Bizə yazın

Baku

-°C

USD

-

Nərgiztəpə- oğuz elinin alınmaz qalası 

Cəmiyyət 14 Yanvar 2026, 13:51

361

Bura Azərbaycan tarixinin bütöv bir mərhələsinə işıq saçır

“Ərənlər əvrəni Qaracuq Çoban sapanının ayasına daş qodı, atdı. Birin atanda ikisin-üçin yıqdı, ikisini atanda üçin-dördin yıqdı. Kafirlərin gözinə qorxu düşdi. Qaracuq Çoban kafirin üç yüzini sapan daşıyla yerə bıraqdı. İki qardaşı oxa düşdi, şəhid oldı. Çobanın daşı dükəndi; qoyun deməz, keçi deməz, sapanın ayasına qor atar, kafiri yıqar.”

Nərgiztəpə… Qarabağ silsiləsinə mənsub dağ ətəklərinin Mil düzü ilə kəsişməsində, Qaraçuğ dağının 7-8 kilometrliyində, Hunaşen çayından cənub-şərqdə yerləşən təbii yüksəklik. Hündürlüyü 8 m, sahəsi isə 1,3 hektara yaxındır. Bu yüksəklik tarixin müxtəlif dönəmlərində qanlı döyüşlərə şahidlik edib, oğuz elinin alınmaz qalasına çevrilib.

Söhbətimizə “Kitabi-Dədə Qorqud” dastanındakı “Salur Qazanın evi yağmalandığı boy”dan körpü salmağımız heç də təsadüfi deyil. Uzaq əsrlərdən bu günümüzədək gəlib çıxan rəvayətə görə, Qaracuq (Qaraca) çobanın mərdliklə vuruşduğu, qardaşları Qabangücü və Dəmirgücünün şəhid olduğu hadisə bu yerdə baş verib. Xalq inancına görə, ərazidəki iri daşlar, yaxud “daşlaşmış qoyunlar” qeyri-adi gücə malik el qəhrəmanının sapandından çıxaraq hərəsi bir tərəfə yuvarlanıb, onun özü isə bu yerdə dəfn olunub.

Barəsində dastan və rəvayətlər dolaşmağı, siyasi, hərbi-strateji əhəmiyyəti öz yerində, Nərgiztəpə, həm də tarixi abidə kimi də qiymətlidir. Onun haqqında ilk dəfə ötən əsrin ortalarında Mil-Qarabağ bölgəsində tədqiqat aparan tanınmış rus alimi A. A. İessen məlumat verib. Orta tunc və antik dövr küp qəbirləri mədəniyyətinə aid keramika nümunələrinə əsaslanan araşdırıcı, təpəni çoxtəbəqəli abidə adlandırıb.

Son vaxtlar aparılan arxeoloji qazıntılarla burada qədim divar və xəndək qalıqları aşkar edilib. Divarın tikintisində hər hansı bərkidici maddədən istifadə edilmədiyindən, onu Azərbaycanda daha çox “təpəgöz qalaları” kimi tanınan klassik siklop tikililəri sırasına daxil edirlər. Alimlər belə tikililəri ibtidai cəmiyyətin dağılması və sinifli cəmiyyətə keçid dövünə aid edirlər.

Tarix üzrə fəlsəfə doktoru, arxeoloq Təvəkkül Əliyev hesab edir ki, Nərgiztəpə Azərbaycan tarixinin bütöv bir mərhələsinə işıq saça biləcək abidədir: “Burada qədim Azərbaycan dövləti olan Albaniyanın həm antik, həm də erkən orta əsrlər tarixini bütün çalarları ilə izləmək olar. Qazıntılar zamanı Orta Tunc, Son Tunc və İlk Dəmir dövrlərinə, erkən alban çağlarına aid saxsı nümunələrinə də təsadüf edilir.”

Antik və Erkən Orta əsrlərdə Nərgiztəpə qədim Azərbaycan dövləti olan Albaniyanın Ərsaq vilayətinə daxil olub, ölkənin mədəni-iqtisadi həyatında əhəmiyyətli rol oynayıb.

Qəbir abidələri, türk mənşəli toponimlər, folklor nümunələri və maddi artefaktlar təsdiq edir ki, bütünorta əsrlər boyu Nərgiztəpə türkdilli tayfaların yaşayış məskəninə çevrilib.

Dastan qəhramanı Qazan xan “Qaraçuğun qaplanı” adlandırılır. Nərgiztəpə yaxınlığındakı Qarabağ dağ silsiləsinə məxsus yüksəkliklərdən birinin adı da məhz “Qaraçuğ”dur. Təvəkkül Əliyev, Bəhlul İbrahimli və Gülanə Əliyevanın həmmüəllifliklə nəşr etdirdikləri “Qarabağda Nərgiztəpə abidələr kompleksi” əsərində (Bakı, Elmin İnkişafı Fondu, 2017) qeyd olunur ki, 19-cu əsrdə və 20-ci əsrin əvvəllərində çəkilən hərbi-topoqrafik xəritələrdə hündürlüyü 632 metr olan bu dağın adı qeyd edilib. Orta əsrlərdə həmin ərazidə Qaraçuğ adlı kəndin olması haqqında məlumat var.

Həmin nəşrdə həmçinin vurğulanır ki, 18-ci əsrin əvvəllərində Rusiya Xəzərsahili vilayətləri işğal edəndə Osmanlı qoşunu Cənubu Qafqaza daxil olaraq onun böyük bir hissəsini nəzarət altına alıb. Osmanlı məmurları vergi sistemini nizama salmaq məqsədilə 1727-ci ildə buradakı bütün yaşayış məntəqələrinin dəqiq siyahısını tərtib ediblər. “Dəftəri-müfəssəl əyaləti Gəncə” adlı bu siyahıda Qarabağın dağlıq hissəsinin 5 mahalına mənsub kəndlərin adı yer alıb, o cümlədən Vərəndə mahalına daxil olan 60 kəndin sırasında Qaraçuğun da adı çəkilib.

Qaraçuğ yaxınlığında Böyük Oxlu və Kiçik Oxlu adlı dağlar – yüksəkliklər var. Məlumdur ki, oğuzlar hər birinin öz damğası – fərqləndirici möhürü olan 24 tayfadan ibarət idilər. Bayat boyuna məxsus damğa ox işarəsi şəklində təsvir edilib. Avşarlar oğuzların Bozox qoluna mənsub idilər. Son yüzilliklərdə avşarlar Mil-Qarabağ bölgəsində Kəbirli və Qaradolaq camaatı ilə yanaşı ən iri heyvandarlıq təsərrüfatına sahib olublar.

Beləliklə, bir tərəfdən, türk mənşəli toponimlər, digər tərəfdən isə Nərgiztəpə ətrafındakı işarəli qəbir daşları, eyni zamanda, bölgədə tez-tez rast gəlinən Səlcuq və Eldəniz hökmdarlarının adına kəsilmiş mis sikkələr təsdiq edir ki, bəhs olunan ərazidə aramsız olaraq Oğuz türkləri həyat sürüblər.

Qarabağda 7-ci əsrdən əvvəl də türk tayfalarının yaşadığını göstərən dəlillər az deyil. Onlardan biri hun türklərinin adı ilə bağlı olan “Hunaşen” hidronimidir. Qarabağ silsiləsinin şərq ətəklərindən başlayan bu çayın uzunluğu 62 km-dir, Xocavənd və Ağcabədi rayonlarının ərazisindən axır və Azərbaycanın qədim suvarma sistemlərindən olan Gavurarxa çatmadan quruyur.

1727-ci ilə aid sənəddə Bərgüşad mahalında Honabad adlı kənd göstərilib. Keçmış Mardakertin ilkin adı da Hunaşen, yaxud Xonaşen olub, Qarabağ düzünün böyük bir hissəsi “Xonaşen çölü” adlanıb. Bizans tarixçisi Feofanın “Xonaşen” adlı yeri “Hun ölkəsi” adlandırması da təsadüfi deyil.

Təpənin üzərində, eləcə də ətraf sahələrdə Birinci Qarabağ müharibəsinə aid çoxlu səngər yerləri var. Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağın dağlıq hissəsi və ona bitişik rayonlar işğal olunarkən, Nərgiztəpə də bir müddət erməni hərbi qüvvələrinin nəzarətinə keçib. 1993-cü ilin sonlarından başlayaraq Azərbaycan Ordusu və könüllülər amansız döyüşə atılaraq ərazini geri almağa müvəffəq olub. Torpaqlarımızın 20 faizinin işğal olunduğu dövrdə Nərgiztəpə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və keçmiş Martuni (indiki Xocavənd) rayonundan Azərbaycan hökumətinin nəzarətində olan yeganə ərazi idi.

Təpənin yüksəkliyində torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş 147 şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə abidə kompleksi yaradılıb, Azərbaycanın dövlət bayrağı asılıb. Beləcə Nərgiztəpə xocavəndlilər üçün vətənpərvərlik ruhuna, qürur mənbəyinə və and yerinə çevrilib.

Qarabağın dağlıq və aran hissələrinin kəsişməsində yerləşən Nərgiztəpədə geniş miqyaslı arxeoloji qazıntıların aparılması nəzərdə tutulur. Bu isə abidə haqqında daha geniş və zəngin materialların əldə olunmasına imkan yaradacaq və Azərbaycan tarixinin tədqiqinə yeni töhfələr verəcək.

… Biz bilmirik bu təpə niyə belə adlandırılıb. Nərgiz gül adıdır. Amma klassiklərimiz gözəlin gözlərini də bu gülə bənzədiblər. Bu təpə “on iki batmanlıq daş” altından da çiçək çıxarmağı bacarıb. Bu təpə saf sevgilərə şahidlik edib. Oğuz elində ana südü ilə dağ çiçəyi yaraya məlhəm buyurulub…

Azər Əli

Zenmedia.az

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

HAKİM İŞDƏN QOVULDU...   

Böyük Britaniyada hakim kimi fəaliyyət göstərən şəxslərin konkret əmək haqqı məbləği yoxdur.Onlara maaş formasında ayrılan bu məbləğin aşağı və yuxarı həddi mövcuddur.CityPost.az  xəbər verir  ki, orada hökumət belə bir sistem qurub ki,hakimlərdən kimə, hansı   məbləğdə pul lazımdırsa onlar bu barədə gəlib müvafiq təşkilata bildirirlər və  məsələyə baxılmaqla həmin şəxsin ehtiyacları nəzərə alınaraq ona pul verilir.Xəbərlərə görə, hakimlərdən biri  banka gəlib hakimlərə məxsus çek kitabçasına yazmaqla ona 1 milyan sterlinq pul lazım olduğunu bildirir.Təbii ki sifariş olunan məbləğ gözləniləndən dəfələrlə artıq olduğu üçün çarəsiz qalan bank rəhbərliyi yuxarı orqana,yəni Ədliyyə Nazirliyinə müraciət etməli olur.Ədliyyə Nazirliyindən cavab verilir ki, hakimin istəyi təmin...

14 Yanvar 2026, 15:00

Şöbə ləğv edildi, Aqil Dadaşova yeni vəzifə verildi 

Lənkəran Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi həyata keçirilib.CityPost.az xəbər verir ki, icra başçısı Taleh Qaraşov bununla bağlı əmr imzalayıb.Əmrə əsasən, Aqil Dadaşov struktur dəyişikliyi nəticəsində ləğv edilən Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsindən azad edilib.O, yeni yaradılan Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri təyin olunub.Qeyd edək ki, A.Dadaşov 2024-cü ildən Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdı. Daha əvvəl isə 2008-ci ildən Auditorlar Palatasının Lənkəran şəhər təşkilatında mütəxəssis, 2011-ci ildən Yeni Azərbaycan Partiyasının Lənkəran Şəhər təşkilatında təlimatçı, 2017-ci ildən Lənkəran şəhər İcra hakimiyyətində Rəhbərlik şöbəsində mütəxəssis, İctimai siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi, Sosial iqtisadi inkişafın təhlili və...

14 Yanvar 2026, 14:35

Rayonlara qar yağacaq - PROQNOZ 

Azərbaycanda yanvarın 15-də havanın fasilələrlə yağıntılı keçəcəyi, qar yağacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.Vurğulanıb ki, Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim...

14 Yanvar 2026, 12:50

Hava şəraiti ilə əlaqədar region yollarında görülən işlər açıqlanıb 

Əlverişsiz hava şəraiti ilə əlaqədar respublika yollarında hərəkətin fasiləsizliyinin təmin olunması üçün görülən işlər açıqlanıb.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumat yayıb.• Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir,• Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır,• Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb. Agentlik tərəfindən körpülərin üzərində buzlaşmaya qarşı tədbirlər görülür,• Quba-Qusar və Qusar-Şahdağ avtomobil yollarında qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər davam etdirilir,• Respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunda qarın...

14 Yanvar 2026, 12:04

Ramiz Məmmədov vəfat etdi

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin Göyçay televiziya yayım stansiyasının rəhbəri Ramiz Alı oglu Məmmədov uzun sürən xəstəlikdən sonra bu gün müalicə aldığı xəstəxanada vəfat edib.CityPost.az  bu barədə onun ailəsinə istinadla məlumat verir.Qeyd edək ki, R.Məmmədov 2000-ci ildən indiyə qədər rəis kimi işlədiyi Göyçay televiziya yayım stansiyasındakı səmərəli fəaliyyətinə görə Prezident tərəfindən “Tərəqqi” medalı və dəfələrlə fəxri fərmanla təltif olunub....

14 Yanvar 2026, 11:43

Səidə Bəkirqızı: “Murad Dadaşov məni bəyənməyəndə heç nə itirmirəm”  

Murad Dadaşov, Vado Karovin və ya televiziya peşəkarı olmayan birinin məni bəyənməməsi heç vaxt vecimə deyilCitypost.az xəbər verir ki, tanınmış jurnalist Səidə Bəkirqızı bu fikirləri “YouTube” platformasında yayımlanan “Baxdagündəm” podkastında səsləndirib.Jurnalist bildirib ki, Murad Dadaşov onu aparıcı kimi qəbul etmir.:“Deyirlər ki, o, pafoslu aparıcıları sevmir. Halbuki televiziya tənqidçiləri məni ən yüksək səviyyədə qiymətləndirirlər. Diksiya və danışıq tərzimə görə bəyənilirəm. Ancaq Murad Dadaşov məni bəyənmir. Mən başa düşürəm ki, hər kəs məni bəyənə bilməz. Murad Dadaşov məni bəyənməyəndə heç nə itirmirəm”.Səidə Bəkirqızı əlavə edib ki, televiziya sahəsinin peşəkarlarının rəyi onun üçün daha önəmlidir:“Əgər Qulu Məhərrəmli və Etibar Babayev məni bəyənməsə, bu...

14 Yanvar 2026, 10:52