Həmin qəzet ləğv edildi
Cəmiyyət 07 Yanvar 2026, 14:43
469
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus "Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti" MMC ləğv olunduğunu elan edib.
CityPost.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini ƏMDX-nın yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139 ünvanına bildirə bilərlər.
Həmçinin oxuyun
"Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti" 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 300 manatdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah Ağdərənin 4 kəndinə ilk köç olacaq
Sabah Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç olacaq.CityPost.az xəbər verir ki, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndlərə yola salınacaq. Xatırladaq ki, 1993-cü ildə işğal oluan kəndlər 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antitteror əməliyyatı nəticəsində azad olunub. / Report
08 Yanvar 2026, 16:57
Qışın ortasında yay planı: Bağ evləri indidən tutulur
Yay fəsilinin başlamasına hələ vaxt qalmasına baxmayaraq, indidən bağ evlərini rezerv edənlərin sayı artıb. CityPost.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Eynur Fərzəliyev bu haqda danışıb.Ekspert bildirib ki, buna əsas səbəb mövsüm dövründə qiymətlərin bahalaşması və münasib bağ evlərinin tapılmasında yaranan çətinliklərdir.Ekspertin sözlərinə görə, mövsümi aylarda xüsusilə bağ evləri və mənzillərin gündəlik kirayə qiymətləri orta hesabla 50 manatdan başlayaraq 500–600 manatadək yüksələ bilər. Məhz bu səbəbdən vətəndaşların bir qismi mövsüm olmayan aylarda həmin evləri kirayəyə götürməyə üstünlük verir. Çünki bu dövrdə qiymətlər daha ucuz olur, mövsüm zamanı isə ciddi artım müşahidə edilir.Digər tərəfdən, mövsümi aylarda elan saytlarında saxta və ya etibarsız elanların sayının artdığı da vurğulanır. Bu cür hallarda vətəndaşlar...
08 Yanvar 2026, 16:33
"Azərişıq"da kadr dəyişikliyi olub
"Azərişıq" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Həbib Əzizov vəzifəsindən azad edilib.CityPost.az verir ki, müvafiq qərarla onun yerinə "Azərişığ"ın Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov təyin olunub.Qeyd edək ki, kadr dəyişikliyi ilə bağlı qərar "Azərişıq" rəhbərliyi tərəfindən verilib.
08 Yanvar 2026, 15:13
Rus dilini öyrənmək istəyənlərə ŞAD XƏBƏR!
Rus dilini öyrənmək istəyən şəxslər üçün əla fürsət.Dərslər fərdi,qrup və onlayn formada keçirilir.Əlaqə: 010 517 07 23
08 Yanvar 2026, 14:45
Bu şəxslər risk altındadır - Xəbərdarlıq
Ölkəyə Səhiyyə Nazirliyinin gətirtdiyi Avropa istehsalı olan qrip peyvəndi kifayət qədər effektiv və təhlükəsizdir. Qripin epidemioloji fəsli artımı başlanmazdan əvvəl vaksinasiyaya start verilməlidir. Bu, bizdə sentyabr ayından aparılır və bu günə qədər davam etdirilir. Peyvəndlər yaşayış və ya iş yeri üzrə ərazidə yerləşən ambulator-poliklinik tibb xidməti göstərən müəssisələrə paylanılıb və əhali yalnız müraciət əsasında ödənişsiz qaydada bundan yararlanır.CityPost.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.Onun sözlərinə görə, vaksinasiyanın əsas hədəfi infeksiyanın risk qruplarıdır:“Bunlar 5 yaşadək olan uşaqlar, hamilələr, ağır xroniki xəstəlikləri, müxtəlif səbəbli immun çatışmazlığı olan insanlar və yaşı 65-dən çox olanlardır. Peyvənd edilmiş şəxs infeksiyanın asimptomatik və ya yüngül formasını keçirir, ağır gedişat, fəsadlaşma və xəstəxanaya yatırılma halları...
08 Yanvar 2026, 14:18
Qar gözlənilir - XƏBƏRDARLIQ
Bakıda yanvarın 9-da havanın yağmursuz olacağı, bəzi rayonlara qar yağacağı gözlənilir.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə havanın fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və axşam...
08 Yanvar 2026, 14:10