Qazaxda yanacaq daşıyan avtomobildə yanğın olub
Cəmiyyət 07 Yanvar 2026, 13:52
406
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
CityPost.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Həmçinin oxuyun
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qışın ortasında yay planı: Bağ evləri indidən tutulur
Yay fəsilinin başlamasına hələ vaxt qalmasına baxmayaraq, indidən bağ evlərini rezerv edənlərin sayı artıb. CityPost.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Eynur Fərzəliyev bu haqda danışıb.Ekspert bildirib ki, buna əsas səbəb mövsüm dövründə qiymətlərin bahalaşması və münasib bağ evlərinin tapılmasında yaranan çətinliklərdir.Ekspertin sözlərinə görə, mövsümi aylarda xüsusilə bağ evləri və mənzillərin gündəlik kirayə qiymətləri orta hesabla 50 manatdan başlayaraq 500–600 manatadək yüksələ bilər. Məhz bu səbəbdən vətəndaşların bir qismi mövsüm olmayan aylarda həmin evləri kirayəyə götürməyə üstünlük verir. Çünki bu dövrdə qiymətlər daha ucuz olur, mövsüm zamanı isə ciddi artım müşahidə edilir.Digər tərəfdən, mövsümi aylarda elan saytlarında saxta və ya etibarsız elanların sayının artdığı da vurğulanır. Bu cür hallarda vətəndaşlar...
08 Yanvar 2026, 16:33
"Azərişıq"da kadr dəyişikliyi olub
"Azərişıq" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Həbib Əzizov vəzifəsindən azad edilib.CityPost.az verir ki, müvafiq qərarla onun yerinə "Azərişığ"ın Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov təyin olunub.Qeyd edək ki, kadr dəyişikliyi ilə bağlı qərar "Azərişıq" rəhbərliyi tərəfindən verilib.
08 Yanvar 2026, 15:13
Rus dilini öyrənmək istəyənlərə ŞAD XƏBƏR!
Rus dilini öyrənmək istəyən şəxslər üçün əla fürsət.Dərslər fərdi,qrup və onlayn formada keçirilir.Əlaqə: 010 517 07 23
08 Yanvar 2026, 14:45
Bu şəxslər risk altındadır - Xəbərdarlıq
Ölkəyə Səhiyyə Nazirliyinin gətirtdiyi Avropa istehsalı olan qrip peyvəndi kifayət qədər effektiv və təhlükəsizdir. Qripin epidemioloji fəsli artımı başlanmazdan əvvəl vaksinasiyaya start verilməlidir. Bu, bizdə sentyabr ayından aparılır və bu günə qədər davam etdirilir. Peyvəndlər yaşayış və ya iş yeri üzrə ərazidə yerləşən ambulator-poliklinik tibb xidməti göstərən müəssisələrə paylanılıb və əhali yalnız müraciət əsasında ödənişsiz qaydada bundan yararlanır.CityPost.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.Onun sözlərinə görə, vaksinasiyanın əsas hədəfi infeksiyanın risk qruplarıdır:“Bunlar 5 yaşadək olan uşaqlar, hamilələr, ağır xroniki xəstəlikləri, müxtəlif səbəbli immun çatışmazlığı olan insanlar və yaşı 65-dən çox olanlardır. Peyvənd edilmiş şəxs infeksiyanın asimptomatik və ya yüngül formasını keçirir, ağır gedişat, fəsadlaşma və xəstəxanaya yatırılma halları...
08 Yanvar 2026, 14:18
Qar gözlənilir - XƏBƏRDARLIQ
Bakıda yanvarın 9-da havanın yağmursuz olacağı, bəzi rayonlara qar yağacağı gözlənilir.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə havanın fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və axşam...
08 Yanvar 2026, 14:10
Azərbaycanda 83 kişi arvadı tərəfindən DÖYÜLÜB
2025-ci ildə Azərbaycanda 83 kişi psixoloji və iqtisadi zorakılığa məruz qalıb.CityPost.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.Qeyd edilib ki, 2025-ci il ərzində məişət zorakılığı ilə əlaqədar komitəyə ümumilikdə 558 müraciət daxil olub.Müraciətlərin 83-ü kişilərin, 539-u qadınların, 515-i isə uşaqların zorakılığa məruz qalması ilə bağlıdır.Dövlət komitəsinə məişət zorakılığı ilə əlaqədar daxil olan müraciətlərdən 169-u psixoloji, 35-i iqtisadi, 343-ü fiziki, 11-i cinsi zorakılıqla əlaqədar olub. ...
08 Yanvar 2026, 14:10