Bizə yazın

Baku

-°C

USD

-

Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq 

Cəmiyyət 08 Yanvar 2026, 11:42

414

Bu gün Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan  verilən məlumata görə, yanvarın 8-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində təmir işi aparılacaq.

"Bununla əlaqədar olaraq saat 11:30-dan saat 14:00-dək Xırdalan şəhəri Nizami, Şıxəli Qurbanov, Sarı Aşıq küçələrində, Kənd Narlıq ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu pensiyaçılar haqda Nazirlikdən açıqlama - 261 qadın, 43 kişi

Hazırda Azərbaycanda yaşı 100 və yuxarı olan pensiyaçıların sayı 304 nəfərdir.CityPost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.Onlardan 261 nəfərinin qadın, 43 nəfərinin kişi olduğu vurğulanıb. / Report  

09 Yanvar 2026, 09:20

Sürücülərin diqqətinə: Bu yollarda tıxac var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 10. Binəqədi şosesi, "Azadlıq prospekti"...

09 Yanvar 2026, 09:05

Bu icra başçıları işçilər axtarır: Müavin,şöbə müdiri,sürücü...

Bu gün bəzi yerli icra hakimiyyətlərində çoxsaylı vakant yerlər gözə dəyir.İki müavini və köməkçisi olmadan işləyən başçıCityPost.az   xəbər verir  ki,İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin işi son vaxtlar daha da çətinləşib. Onun rəhbəri olduğu aparatda 35 ştat vahidinin 11-i boş qalıb. Hazırda başçının iki müavini: Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər şöbələrinin müdirləri, habelə köməkçisi yoxdur.İmişli RİH başçısının aparatında İnformasiya təminatı və təhlili sektorunun , Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdirləri postları da boşdur.Sözügedən icra hakmiyyətində həmçinin Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, İctimai-siyasi və humanitar məsələlər...

08 Yanvar 2026, 22:38

Daha bir rəis vəzifəsini itirdi

Şirvan Gömrük Postunun rəisi Vüsal Mirzəyev vəzifəsindən azad edilib."Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. 

08 Yanvar 2026, 22:14

Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçıb

Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb.CityPost.az  bildirir ki, bu barədə jurnalist Famil Fərhadoğlu məlumat yayıb.Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzindən bildirilib ki, tanınmış teleaparıcı müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb.Mərkəzin rəhbərliyi onun başına gələcək hər hansı bir xoşagəlməz hadisədən məsuliyyət daşımadıqlarını bəyan ediblər.Rəhbərliyin sözlərinə görə, Nəsimi Nəbizadə gəzinti zamanı yaranan fürsətdən istifadə edərək nəzarətdən kənar şəkildə ərazidən uzaqlaşıb.

08 Yanvar 2026, 21:58

Həkimin kompüterindən dinləmə cihazı tapılıb? - ETTBİ-də qalmaqal 

“Çalışdığım Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda kompüterimdən dinləmə cihazı tapılıb”.Citypost.az  xəbər verir ki, bu iddianı həkim-radioloq Ramil Abdullayev Lent.az-a müraciətində irəli sürüb.R.Abdullayev ETTBİ-nin direktoru Mətanət Əfəndiyevanın ondan tibbi sığortadan əldə olunan gəlirin yarısını tələb etdikdən sonra aralarında problem yarandığını bildirib: “Mən 2019-cu ildən bu institutda çalışıram. Ötən ilin avqustunda direktor Mətanət Əfəndiyeva mənə dedi ki, icbari tibbi sığortadan aldığım bonusların yarısını ona verim. Onun bu tələbindən imtina etdikdən sonra bildirdi ki, “sənin yerinə pul verib, işə düzəlmək istəyənlər çoxdur”. Hadisədən sonra qanunsuz olaraq mənə gün ərzində 25 xəstədən çoxunu müayinə etməmək limiti təyin olundu. Saat 11-12-yə qədər 25 xəstəni yoxlayırdım. Şəhid...

08 Yanvar 2026, 21:14