göstərib",-deyə istirahət mərkəzinin rəhbəri bildirib.
Qeyd edək ki,ailə bayram günləri ilə əlaqədar olaraq İsmayıllıya istirahət üçün gedibmiş.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ
Şamaxıda tanınmış həkim vəfat edib.CityPost.az xəbər verir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında uzun illər həkim-terapevt kimi fəaliyyət göstərmiş Bəxtiyar Abbasov dünyasını dəyişib.Qeyd edək ki, Bəxtiyar Abbasov 1998-2006-cı illərdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində də fəaliyyət göstərib.Daha sonra Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon Təşkilatının sədri kimi ictimai-siyasi fəaliyyətdə iştirak edib. 2009-2019-cu illərdə isə Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.(oxu.az)...
14 Mart 2026, 21:37
Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO
"İnzibati cərimələrin qaytarılması Qaydası" təsdiqlənib.Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, artıq ödənilmiş inzibati cərimə dövlət büdcəsindən və ya inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar qəbul etmiş səlahiyyətli orqanların hesablarından qismən və ya tam şəkildə geri qaytarılacaq. Hüquqşünas Emil Aslanov bildirib ki, vətəndaşlar 20 gün ərzində yazılı və ya elektron qaydada müraciət etməklə cərimənin hansı büdcəyə ödənilməsindən asılı olaraq həmin vəsaitin geri qaytarılmasına nail ola bilərlər. Onun sözlərinə görə, artıq ödənilmiş məbləğin geri qaytarılması üçün 5 illik müddət nəzərdə tutulub:"Bu müddət ərzində vətəndaşlar ödədikləri vəsaitin geri qaytarılması üçün müraciət edə bilərlər".Qeyd edək ki, artıq ödəmənin...
14 Mart 2026, 21:35
Hava kəskin dəyişəcək - Xəbərdarlıq
Martın 15-i Azərbaycanın qərb rayonlarından başlayaraq 18-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
14 Mart 2026, 20:16
Azərbaycanda dövlət agentliyi ləğv edildi
Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi ləğv edilib. CityPost.az trend-ə istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb. Sənədə əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs ləğv edilib. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməlidir.Qeyd edək ki, Fərman 6 mart 2026-cı ildə imzalanıb və qüvvəyə minib....
14 Mart 2026, 11:35
Həmid Herisçi ilə bağlı ŞOK PAYLAŞIM
Ramin Cabbarlı yazır:Şəxslər haqqında yazmağı sevmirəm. Amma elə şəxslər var ki, artıq təkcə “şəxs” olaraq qalmırlar, bir zehniyyətin, bir xarakter tipinin təcəssümünə çevrilirlər. Həmid Herisçi də mənim üçün belə fiqurlardan biridir.Məsələ təkcə Həmid Herisçinin özü də deyil. Məsələ həm də onu ört-basdır edən, dəyərlərə bağlılığı dostluğa bağlılığından zəif olan yazıçı çevrəsidir. Elə bir çevrə ki, dost bildiyi birini açıq tənqid etməyə cəsarəti çatmır. Əvəzində qəbilə zehniyyəti ilə min cür bəhanə, min cür hekayə, min cür izah uydurulur. Yanlışa yanlış demək əvəzinə, ona ədəbi don geyindirilir.Yazıçılıq təkcə texniki bacarıq deyil. Əgər bu bacarıq sonda yanlışlara haqq qazandırmaq, həqiqəti gizlətmək, mənəvi mövqesizliyi...
14 Mart 2026, 10:00
Hava limanlarının inşası üçün torpaqların alınması dövlət ehtiyacları siyahısına daxil edilib
Hava limanlarının inşası üçün torpaqların alınması dövlət ehtiyacları siyahısına daxil edilib.CityPost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Mülki Məcəllə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.Dəyişikliyə əsasən, bundan sonra dəniz və hava limanlarının (aeroportların), aerodromların ərazisinin genişləndirilməsi və yaxud bu tipli yeni obyektlərin inşası məqsədi ilə də torpaq alınacaq.Yenilik beynəlxalq aviasiya təşkilatlarının hava limanlarına dair tələblərinin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması (genişləndirilməsi), yeni uçuş-enmə zolaqlarının tikilməsi, uçuş-enmə zolaqlarının genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti ortaya çıxır. Lakin, sadalanan məqsədlər...
13 Mart 2026, 19:08