Bizə yazın

Baku

-°C

USD

-

HAKİM İŞDƏN QOVULDU...   

Cəmiyyət 14 Yanvar 2026, 15:00

422

Böyük Britaniyada hakim kimi fəaliyyət göstərən şəxslərin konkret əmək haqqı məbləği yoxdur.Onlara maaş formasında ayrılan bu məbləğin aşağı və yuxarı həddi mövcuddur.

CityPost.az  xəbər verir  ki, orada hökumət belə bir sistem qurub ki,hakimlərdən kimə, hansı   məbləğdə pul lazımdırsa onlar bu barədə gəlib müvafiq təşkilata bildirirlər və  məsələyə baxılmaqla həmin şəxsin ehtiyacları nəzərə alınaraq ona pul verilir.

Xəbərlərə görə, hakimlərdən biri  banka gəlib hakimlərə məxsus çek kitabçasına yazmaqla ona 1 milyan sterlinq pul lazım olduğunu bildirir.Təbii ki sifariş olunan məbləğ gözləniləndən dəfələrlə artıq olduğu üçün çarəsiz qalan bank rəhbərliyi yuxarı orqana,yəni Ədliyyə Nazirliyinə müraciət etməli olur.Ədliyyə Nazirliyindən cavab verilir ki, hakimin istəyi təmin edilsin.

Hakim 1 milyon sterlinq pulu götürür və növbəti gün yenidən banka yaxınlaşıb dünən götürdüyü pulu qaytarmaq istədiyini söyləyir.Bank rəhbərliyi çaş- baş qalır və bir daha mövcud olayla bağlı Ədliyyə Nazirliyinə müraciət etməli olur.

Dərhal müfəttişlər təyin edilir və banka gəlib hakimi baş verənlərlə bağlı sorğu-sual edirlər.

Hakim bildirir ki, mən öyrənmək istəyirdim,hökümət mənə bu məbləğdə pulu etibar edib verəcək , ya yox...Təbii ki, müfəttişlər aldıqları cavabı Ədliyyə Nazirliyinə məruzə ilə bildirirlər.Çox kecmədən Ədliyyə Nazirliyi qərar verir ki,hakim dərhal vəzifəsindən azad edilsin.Hakimə isə belə bir maraqlı məktub göndərilir."Əgər bir ölkədə hakim öz hökumətinə inanmırsa ,deməli hökumətin də həmin hakinə ibanmamaq haqqı var".

Hazırladı: Müşərrəfxanım

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan Vaqif Xaçaturyanı Ermənistana təhvil verib 

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilib.Citypost.az APA-ya istinadən  xəbər verir ki, bu proses həmçinin Azərbaycan və Ermənistan arasında bərqərar olmuş sülhün praktiki nəticələrindən biridir.Təhvil verilən şəxslərin Azərbaycanda saxlanıldıqları müddətdə hüquqları tam təmin olunub, səhhətləri və saxlanma şəraitləri beynəlxalq standartlara cavab verib. Məhkumlar, həmçinin, Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib.Onların sırasında səhhəti qənaətbəxş olmayan Vaqif Xaçaturyana bütün zəruri...

14 Yanvar 2026, 16:28

Balababa Rzayev ONU YANINA GƏTİRDİ

"Bakı Metropoliteni" QSC-nin sabiq Aparat rəhbəri Tərlan Dadaşova yeni vəzifə verilib.Qaynarinfo-nun məlumatına görə, Tərlan Dadaşov "AzərEnerji" ASC-nin Hüquq Departamentinin rəisi təyin edilib. Bu barədə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Balababa Rzayev əmr imzalayıb. Qeyd edək ki, Tərlan Dadaşov ötən ilin aparel ayında "Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun müvafiq mri ilə Aparat rəhbəri vəzifəsindən azad olunub.

14 Yanvar 2026, 16:27

“Ata canı, icra başçısı məndən rüşvət istəməyib” 

Nəsimi rayonunun sabiq icra başçısı Elxan İbrahimovun “Ağçiçəyim” mağazalar şəbəkəsindən 200 min manat rüşvət istədiyinə görə işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Yayılan xəbərlərdə icra başçısının özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edildiyi bildirilir. Citypost.az  xəbər verir ki, “Ağçiçəyim” mağazalar şəbəkəsinin rəhbəri Ceyhun Əliyev Manşet.az-a açıqlamasında bunun tamamilə yalan olduğunu bildirib.“Ata canı, vallah, o məndən rüşvət istəməyib. Mən onun barəsində heç yerə şikayət etməmişəm. O, yeni təyin olunmuşdu, bizim onunla heç bir münasibətimiz olmayıb. Bilmirəm bu məlumatı kim və hansı məqsədlə yayıb. Mənim adımı niyə hallandırırlar? Biz elə işlərlə məşğul deyilik. Bu il fəaliyyətimizin 30 ili tamam olur, bu...

14 Yanvar 2026, 16:12

Baş nazirin yeni qərarı VAR

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2025-ci il 30 dekabr tarixli 337-VIIQD nömrəli Qanunun icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər müəyyənləşdirilib.CityPost.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.Sərəncama əsasən, Ədliyyə Nazirliyinə Maliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının sözügedən qanuna uyğunlaşdırılması ilə bağlı təklifləri beş ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları qanunun icrasını təmin etmək məqsədilə dörd ay müddətində öz səlahiyyətləri daxilində normayaratma tədbirləri görməli, normativ hüquqi aktlarını və ya bu istiqamətdə...

14 Yanvar 2026, 16:02

Hikmət Hacıyev Qazaxıstan səfiri ilə əməkdaşlığı müzakirə edib 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qazaxıstan səfiri Alim Bayellə görüşüb.CityPost.az  xəbər verir ki, bu barədə Qazaxıstan səfirliyi məlumat yayıb.Məlumata görə, tərəflər ötən il ərzində ikitərəfli əməkdaşlığın yekunlarını nəzərdən keçirib və yaxın perspektiv üçün planları müzakirə ediblər.Alim Bayel qarşılıqlı səfərlərin yüksək dinamikasını əməkdaşlığın intensivliyinin mühüm göstəricisi kimi qeyd edib. Son üç il ərzində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana altı dəfə səfər edib, Prezident İlham Əliyev isə Qazaxıstanda beş dəfə səfərdə olub.Qeyd olunub ki, 8 avqust 2025-ci il tarixində Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişəyə son qoyulub. Sülh yolu ilə...

14 Yanvar 2026, 15:16

Şöbə ləğv edildi, Aqil Dadaşova yeni vəzifə verildi 

Lənkəran Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi həyata keçirilib.CityPost.az xəbər verir ki, icra başçısı Taleh Qaraşov bununla bağlı əmr imzalayıb.Əmrə əsasən, Aqil Dadaşov struktur dəyişikliyi nəticəsində ləğv edilən Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsindən azad edilib.O, yeni yaradılan Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri təyin olunub.Qeyd edək ki, A.Dadaşov 2024-cü ildən Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdı. Daha əvvəl isə 2008-ci ildən Auditorlar Palatasının Lənkəran şəhər təşkilatında mütəxəssis, 2011-ci ildən Yeni Azərbaycan Partiyasının Lənkəran Şəhər təşkilatında təlimatçı, 2017-ci ildən Lənkəran şəhər İcra hakimiyyətində Rəhbərlik şöbəsində mütəxəssis, İctimai siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi, Sosial iqtisadi inkişafın təhlili və...

14 Yanvar 2026, 14:35