Bizə yazın

Baku

-°C

USD

-

İcra başçısı camış işinə baxırmış  - FOTO+VİDEO

Cəmiyyət 13 Noyabr 2025, 16:29

9692

Mənsur Məmmədovun camış fermasından xüsusi REPORTAJ...

Mediada Ramiz  Mehdiyevin qruplaşmasında yer alan şəxslərin siyahısında hazırda vəzifədə olan icra başçılarının da adı tez-tez hallanır.Yerli mətbuatın həmin siyahıda adını çəkdiyi icra  başçılarından biri də Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovdur.

Bəs Mənsur Məmmədov bu komandaya necə üzv olub?

CityPost.az  xəbər verir   ki,Oxu24.com icra başçısı ilə bağlı mühüm məlumatlar əldə edib.Sayta açıqlama verən mənbənin bildirdiyinə görə,Mənsur Məmmədov bu qrupa keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dəstəyi ilə qoşulub.Ziya Məmmədovun əslən Ucar rayonunun Qazıqumlaq kəndindən olması məlumdur.Məhz, Ziya Məmmədov öz adımını Ucar rayonuna başçı gətirilməsinə dəstək olmaqla regionda  mövqeyinin möhkəmlənməsini bir qədər də gücləndirib.Onu da qeyd edək ki,Mənsur Məmmədov və Ziya Məmmədov hər ikisi eyni  kənddən-Qazıqumlaqdandırlar.

Mənsur Məmmədov  2015-ci ilin yanvarın 27-dən Ucarın  başçısıdır. O,bundan öncə Göyçayın icra başçısı vəzifəsində (Red- 2007-2015-ci illərdə)işləyib.

Mənsur Məmmədovun uzun müddətdir başçısı olduğu Ucar bu gün regionun bəlkə də ən kasıb və sosial cəhətdən ən zəif bir rayonuna çevrilib.Halbu ki,bunun əksi də ola bilərdi.Çünki rayonun yerləşdiyi əlverişli coğrafi mövqe və iqlimi burada kənd təsərrüfatı qurmağa imkan verir.Əslində rayonda kənd təsərrüfatı sistemi qurulub.Amma, başçının öz adına...

Sayt  Ucarın icra başçısı Mənsur Məmmədova məxsus saysız-hesabsız obyektlər,torpaq sahələri,restoranlar,fermalar,broylerlər haqqında  dəqiq məlumatlar əldə edib.Məlumatı yoxlamaq məqsədi ilə əməkdaşımız Ucar rayonuna  yollanıb...

İcra başçısının camış sevdası ...

Kənd sakinləri mal-qaranı otarmağa yer tapmır,başçının hektarlarla sahəsi var...

Əhalinin  mal-qarasınının  otlaması üçün  nəzərdə  tutulan  örüş sahələrinin olmamasından əziyyət çəkdiyi bir vaxtda  başçı bir neçə hektarı əhatə edən ərazidə özünə camış ferması yaradıb.Əməkdaşımız həmin fermanın yerləşdiyi Müsüslü kəndində olub.Mənsur Məmmədov icra başçısı gəldiyi ilk gündən bu fermanı yaradaraq özünə biznes qurub.Əldə etdiyimiz məlumata görə,bu camışlar xüsusi cins heyvanlardır və Macarıstandan gətirilib.Mənbənin bildirdiyinə görə,camışlar südlük olduğu üçün yerli cinslərdən bir neçə dəfə bahadır.Ana camışın birinin qiyməti 4-5 min manat arasında dəyişdiyi bildirilir.Ərazisi bir neçə hektarı əhatə edən ferma üçün xüsusi yol salınıb.Əldə etdiyimiz məlumata görə,icra başçısı 10-15 gündən bir biznes obyektinə baş çəkərək camışlarla maraqlanır...onu da qeyd edək ki,fermada ortalama 125-130 baş  camış saxlanılır.

Başçının camışları niyə ölür?...

Fermanın əməkdaşlarından birinin saytımıza verdiyi məlumata görə,camışlar arasında tələfat başçının qanını qaralıb.Bu səbəbdən də o özünə yeni biznes sahələri yaratmağa başlayıb. Bu haqda növbəti reportajımızda danışacağıq...

Ramiz Mehdiyevin  həbs xəbəri və camışların gecə ikən dəyişən  taleyi...

Mənbənin saytımıza verdiyi xəbərə görə,Ramiz Mehdiyevin həbs xəbəri çıxan günü icra başçısı Mənsur Məmmədov camışlarının bir hissəsini təcili olaraq fermadan çıxarıb.Bunun hansı məqsədlə etdiyi yəqin ki,başadüşüləndir.Başçı bunun üçün işğaldan azad olunmuş ərazilərdə özünə yeni ferma yaradıb.Bu ferma Kəlbəcərdə  yerləşir.Camışların bir hissəsi ora aparılıb.İcra başçısının bu biznesinə onun müavini  Əliş Cəbrayılov nəzarət edir.

Bundan əlavə Ucar Rayon İcra hakimiyyəti başçısı Mənsur Məmmədovun Kəlbəcərdə böyük qoyun fermasının da olduğu deyilir.Həmin fermalar eyni ərazidə yerləşir və bir neçə hektar ərazini əhatə edir.

Rayonun əhalisinin sosial rifahının  çətin olduğu vaxtda icra başçısı bu qədər var-dövləti necə əldə edib?Ümumiyyətlə, icra başçısının bizneslə məşğul olması qanunidirmi?

Bununla bağlı növbəti yazımızda ətraflı məlumat təqdim edəcəyik.

Azər Nəsir
Ucar rayonundan xüsusi reportaj

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ucarda yük maşını aşıb, avtomobildə olan pomidor-xiyar yola dağılıb - FOTO 

Ucarda yük maşını aşıb.APA- nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı- Qazax magistralının rayonun Qaracallı kəndindən keçən hissəsində baş verib.Belə ki, hərəkətdə olan pomidor və xiyarla yüklənmiş yük maşını idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə yola dağılmış yük avtomobillərin hərəkətində çətinlik yaradıb.

16 Avqust 2026, 20:35

Bakıda bəzi marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib 

M1, M2 və M3 nömrəli ekspres marşrutların “28 May” Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə mərkəzə daxil olan 2, 10, 20 və 88A nömrəli marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.Bu barədə  AYNA-dan məlumat verilib.Məlumata görə,Dəyişikliklər belədir:2 nömrəli marşrut:“Dərnəgül” m/st istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı;Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.10 nömrəli marşrut:Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.20 nömrəli marşrut:Qaraçuxur qəsəbəsi istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.88A nömrəli marşrut:Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi Muğan bağının qarşısı;“Azadlıq prospekti” m/st istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı....

16 Avqust 2026, 14:12

Çimərlikdə külək əsəcək

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, avqustun 17-də mülayim şimal-qərb küləyi əsəcək.Dəniz suyunun temperaturu:Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25,Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

16 Avqust 2026, 13:54

Bakıda külək əsəcək, rayonlarda leysan yağacaq - PROQNOZ 

Avqustun 17-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq....

16 Avqust 2026, 13:38

Xanımına onu aradan götürəcəklərini deyibmiş...

Qarabağ problemi başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bundan sonra Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Onun səhhətində, xüsusən də böyrəklərində problemlər yaranır.Rəşid Behbudov sonralar xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər. Sonralar Şaumyanın Bakıda basdırıldığı iddia olunan yerdə işlər aparılan zaman bu işlə məşğul olan insanlar deyirlər ki, “biz Rəşidə inanmadıq. O, haqlı idi”. Meyitlərin tibbi ekspertizası zamanı Şamuyanın cəsədini orada tapılmır.Atamın böyrəyini əməliyyat etməli idilər. Anamla mən səhər saat 9-da Moskvada Kremlin xəstəxanasında...

15 Avqust 2026, 21:36

"AZADLIQ və ANARXİYA"  

İnsanın ən təhlükəli parçalanması güzgüdə görünmür. İnsan bəzən zahirən tamamilə normal həyat yaşayır: işləyir, gülür, danışır, ailə qurur, sosial şəbəkələrdə xoşbəxt şəkillər paylaşır, özünü azad və müstəqil hesab edir. Lakin bütün bunların arxasında daha dərin bir sual gizlənir: insan həqiqətən öz həyatını yaşayır, yoxsa ona yaşamalı olduğu həyatın rolunu oynayır? Bəzən insanın daxilində bir-birinə zidd iki ayrı istiqamət yaranır. Bir tərəfi sevgi, ailə, sədaqət və mənəvi bağlılıq istəyir, digər tərəfi isə heç kimə borclu olmadığını, heç kim üçün dəyişməməli olduğunu, həyatın yalnız şəxsi arzular üzərində qurulmalı olduğunu söyləyir. Bir tərəf ailə istəyir, digər tərəf ailəni azadlığın qarşısında maneə kimi görür....

15 Avqust 2026, 21:29