Bizə yazın

Baku

-°C

USD

-

Bir qrup şəxs Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilib 

Cəmiyyət 07 Yanvar 2026, 17:48

354

Bir qrup şəxs Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilib.

CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə

Novruzov Cahangir Mütəllib oğlu

"Şöhrət" ordeni ilə

Aşina Məsud Rüstəm oğlu

"Dostluq" ordeni ilə

Acar Ziya Zakir Musa oğlu

"Tərəqqi" medalı ilə

Alaferdov Akif Qədir oğlu

Kələntər Xəlil Əliməmməd oğlu

Kərimova Sevinc Kərim qızı

Pənahova Fəridə Fərhad qızı

Siracov Bəxtiyar Tahir oğlu

Zeynalova Xədicə Əbdülrəhim qızı.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hava ilə bağlı VACİB XƏBƏRDARLIQ - Külək güclənir!

Yanvarın 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Lerik, Yardımlı, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Salyan, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Mingəçevir, Şəki, Qobustanda cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Xızıda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək....

08 Yanvar 2026, 17:45

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ 

Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

08 Yanvar 2026, 17:15

Sabah Ağdərənin 4 kəndinə ilk köç olacaq 

Sabah Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç olacaq.CityPost.az xəbər verir ki, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndlərə yola salınacaq. Xatırladaq ki, 1993-cü ildə işğal oluan kəndlər 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antitteror əməliyyatı nəticəsində azad olunub. / Report

08 Yanvar 2026, 16:57

Qışın ortasında yay planı: Bağ evləri indidən tutulur

 Yay fəsilinin başlamasına hələ vaxt qalmasına baxmayaraq, indidən bağ evlərini rezerv edənlərin sayı artıb. CityPost.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Eynur Fərzəliyev bu haqda danışıb.Ekspert bildirib ki, buna əsas səbəb mövsüm dövründə qiymətlərin bahalaşması və münasib bağ evlərinin tapılmasında yaranan çətinliklərdir.Ekspertin sözlərinə görə, mövsümi aylarda xüsusilə bağ evləri və mənzillərin gündəlik kirayə qiymətləri orta hesabla 50 manatdan başlayaraq 500–600 manatadək yüksələ bilər. Məhz bu səbəbdən vətəndaşların bir qismi mövsüm olmayan aylarda həmin evləri kirayəyə götürməyə üstünlük verir. Çünki bu dövrdə qiymətlər daha ucuz olur, mövsüm zamanı isə ciddi artım müşahidə edilir.Digər tərəfdən, mövsümi aylarda elan saytlarında saxta və ya etibarsız elanların sayının artdığı da vurğulanır. Bu cür hallarda vətəndaşlar...

08 Yanvar 2026, 16:33

"Azərişıq"da kadr dəyişikliyi olub 

"Azərişıq" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Həbib Əzizov vəzifəsindən azad edilib.CityPost.az  verir ki, müvafiq qərarla onun yerinə "Azərişığ"ın Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov təyin olunub.Qeyd edək ki, kadr dəyişikliyi ilə bağlı qərar "Azərişıq" rəhbərliyi tərəfindən verilib.

08 Yanvar 2026, 15:13

Rus dilini öyrənmək istəyənlərə ŞAD XƏBƏR!

Rus dilini öyrənmək istəyən şəxslər üçün əla fürsət.Dərslər fərdi,qrup və onlayn formada keçirilir.Əlaqə: 010 517  07 23 

08 Yanvar 2026, 14:45