Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan idmançıları və idman mütəxəssisləri təltif edilib - SİYAHI 

Cəmiyyət 25 Dekabr 2025, 13:48

219

Azərbaycan idmançıları və idman mütəxəssisləri təltif edilib.

CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif ediliblər:

Abdullayev Yaqub Bəkir oğlu

Ağarəhimov Cahangir Ağababa oğlu

Aslanova Elmira Aydın qızı

Bayramov Cahangir Tofiq oğlu

Əliyev Coşqun Ceyhun oğlu

Hüseynov Fikrət Akif oğlu

Məhərrəmov Azər Asif oğlu

Məmmədov Eduard Tofiq oğlu

Musayeva Vəfa Təbriz qızı

Rəcəbov Nurəddin Rəcəb oğlu.

İdmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilsin:

Gözəlbəyli Zöhrab Katib oğlu

İmaməliyev Ələkbər Əbdülbağı oğlu

Qədimova İlahə Akif qızı

Mirəliyev Mövlud Mustafa oğlu.

İdmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilsin:

Əliyev Qərib Tələt oğlu

Həsənov Tərlan Əliheydər oğlu

Xudiyev Asim Xəlil oğlu.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib 

Dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, ünvanlı sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə birdəfəlik maddi yardım (200 manat) verilməsi nəzərdə tutulub ki, bu maddi yardım da dekabrın 30-dək ödəniləcək.Qeyd edək ki, bundan əvvəl, dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə dekabr ayının pensiyaları, 19-da digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin dekabr ayı üzrə pensiyaları ödənilib....

25 Dekabr 2025, 15:48

ABŞ və Britaniya səfirlikləri təyyarə qəzasının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib 

ABŞ və Böyük Britaniya səfirlikləri 25 dekabr 2024-cü il tarixində Azərbaycan Hava Yollarının (AZAL) Bakı–Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 nömrəli sərnişin reysinin icrası zamanı baş vermiş faciənin ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı veriblər.CityPost.az   xəbər verir ki, bu barədə hər iki səfirliyin sosial şəbəkə hesablarında qeyd olunub.“Bu gün Azərbaycan Hava Yolları aviaşirkətinin 8243 saylı reysi zamanı həyatını itirənləri anırıq və kapitan İqor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyevanın qəhrəmanlığını unutmadıq. Onların gördükləri tədbirlər daha çox günahsız insanın həyatını itirməsinin qarşısını aldı. Amerika Birləşmiş Ştatları adından həyatını itirmiş 38 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu...

25 Dekabr 2025, 13:37

Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ 

Azərbaycanda dekabrın 26-da bəzi yerlərdə yağış və qar yağacağı gözlənilir.CityPost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək....

25 Dekabr 2025, 12:33

Füzuli Ələkbərov vergi borcunu niyə ödəmir?

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil şirkətlərdən biri - “İmprotex İndustries” MMC-nin dövlət büdcəsinə külli miqdarda borcu var.CityPost.az   İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə kommersiya qurumlarının dövlət reyestrində məlumat yer alıb.Bildirilib ki, “İmprotex İndustries” şirkətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 223 740.24 manat vergi borcu var.Qeyd edilib ki, “İmprotex İndustries” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Ələkbərov Ruslan Nizami oğludur. R.Ələkbərov sabiq nazirin qardaşı oğludur.2013-cü ildən şirkətin metal konstruksiya və yük maşını üst qurğularını, həmçinin kənd təsərrüfatı qoşqularını istehsal edən zavodu...

25 Dekabr 2025, 12:12

Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib.  

Məhkəmədən  verilən xəbərə görə, iclasda "Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib.Sonra "Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il tarixli 16 nömrəli Qərarında əlavə və dəyişiklik edilməsi barədə Plenumun Qərar layihəsi müzakirə edilib və qəbul olunub."Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Plenumun Qərar layihəsinin müzakirəsi aparılıb.İclasda "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun...

25 Dekabr 2025, 11:25

AZAL təyyarəsinin Rusiyada vurulmasından bir il ötür: cəzasız qalan cinayət - ŞƏRH 

Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasından bir il ötür. 2024-cü il dekabrın 25-də təyyarə Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.Rusiyanın dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı başsağlığı versə də, qonşu ölkənin dövlət qurumları ilk gündən hər vəchlə məsuliyyəti öz üzərlərindən atmağa çalışdılar. Rusiya mediası və təbliğat maşını diqqəti hadisənin əsl...

25 Dekabr 2025, 11:19