Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb - SƏRƏNCAM
Cəmiyyət 07 Yanvar 2026, 17:48
402
Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı göstərilib.
CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla dini qurumlara maliyyə yardımı göstərmək üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına, Avropa yəhudilərinin Bakı dini icmasına, Sefarad yəhudilərinin Bakı dini icmasına, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının hər birinə 400 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılıb.
Həmçinin oxuyun
Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hava ilə bağlı VACİB XƏBƏRDARLIQ - Külək güclənir!
Yanvarın 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Lerik, Yardımlı, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Salyan, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Mingəçevir, Şəki, Qobustanda cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Xızıda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək....
08 Yanvar 2026, 17:45
Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
08 Yanvar 2026, 17:15
Sabah Ağdərənin 4 kəndinə ilk köç olacaq
Sabah Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç olacaq.CityPost.az xəbər verir ki, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndlərə yola salınacaq. Xatırladaq ki, 1993-cü ildə işğal oluan kəndlər 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antitteror əməliyyatı nəticəsində azad olunub. / Report
08 Yanvar 2026, 16:57
Qışın ortasında yay planı: Bağ evləri indidən tutulur
Yay fəsilinin başlamasına hələ vaxt qalmasına baxmayaraq, indidən bağ evlərini rezerv edənlərin sayı artıb. CityPost.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Eynur Fərzəliyev bu haqda danışıb.Ekspert bildirib ki, buna əsas səbəb mövsüm dövründə qiymətlərin bahalaşması və münasib bağ evlərinin tapılmasında yaranan çətinliklərdir.Ekspertin sözlərinə görə, mövsümi aylarda xüsusilə bağ evləri və mənzillərin gündəlik kirayə qiymətləri orta hesabla 50 manatdan başlayaraq 500–600 manatadək yüksələ bilər. Məhz bu səbəbdən vətəndaşların bir qismi mövsüm olmayan aylarda həmin evləri kirayəyə götürməyə üstünlük verir. Çünki bu dövrdə qiymətlər daha ucuz olur, mövsüm zamanı isə ciddi artım müşahidə edilir.Digər tərəfdən, mövsümi aylarda elan saytlarında saxta və ya etibarsız elanların sayının artdığı da vurğulanır. Bu cür hallarda vətəndaşlar...
08 Yanvar 2026, 16:33
"Azərişıq"da kadr dəyişikliyi olub
"Azərişıq" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Həbib Əzizov vəzifəsindən azad edilib.CityPost.az verir ki, müvafiq qərarla onun yerinə "Azərişığ"ın Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov təyin olunub.Qeyd edək ki, kadr dəyişikliyi ilə bağlı qərar "Azərişıq" rəhbərliyi tərəfindən verilib.
08 Yanvar 2026, 15:13
Rus dilini öyrənmək istəyənlərə ŞAD XƏBƏR!
Rus dilini öyrənmək istəyən şəxslər üçün əla fürsət.Dərslər fərdi,qrup və onlayn formada keçirilir.Əlaqə: 010 517 07 23
08 Yanvar 2026, 14:45