Bu gün AZAL təyyarəsinin qəzaya uğramasının birinci ildönümüdür
Cəmiyyət 25 Dekabr 2025, 07:38
244
"Azərbaycan Hava Yolları"nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğramasından bir il ötür.
CityPost.az xatırladır ki, təyyarə yerli vaxtla saat 7:56-da (UTC+03:56) Bakıdan havaya qalxıb.
İlkin araşdırma nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb.
Bundan əlavə, Rusiya tərəfinin REM sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib.
Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Nəticədə Azərbaycanın mülki təyyarəsi zədələnib.
HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau istiqamətini seçib.
Pilotların qəhrəmanlığı nəticəsində təyyarə Aktau şəhərinə qədər uçub, aeroporta 3 km qalmış təyyarə qəza enişi etməli olub.
Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
Həmçinin oxuyun
Qəzada kapitan İgor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva həlak olub. Digər iki bələdçi Zülfüqar Əsədov və Aydan Rəhimli sağ qalıb.
Qəza xəbərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb.
Dövlət başçısı Bakıya qayıdan kimi hava limanında hadisə ilə bağlı müşavirə keçirib.
Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədov rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə təyyarənin həlak olan ekipaj üzvləri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər, dövlət başçısı onların vida mərasimində iştirak edib. Sağ qalan ekipaj üzvləri 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltib ediliblər.
2025-ci il oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü baş tutub. Rusiya Prezidenti görüşdə istintaqın başa çatmaq üzrə olduğunu bildirərək Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
Azərbaycanda dekabrın 26-da bəzi yerlərdə yağış və qar yağacağı gözlənilir.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək....
25 Dekabr 2025, 12:33
Füzuli Ələkbərov vergi borcunu niyə ödəmir?
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil şirkətlərdən biri - “İmprotex İndustries” MMC-nin dövlət büdcəsinə külli miqdarda borcu var.CityPost.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə kommersiya qurumlarının dövlət reyestrində məlumat yer alıb.Bildirilib ki, “İmprotex İndustries” şirkətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 223 740.24 manat vergi borcu var.Qeyd edilib ki, “İmprotex İndustries” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Ələkbərov Ruslan Nizami oğludur. R.Ələkbərov sabiq nazirin qardaşı oğludur.2013-cü ildən şirkətin metal konstruksiya və yük maşını üst qurğularını, həmçinin kənd təsərrüfatı qoşqularını istehsal edən zavodu...
25 Dekabr 2025, 12:12
Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib.
Məhkəmədən verilən xəbərə görə, iclasda "Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib.Sonra "Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il tarixli 16 nömrəli Qərarında əlavə və dəyişiklik edilməsi barədə Plenumun Qərar layihəsi müzakirə edilib və qəbul olunub."Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Plenumun Qərar layihəsinin müzakirəsi aparılıb.İclasda "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun...
25 Dekabr 2025, 11:25
AZAL təyyarəsinin Rusiyada vurulmasından bir il ötür: cəzasız qalan cinayət - ŞƏRH
Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasından bir il ötür. 2024-cü il dekabrın 25-də təyyarə Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.Rusiyanın dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı başsağlığı versə də, qonşu ölkənin dövlət qurumları ilk gündən hər vəchlə məsuliyyəti öz üzərlərindən atmağa çalışdılar. Rusiya mediası və təbliğat maşını diqqəti hadisənin əsl...
25 Dekabr 2025, 11:19
Mehriban Əliyeva AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsinin qəzaya uğramasının birinci ildönümü ilə bağlı sosial media hesablarında paylaşım edib.CityPost.az paylaşımı təqdim edir: View this post on Instagram A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)
25 Dekabr 2025, 10:44
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.12.2025)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az xəbər verir ki, avronun məzənnəsi 0,1 % azalaraq 2,0019 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1,3 % azalaraq 2,1512 manat təşkil edib.
25 Dekabr 2025, 10:27