Bizə yazın

Baku

-°C

USD

-

Vəkil olmaq istəyənlər üçün elektron sənəd qəbulunun tarixi açıqlanıb 

Cəmiyyət 08 Yanvar 2026, 12:07

375

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu 8 yanvar 2026-cı il tarixindən başlayıb.

Bu barədə  VK-dan məlumat verilib.

Bildirilib ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur.

Qaydalara əsasən, elektron müraciət etmək istəyən namizədlər VK-nın rəsmi internet səhifəsindəki "Vəkilliyə qəbul" bölməsinə (https://barassociation.az/candidate-login) daxil olaraq açılan pəncərədən "Namizəd qeydiyyatı"na keçid etməlidirlər.

VK ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən, test imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə əlavə olaraq açıqlanacaq.

Həmçinin namizədlər onlayn qaydada hazırlanan videotəlimatla tanış olaraq müraciət və qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər.

Onu da xatırladaq ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən, vəkil peşəsinə qəbul üçün tələb olunan hüquq sahəsində iş stajı bir ilədək azaldılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hava kəskin dəyişdi - Güclü qar gözlənilir

Ötən gecədən Azərbaycanda və paytaxt Bakıda hava kəskin soyuyub.CityPost.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün Bakıda havanın yağmursuz olacağı gözlənilir, bəzi rayonlara isə qar yağacaq. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı...

09 Yanvar 2026, 09:30

Bu pensiyaçılar haqda Nazirlikdən açıqlama - 261 qadın, 43 kişi

Hazırda Azərbaycanda yaşı 100 və yuxarı olan pensiyaçıların sayı 304 nəfərdir.CityPost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.Onlardan 261 nəfərinin qadın, 43 nəfərinin kişi olduğu vurğulanıb. / Report  

09 Yanvar 2026, 09:20

Sürücülərin diqqətinə: Bu yollarda tıxac var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 10. Binəqədi şosesi, "Azadlıq prospekti"...

09 Yanvar 2026, 09:05

Bu icra başçıları işçilər axtarır: Müavin,şöbə müdiri,sürücü...

Bu gün bəzi yerli icra hakimiyyətlərində çoxsaylı vakant yerlər gözə dəyir.İki müavini və köməkçisi olmadan işləyən başçıCityPost.az   xəbər verir  ki,İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin işi son vaxtlar daha da çətinləşib. Onun rəhbəri olduğu aparatda 35 ştat vahidinin 11-i boş qalıb. Hazırda başçının iki müavini: Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər şöbələrinin müdirləri, habelə köməkçisi yoxdur.İmişli RİH başçısının aparatında İnformasiya təminatı və təhlili sektorunun , Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdirləri postları da boşdur.Sözügedən icra hakmiyyətində həmçinin Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, İctimai-siyasi və humanitar məsələlər...

08 Yanvar 2026, 22:38

Daha bir rəis vəzifəsini itirdi

Şirvan Gömrük Postunun rəisi Vüsal Mirzəyev vəzifəsindən azad edilib."Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. 

08 Yanvar 2026, 22:14

Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçıb

Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb.CityPost.az  bildirir ki, bu barədə jurnalist Famil Fərhadoğlu məlumat yayıb.Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzindən bildirilib ki, tanınmış teleaparıcı müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb.Mərkəzin rəhbərliyi onun başına gələcək hər hansı bir xoşagəlməz hadisədən məsuliyyət daşımadıqlarını bəyan ediblər.Rəhbərliyin sözlərinə görə, Nəsimi Nəbizadə gəzinti zamanı yaranan fürsətdən istifadə edərək nəzarətdən kənar şəkildə ərazidən uzaqlaşıb.

08 Yanvar 2026, 21:58