Bizə yazın

Baku

-°C

USD

-

Hava ilə bağlı VACİB XƏBƏRDARLIQ - Külək güclənir!

Cəmiyyət 08 Yanvar 2026, 17:45

298

Yanvarın 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Lerik, Yardımlı, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Salyan, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Mingəçevir, Şəki, Qobustanda cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xızıda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xamenei ölkədəki etirazlarla bağlı çıxış edəcək 

İranın ali lideri ayətullah Əli Xamenei bir neçə dəqiqədən sonra ölkədə davam edən etirazlarla bağlı çıxış edəcək.CityPost.az xəbər verir ki, bu barədə xarici KİV İran dövlət televiziyasına istinadən məlumat yayıb.Digər təfərrüatlar verilmir.Bu gün İranda yeni etiraz dalğasının başladığı xəbərləri yayılmışdı. Səhər minlərlə insan paytaxtın küçələrinə axın edib.

09 Yanvar 2026, 13:38

BMT: Bu il Azərbaycan iqtisadiyyatı 2,7 % artacaq 

BMT 2026-cı ildə Azərbaycanda 2,7 % iqtisadi artımı gözləyir.Citypost.az-ın BMT-yə istinadən verdiyi məlumata görə, 2027-ci ildə isə ölkənin ümumi daxili məhsulunda (ÜDM) 2,6 % artım proqnozlaşdırılır.BMT-nin məlumatına əsasən, ölkə iqtisadiyyatı 2025-ci ildə 1,6 % artıb."2026-cı ildə iqtisadi artım təbii qaz hasilatı və ixracının artması, həmçinin qeyri-neft-qaz sektorunda davamlı artım hesabına sürətlənəcək", - BMT vurğulayıb.Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2026-cı ildə ÜDM-in 2,9 %, 2027-də isə 3,3 % artacağını proqnozlaşdırır.Beynəlxalq reytinq agentliklərinin proqnozları isə fərqlənir: "S&P Global" 2026-cı ildə 2 %, "Fitch Ratings" 2,5 %, "Moody's" isə 2,5 % səviyyəsində artım gözləyir.Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 2 %, Avropa...

09 Yanvar 2026, 13:20

Bakıya qar bu tarixdə yağacaq 

Qış mövsümünün bəzəyi olan qar yaxın günlərdə paytaxt Bakıya da üz tutacaq.BAKU.WS beynəlxalq meteoroloji mənbələrə istinadən xəbər verir ki, yanvarın 16-dan etibarən Bakıda sulu qar yağışının başlaması gözlənilir.Proqnozlara əsasən, yağıntılar yanvarın 22-dək müşahidə olunacaq. Bu müddət ərzində hava temperatu nisbətən aşağı düşəcək.Yanvar ayının sonuna qədər sulu qarın fasilələrlə yağması gözlənilir.

09 Yanvar 2026, 13:04

Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı 

Ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub.CityPost.az  Teleqraf-a istinadla xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılıb.Qeyd edək ki, Gülarə Verdiyeva Nəsimi RİH-dən öncə Bakının Nəsimi rayonu ərazisində fərqli dönəmlərdə iki məktəbin direktoru olub.2013-cü ildə Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin təyin edilib. 2017-ci ildə isə fəaliyyətinə birinci müavin olaraq davam edib.Gülarə Verdiyeva 2010-cu ildə parlament seçkilərində deputatlığa namizəd də olsa da, qalib gələ bilməmişdi.Onu da əlavə edək ki, hazırda Nəsimi Rayon İcra Hakimiyyətində rəhbər şəxs vəzifəsində cəmi iki nəfər qalıb. Bunlardan biri...

09 Yanvar 2026, 12:16

Sahil Babayev: “Rəqəmsal dövlət maliyyəsi” mərkəzləşdirilmiş ekosistem olacaq 

Azərbaycan Respublikası Maliyyə Nazirliyində rəqəmsal idarəetmə və elektron informasiya sistemləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib.Bu barədə CityPost.az-a Maliyyə Nazirliyindən bildirilib.İclasda çıxış edən maliyyə naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin 25 avqust 2025-ci il tarixli Fərmanı ilə dövlət maliyyəsinin idarə olunması sahəsində rəqəmsallaşma və müasir idarəetmə mexanizmlərinin tətbiqi ilə bağlı geniş islahatlara başlanılıb. Fərmanın icrası çərçivəsində “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır və bu, ayrı-ayrı platformalar deyil, tam inteqrasiya olunmuş vahid ekosistem kimi formalaşdırılır.Nazir vurğulayıb ki, informasiya sistemlərinin vahid yanaşma əsasında qurulması və inkişaf etdirilməsi, qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və mərkəzləşdirilmiş idarəetmə mexanizmlərinin tətbiqi maliyyə...

09 Yanvar 2026, 12:08

Azərbaycanda məktəbdə İNSİDENT: Müəllim direktor müavinini döydü 

Qaradağda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verib.CityPost.az   xəbər verir ki, hadisə tədris prosesi zamanı qeydə alınıb.Riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb. Nəticədə direktor müavini çənə və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.Hadisə məktəbdə olan digər müəllimlər və şagirdlər tərəfindən müdaxilə edilərək sakitləşdirilib.Məlumata görə, riyaziyyat müəllimi məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.(Mənbə: Teleqraf)

09 Yanvar 2026, 11:27