Bizə yazın

Baku

-°C

USD

-

Vaqif Allahverdiyevin məhkəməsi başlayıb 

Hadisə 07 Yanvar 2026, 15:35

380

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən, ABŞ-da yaşayan Vaqif Allahverdiyevin cinayət işi üzrə məhkəmə başlayıb.

CityPost.az   xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 13-nə təyin edilib.

Qeyd edək ki, Vaqif Alllahverdiyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bildirilib ki, o, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Vaqif Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, ABŞ-ın Kaliforniya statında yaşadığı dövrdə ad, soyadını Viktor Aleksandr kimi dəyişib. 2017-ci ilin mart-may aylarında ayrı-ayrı 5 video müraciət hazırlayıb. O, həmin videolarda Azərbaycan vətəndaşlarına müraciət edib, ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan, hakimiyyət orqanlarının fəaliyyətini iflic vəziyyətə salmağa, Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi yolu ilə çıxmağı təşviq edən açıq çağırışlar edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xırdalanda "Range Rover"ə 11 manatlıq ziyan vuran şəxs danışdı - Buna görə edib

Abşeron rayonu Xırdalan şəhərində "Range Rover" markalı avtomobilin şüşələrini və arxa farasını sındıran, eləcə də şinlərini yararsız hala salan şəxs saxlanılıb.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Avtomobilin sahibi zərərçəkən qismində polisə müraciət edərək hadisə zamanı əmlakına 11 min manat maddi ziyan dəydiyini bildirib. Keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb.Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.Faktla bağlı araşdırmalar davam etdirilir....

08 Yanvar 2026, 17:30

Nazirliyin vəzifəli əməkdaşına cinayət işi açıldı - Fırıldaqla 395 min ələ keçirib 

Müsadirə olunmuş əmlakların aşağı qiymətə satılması adı altında dələduzluq etməkdə təqsirləndirilən vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.CityPost.az  xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.Bildirilib ki, sabiq vergi müfəttişinin qanunsuz əməllərinə dair cinayət işinin ibtidai istintaq tamamlanıb:“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi Maqsud Nəsirovun qanunsuz əməllərinə dair ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.İbtidai istintaqla Maqsud Nəsirovun qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək 2022-2024-cü illər ərzində şəxslərin müvafiq işlə təmin edilməsi, xarici ölkələrin ali təhsil müəssisələrinə...

08 Yanvar 2026, 11:22

“Nərimanov”da faciəvi şəkildə ölən şəxsin kimliyi məlum oldu 

Bu gün metronun “N.Nərimanov” stansiyasında qatarın altına düşərək ölən şəxsin kimliyi müəyyənləşib.CityPost.az  xəbər verir  ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faciəvi şəkildə ölən şəxs 1968-ci il təvəllüdlü Qulu Rəhim oğlu Məmmədov olub.Şahidlərin bildirdiyinə görə, həmin şəxs özünü qatarın altına atıb.Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

07 Yanvar 2026, 23:17

Rusiyada helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb 

Rusiyanın Perm diyarında şəxsi helikopter qəzaya uğrayıb.Qəza Perm diyarının Bardım rayonundakı Aşatlı Park istirahət mərkəzinin ərazisində baş verib.Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin məlumatına görə, helikopter qəzasında iki nəfər ölüb.

07 Yanvar 2026, 15:42

Bakıda yük və minik maşınları toqquşub, ölən var 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.CityPost.az  FHN-nə istinadən xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" markalı minik avtomobili ilə “Газель” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib....

07 Yanvar 2026, 12:30

Abşeronda “sosial eksperiment” adı altında dələduzluq edilib 

Abşeron rayonu ərazisində bir nəfər üzləşdiyi qeyri-adi dələduzluq hadisəsi ilə bağlı polisə müraciət edib.APA-nın xəbərinə görə, zərərçəkən bildirib ki, naməlum şəxs Xırdalan şəhərində ona yaxınlaşaraq ehtiyacı olduğu üçün ondan 1 manat istəyib. Pulu verdikdən sonra isə zərərçəkənin cibində xeyli miqdarda maddi vəsait olduğunu görən həmin şəxs sosial eksperiment apardıqlarını bildirib. O, veriliş üçün bir qədər də pul lazım olduğunu və çəkilişdən sonra geri qaytaracağını deyib. Bu yolla zərərçəkənin 1350 manatını alaraq ələ keçirib.Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı Mehdiyev Elvin Əvəz oğlu müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır....

07 Yanvar 2026, 10:23