Bizə yazın

Baku

-°C

USD

-

Həmin görüşlərə oğlunu da aparırmış - Bu fotolar ilk dəfə yayılır 

Cəmiyyət 02 Dekabr 2025, 14:49

2725

Azərbaycanın siyasi tarixində uzun illər strateji vəzifələr icra etmiş Ramiz Mehdiyev təkcə ölkə daxilində deyil, həm də Rusiya siyasi dairələri ilə əlaqələri ilə seçilən fiqurlardan biri olub. Son illərdə əldə olan foto və məlumatlar göstərir ki, onun müxtəlif beynəlxalq platformalarda, xüsusən də Rusiyada keçirdiyi həm açıq, həm də qapalı görüşlərində oğlu Teymur Mehdiyev də iştirak edib. İlk baxışda adi müşayiət kimi görünən bu detal əslində post-sovet siyasi anatomiyasında təsadüfi sayılmır.

CityPost.az  xəbər verir ki, bu barədə Konkret.az məlumat yayıb. Mənbə qeyd edir ki, post-sovet məkanında yüksəkvəzifəli şəxslər üçün ailə üzvlərini mühüm görüşlərə aparmaq yalnız sosial jest deyil, həm də siyasi mesajdır. İlk növbədə Ramiz Mehdiyev varislik ideyası ilə çıxış edir. İkincisi, hesab edir ki, bu, ailənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm məsələdir.

Qeyd edək ki, Ramiz Mehdiyev Rusiyada MDB Təhlükəsizlik Şurasının iclaslarında dəfələrlə iştirak edib. Şəklin və əldə olunan digər məlumatların analizi onu deməyə əsas verir ki, oğlu Teymur Mehdiyevin bu görüşlərdə iştirakını təmin etməklə Ənvəroviç Rusiyanın güc mərkəzlərinə şəxsi loyallığını nümayiş etdirib. Bu kontekstdə Teymur Mehdiyevin yüksəksəviyyəli görüşlərdə Ramiz Mehdiyevin yanında görünməsi təsadüfi deyil və daha geniş siyasi məqsədlərin fraqmenti kimi oxuna bilər. Görüntülərin ən kritik tərəfi Teymur Mehdiyevin diplomatik masada, yüksəksəviyyəli nümayəndələrlə, o cümlədən Nikolay Patruşevlə (Rusiya Prezidentinin köməkçisi - red.) eyni sırada əyləşməsidir. Ramiz Mehdiyev çox yaxşı bilir ki, yavaş-yavaş personal əlaqələr və simvolik jestlərlə Teymur Mehdiyevi diplomatik mühitə alışdırır, Rusiya elitası tərəfindən tanınmasına müvəffəq olur, müxtəlif təsir mərkəzləri ilə əlaqələrinin şəxsən qurulmasına zəmin yaradır. Bu praktika Qazaxıstan, Rusiya, Tacikistan, Belarus kimi ölkələrin siyasi mədəniyyətində geniş yayılıb.

Ənvəroviçə gün kimi aydındır ki, Rusiyanın siyasi sistemi şəxsi əlaqələrə yüksək dəyər verir. Və bu dəyərin müqabilində belə bir hesablama aparılır ki, Ramiz Mehdiyevin siyasi xətti ailə daxilində davam edəcək. Eləcə də Moskva anlayacaq ki, Kremllə olan münasibət uzunmüddətlidir. Bu, potensial varislik layihəsinin Moskva tərəfindən legitimləşdirilməsi yönündə incə addım ola bilərdi. Mehdiyev Patruşev vasitəsilə ailəsinin toxunulmazlıq strategiyasına da sadiqdir. Rusiya çətiri onun üçün bir “sığorta” idi.

Qoca qurd Kremlin kluarlarında eşidir ki, siyasi dəyişikliklərin sürətlə və sərt şəkildə baş verdiyi regionlarda elitalar üçün ən kritik məsələ ailənin hüquqi və fiziki təhlükəsizliyidir. Ramiz Mehdiyevin addımları bu kontekstdə iki ehtimalı gücləndirir. Bunlardan birincisi ailənin gələcək siyasi təzyiqlərə qarşı müdafiəsidir. Yüksək ranqlı şəxslər tez-tez ailələrini belə “strateji əlaqələrlə” sığortalayırlar. Teymur Mehdiyevin Rusiya rəsmilərinin masasında oturması bu mesajı da ötürürdü ki, bu ailəyə toxunmaq Moskva ilə münasibətləri dolaşdıra bilər. Ənvəroviç heç vaxt alternativ siyasi dəstək kanallarından imtina etməyib. Görüşlərin fotolarında Teymur Mehdiyevin rəsmi nümayəndə heyətinin üzvü kimi deyil, “xüsusi müşayiət edilən şəxs” kimi görünməsi arqumentlərimizin bariz təsdiqidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyev Məhəmməd Baqer Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev son vaxtlar qardaş İran xalqının çox böyük əziyyətlər çəkdiyini vurğuladı, müharibədə həlak olanlara bir daha Allahdan rəhmət dilədi.Müharibə dövründə Azərbaycan xalqının və dövlətinin İran xalqı və dövlətinin yanında olduğunu deyən Prezident İlham Əliyev özünün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefonla danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə digər təmasları və həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirdi.Müharibənin dayandırılmasının Azərbaycan tərəfindən sevinc hissi ilə qarşılandığını vurğulayan dövlətimizin başçısı bununla bağlı ölkəmiz tərəfindən dərhal rəsmi bəyanatın verildiyini...

24 İyun 2026, 18:05

FHN yanında İctimai şuranın üzvləri Nazirliyin strukturunda görüş keçiriblər 

Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri və Nazirliyin Əməliyyat-İstintaq İdarəsinin rəhbərliyinin iştirakı ilə işgüzar görüş keçirilib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, tədbirdə Nazirliyin Əməliyyat-İstintaq İdarəsinin rəis müavini polkovnik Seymur Teymurzadə, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini mayor İradə Kərimova, digər məsul şəxslər və İctimai şuranın üzləri iştirak edib.Görüşün keçirilməsində məqsəd Əməliyyat-İstintaq İdarəsinin fəaliyyət istiqamətləri ilə tanışlıq, qurumun səlahiyyətlərinə daxil olan məsələlərə dair fikir mübadiləsinin aparılması olub.Tədbirdə qarşılıqlı əməkdaşlığın inkişafı, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və vətəndaş müraciətlərinə operativ yanaşma məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, qanunvericiliyin tələblərinin icrası, şəffaflığın təmin olunması və ictimai maraq doğuran məsələlər də müzakirə mövzusu olub.Görüşdə konstruktiv dialoqun...

24 İyun 2026, 17:48

"Neftçi" Endryu Qravilyonun transferini açıqlayıb 

"Neftçi" 2026-cı il yay transfer dönəmində üçüncü keçidini rəsmiləşdirib.Citypost.az klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qvadelupalı müdafiəçi Endryu Qravilyon ilə 2 illik müqavilə bağlanıb.28 yaşlı futbolçu "55" nömrəli formanı geyinəcək.Qeyd edək ki, zəngin karyeraya malik olan E.Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

24 İyun 2026, 17:40

Azərbaycan İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələrini müzakirə edib 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliya arasında enerji təhlükəsizliyi və investisiya layihələri ilə bağlı müzakirələr aparılıb.Citypost.az SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr şirkətin prezidenti Rövşən Nəcəfin İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı işləri komitəsinin sədri Culyo Tremonti ilə görüşündə baş tutub.Görüşdə Azərbaycan ilə İtaliya arasında enerji sektoru üzrə strateji tərəfdaşlığın dinamik inkişafından, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə uğurla genişləndirilməsindən məmnunluq ifadə olunub.Bu xüsusda, SOCAR tərəfindən "Italiana Petroli" şirkətinin səhmlərinin "API Holding"dən alınmasının əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar....

24 İyun 2026, 17:25

"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb 

Azərikard Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problemlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, Mərkəzin məlumatına görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı "Azərikard"dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib.Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur."Məsələ yaxın zamanlarda tam həllini tapacaq", - deyə açıqlamada qeyd olunub....

24 İyun 2026, 17:23

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib 

Azərbaycan və Qırğız Respublikasının Baş prokurorluqıarı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.Məlumata görə, 1999-cu il təvəllüdlü Türkmənistan vətəndaşı Aqamuhammet Annaberdiyevin (ANNABERDİYEV AGAMUHAMMET) cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Qırğız Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Qırğızıstanda külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa elan edilmiş A.Annaberdiyev 2026-cı ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib."Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul...

24 İyun 2026, 17:08