Bizə yazın

Baku

-°C

USD

-

Bu şəxslər risk altındadır - Xəbərdarlıq

Cəmiyyət 08 Yanvar 2026, 14:18

378

Ölkəyə Səhiyyə Nazirliyinin gətirtdiyi Avropa istehsalı olan qrip peyvəndi kifayət qədər effektiv və təhlükəsizdir. Qripin epidemioloji fəsli artımı başlanmazdan əvvəl vaksinasiyaya start verilməlidir. Bu, bizdə sentyabr ayından aparılır və bu günə qədər davam etdirilir. Peyvəndlər yaşayış və ya iş yeri üzrə ərazidə yerləşən ambulator-poliklinik tibb xidməti göstərən müəssisələrə paylanılıb və əhali yalnız müraciət əsasında ödənişsiz qaydada bundan yararlanır.

CityPost.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, vaksinasiyanın əsas hədəfi infeksiyanın risk qruplarıdır:

“Bunlar 5 yaşadək olan uşaqlar, hamilələr, ağır xroniki xəstəlikləri, müxtəlif səbəbli immun çatışmazlığı olan insanlar və yaşı 65-dən çox olanlardır. Peyvənd edilmiş şəxs infeksiyanın asimptomatik və ya yüngül formasını keçirir, ağır gedişat, fəsadlaşma və xəstəxanaya yatırılma halları daha az baş verir. Lakin bilməliyik ki, peyvəndin qoruyuculuğu 2 həftədən sonra formalaşır, bu dövr ərzində şəxs yoluxubsa, xəstələnə

bilər.

Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən qrip və digər respirator virus infeksiyalarından qorunma yolları ilə bağlı mediada əhali mütəmadi olaraq məlumatlandırılır. Əhalinin, birinci növbədə risk qruplarının qripə qarşı vaksinasiya olunmasına çağırışlar edilir. Hazırda epidemioloji durum Səhiyyə Nazirliyinin qiymətləndirməsinə görə nəzarət altındadır. Əlavə tədbirlərə ehtiyac duyulmur”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib 

Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.Bu barədə CityPost.az-a  idarədən məlumat verilib.Bildirilib ki, qış mövsümünə xas olan qeyri-sabit hava şəraiti yol hərəkətində, xüsusilə piyadalar üçün ciddi təhlükələr yaradır:"Gün işığının qısa olması, yağıntılar nəticəsində yol örtüyünün sürüşkənliyi və görünmə məsafəsinin azalması piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin riskini artırır.Statistik göstəriciləri bunun nə qədər real olduğunu bir daha təsdiqləyir. Belə ki, ötən gün piyadaların vurulması ilə nəticələnən üç yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrdə üç nəfər həyatını itirib.Aparılan araşdırmalar göstərir ki, bu cür hadisələrin baş verməsində piyadaların hava şəraitini düzgün qiymətləndirməməsi, yolu nəzərdə tutulmayan...

09 Yanvar 2026, 10:10

Hava kəskin dəyişdi - Güclü qar gözlənilir

Ötən gecədən Azərbaycanda və paytaxt Bakıda hava kəskin soyuyub.CityPost.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün Bakıda havanın yağmursuz olacağı gözlənilir, bəzi rayonlara isə qar yağacaq. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı...

09 Yanvar 2026, 09:30

Bu pensiyaçılar haqda Nazirlikdən açıqlama - 261 qadın, 43 kişi

Hazırda Azərbaycanda yaşı 100 və yuxarı olan pensiyaçıların sayı 304 nəfərdir.CityPost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.Onlardan 261 nəfərinin qadın, 43 nəfərinin kişi olduğu vurğulanıb. / Report  

09 Yanvar 2026, 09:20

Sürücülərin diqqətinə: Bu yollarda tıxac var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 10. Binəqədi şosesi, "Azadlıq prospekti"...

09 Yanvar 2026, 09:05

Bu icra başçıları işçilər axtarır: Müavin,şöbə müdiri,sürücü...

Bu gün bəzi yerli icra hakimiyyətlərində çoxsaylı vakant yerlər gözə dəyir.İki müavini və köməkçisi olmadan işləyən başçıCityPost.az   xəbər verir  ki,İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin işi son vaxtlar daha da çətinləşib. Onun rəhbəri olduğu aparatda 35 ştat vahidinin 11-i boş qalıb. Hazırda başçının iki müavini: Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər şöbələrinin müdirləri, habelə köməkçisi yoxdur.İmişli RİH başçısının aparatında İnformasiya təminatı və təhlili sektorunun , Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdirləri postları da boşdur.Sözügedən icra hakmiyyətində həmçinin Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, İctimai-siyasi və humanitar məsələlər...

08 Yanvar 2026, 22:38

Daha bir rəis vəzifəsini itirdi

Şirvan Gömrük Postunun rəisi Vüsal Mirzəyev vəzifəsindən azad edilib."Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. 

08 Yanvar 2026, 22:14