Qışın ortasında yay planı: Bağ evləri indidən tutulur
Cəmiyyət 08 Yanvar 2026, 16:33
553
Yay fəsilinin başlamasına hələ vaxt qalmasına baxmayaraq, indidən bağ evlərini rezerv edənlərin sayı artıb.
CityPost.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Eynur Fərzəliyev bu haqda danışıb.
Ekspert bildirib ki, buna əsas səbəb mövsüm dövründə qiymətlərin bahalaşması və münasib bağ evlərinin tapılmasında yaranan çətinliklərdir.
Ekspertin
sözlərinə görə, mövsümi aylarda xüsusilə bağ evləri və mənzillərin gündəlik
kirayə qiymətləri orta hesabla 50 manatdan başlayaraq 500–600 manatadək yüksələ
bilər. Məhz bu səbəbdən vətəndaşların bir qismi mövsüm olmayan aylarda həmin
evləri kirayəyə götürməyə üstünlük verir. Çünki bu dövrdə qiymətlər daha ucuz
olur, mövsüm zamanı isə ciddi artım müşahidə edilir.
Digər
tərəfdən, mövsümi aylarda elan saytlarında saxta və ya etibarsız elanların
sayının artdığı da vurğulanır. Bu cür hallarda vətəndaşlar aldadılaraq ödəniş
etdikdən sonra mənzilin mövcud olmaması və ya başqa şəxsə verilməsi kimi
problemlərlə üzləşirlər. Ona görə də bağ evi kirayələyərkən mütləq şəkildə əmlakın
sahibi ilə birbaşa əlaqə saxlanılmalı və rəsmi müqavilə bağlanmalıdır.
Qiymətlərə
gəlincə, Bakı ətrafı ərazilərlə müqayisədə bölgələrdə bağ evlərinin kirayəsi
daha baha ola bilər. Paytaxtın dənizə yaxın ərazilərində isə bağ evlərinin gündəlik
kirayə qiymətləri əsasən 100 manatdan başlayır. Qiymətlər evin dənizə
yaxınlığı, otaqların sayı, həyətdə hovuzun, xüsusilə də isti hovuzun
olub-olmamasından asılı olaraq dəyişir. Eyni ərazidə yerləşən bağ evlərinin bir
qismi gündəlik orta hesabla 100 manata, bəziləri isə daha yüksək qiymətə təklif
olunur.
Qeyri-mövsüm
aylarda bağ evlərini əsasən rieltorlar kirayəyə götürür. Onlar soyuq aylarda
Həmçinin oxuyun
Ekspert
qeyd edib ki, hazırda əmlak və torpaq bazarında qiymətlər stabildir və yaxın
aylarda ciddi bahalaşma gözlənilmir.
Yeganə
Səmədli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı
Ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub.CityPost.az Teleqraf-a istinadla xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılıb.Qeyd edək ki, Gülarə Verdiyeva Nəsimi RİH-dən öncə Bakının Nəsimi rayonu ərazisində fərqli dönəmlərdə iki məktəbin direktoru olub.2013-cü ildə Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin təyin edilib. 2017-ci ildə isə fəaliyyətinə birinci müavin olaraq davam edib.Gülarə Verdiyeva 2010-cu ildə parlament seçkilərində deputatlığa namizəd də olsa da, qalib gələ bilməmişdi.Onu da əlavə edək ki, hazırda Nəsimi Rayon İcra Hakimiyyətində rəhbər şəxs vəzifəsində cəmi iki nəfər qalıb. Bunlardan biri...
09 Yanvar 2026, 12:16
Sahil Babayev: “Rəqəmsal dövlət maliyyəsi” mərkəzləşdirilmiş ekosistem olacaq
Azərbaycan Respublikası Maliyyə Nazirliyində rəqəmsal idarəetmə və elektron informasiya sistemləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib.Bu barədə CityPost.az-a Maliyyə Nazirliyindən bildirilib.İclasda çıxış edən maliyyə naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin 25 avqust 2025-ci il tarixli Fərmanı ilə dövlət maliyyəsinin idarə olunması sahəsində rəqəmsallaşma və müasir idarəetmə mexanizmlərinin tətbiqi ilə bağlı geniş islahatlara başlanılıb. Fərmanın icrası çərçivəsində “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır və bu, ayrı-ayrı platformalar deyil, tam inteqrasiya olunmuş vahid ekosistem kimi formalaşdırılır.Nazir vurğulayıb ki, informasiya sistemlərinin vahid yanaşma əsasında qurulması və inkişaf etdirilməsi, qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və mərkəzləşdirilmiş idarəetmə mexanizmlərinin tətbiqi maliyyə...
09 Yanvar 2026, 12:08
Azərbaycanda məktəbdə İNSİDENT: Müəllim direktor müavinini döydü
Qaradağda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verib.CityPost.az xəbər verir ki, hadisə tədris prosesi zamanı qeydə alınıb.Riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb. Nəticədə direktor müavini çənə və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.Hadisə məktəbdə olan digər müəllimlər və şagirdlər tərəfindən müdaxilə edilərək sakitləşdirilib.Məlumata görə, riyaziyyat müəllimi məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.(Mənbə: Teleqraf)
09 Yanvar 2026, 11:27
Cəbrayıl və Füzulidə baş verən yanğın söndürülüb
Cəbrayıl və Füzulidə baş verən yanğın söndürülüb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğınlar daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.Qeyd edək ki, ötən gün Cəbrayıl və Füzulidə yanğınlar olub. Yanğın genişlənərək Araz çayı boyunca olan sərhəd əraziyə yayılmışdı....
09 Yanvar 2026, 11:26
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.Bu barədə CityPost.az-a idarədən məlumat verilib.Bildirilib ki, qış mövsümünə xas olan qeyri-sabit hava şəraiti yol hərəkətində, xüsusilə piyadalar üçün ciddi təhlükələr yaradır:"Gün işığının qısa olması, yağıntılar nəticəsində yol örtüyünün sürüşkənliyi və görünmə məsafəsinin azalması piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin riskini artırır.Statistik göstəriciləri bunun nə qədər real olduğunu bir daha təsdiqləyir. Belə ki, ötən gün piyadaların vurulması ilə nəticələnən üç yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrdə üç nəfər həyatını itirib.Aparılan araşdırmalar göstərir ki, bu cür hadisələrin baş verməsində piyadaların hava şəraitini düzgün qiymətləndirməməsi, yolu nəzərdə tutulmayan...
09 Yanvar 2026, 10:10
Hava kəskin dəyişdi - Güclü qar gözlənilir
Ötən gecədən Azərbaycanda və paytaxt Bakıda hava kəskin soyuyub.CityPost.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün Bakıda havanın yağmursuz olacağı gözlənilir, bəzi rayonlara isə qar yağacaq. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı...
09 Yanvar 2026, 09:30