Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb
Dünya 10 Yanvar 2026, 11:31
1452
Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb.
CityPost.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"da yazıb.
O bildirib ki, saxlanılan şəxslərdən 43-ü həbs edilib, bir nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub. Digər şəxslərlə bağlı prosedurlar davam edir.
Məlumata görə, əməliyyatlar Afyonkarahisar, Aksaray, Ankara, Antalya, Burdur, Bursa, Çankırı, Çorum, Diyarbəkir, Düzce, Edirne, Elazığ, Eskişehir, Giresun, Gümüşhane, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kırıkkale, Kocaeli, Kütahya, Manisa, Muğla, Ordu, Osmaniye, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van, Yozqat və Zonquldakda həyata keçirilib.
Həmçinin oxuyun
A.Yerlikaya vurğulayıb ki, milli iradəyə qarşı qurulan tələlər bir-bir ifşa olunur:
"Dövlətimizin bütövlüyünə və xalqımızın əmin-amanlığına qəsd edənlərlə mübarizəmiz qətiyyətlə davam edir".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tanınmış futbolçunun evi qarət olundu
İtaliyanın “Roma” klubunun futbolçusu Neil El-Aynauinin evi altı silahlı şəxs tərəfindən qarət edilib.Teleqraf Messaggero nəşrinə istinadən xəbər verir ki, üzlərini gizlədən, qara geyimli və silahlı altı nəfər pəncərənin barmaqlıqlarını sındıraraq futbolçunun evinə daxil olub.Cinayətkarlar futbolçunu, onun anasını, sevgilisini, eləcə də qardaşını və onun rəfiqəsini bir otağa kilidləyiblər.Quldurlar təxminən 10 min avro dəyərində zinət əşyaları, “Rolex” saatı və bir neçə çanta oğurlayıblar.Mənbənin məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb. Hazırda polis araşdırma aparır....
17 Mart 2026, 16:30
ABŞ-li general məxfi sənədləri qatarda itirib
Ukraynaya Dəstək Koordinasiyası Komandanlığının rəhbəri təyin olunmuş ABŞ Silahlı Qüvvələrinin generalı Antonio Aquto məxfi sənədləri itirib, eləcə də Kiyevdə sərxoş vəziyyətdə görüntülənib.Oxu.Az-ın xəbərinə görə, bu barədə Pentaqonun Baş Müfəttiş İdarəsinin hesabatından məlum olub."Aquto ABŞ səfirinin təlimatlarına zidd olaraq məxfi materialları Ukraynaya aparırmış və nəticədə Almaniyaya qayıdışı zamanı sənədləri Polşada, Ukraynadan gəldiyi qatarda qoyub", - deyə materialda bildirilib.Antonio Aquto ABŞ-nin Ukraynadakı səfirinin ABŞ dövlət katibi ilə təşkil etdiyi görüşdə, eləcə də iki ukraynalı generalla görüş zamanı sərxoş vəziyyətdə görüntülənib. Qeyd edilir ki, hadisə 13 may 2024-cü ildə hərbçi Ukraynada doqquz günlük səfərdə olarkən baş verib.İki şahid danışıb ki, şam yeməyindən sonra...
17 Mart 2026, 15:26
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
İran İslam İnqilabı Keşikçilərinin (SEPAH) raket sənayesinin rəhbəri general Mahmud Baqeri və hazırkı müharibədə komandir kimi iştirak edən Cavad Baqeri İsrail tərəfindən öldürülüb.Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.Xatırladaq ki, bundan öncə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və “Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymaninin öldürülməsi barədə məlumat yayılıb. İsrail müdafiə naziri İsrael Kats məlumatı təsdiqləyib.
17 Mart 2026, 15:03
İsrael Katz : Əli Laricani öldürülüb
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb.APA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.Katz "Kanal 12" telekanalına İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü təsdiqləyib.Müdafiə naziri qeyd edib ki, Əli Laricani gecə İsrailin İrana endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.
17 Mart 2026, 14:25
Yaponiya Bankı inflyasiya və faiz qərarını müzakirə edir
Yaponiya Bankının (BOJ) sədri Kazuo Ueda bildirib ki, əsas inflyasiya bankın 2% hədəfinə doğru sürətlənir və qiymət artımları davamlı əməkhaqqı artımı ilə uyğunlaşdırılmalıdır. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, onun açıqlamaları iki günlük siyasət iclası ərəfəsində səsləndirilib. Gözləntilərə görə, Mərkəzi Bank faiz dərəcələrini 0,75% səviyyəsində sabit saxlayacaq.Ueda qeyd edib ki, pul siyasəti inflyasiyanın davamlı şəkildə 2% hədəfinə çatmasını təmin etməlidir. Lakin Yaxın Şərqdəki münaqişə fonunda neft qiymətlərinin artması və yenin zəifləməsi iqtisadi təzyiqləri artırır.Mərkəzi Bank faiz artımlarını mərhələli şəkildə davam etdirməyi nəzərdən keçirir, bazarlarda isə növbəti artım ehtimalı müzakirə olunur.Əli...
17 Mart 2026, 12:54
Tramp Kuba ilə "istədiyim hər şeyi" edə biləcəyini söylədi
ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü Kubaya qarşı ritorikasını daha da artıraraq, "Kubanı hansısa formada ələ keçirmək" "şərəfinə" nail olacağını və qonşu ölkə ilə "istədiyimi edə biləcəyimi" söylədi.Citypsost.az "Reuters"-ə istinadən xəbər verir Bu təhdid xarakterli bəyanatlar Kuba və ABŞ-ın əsasən mənfi münasibətlərini yaxşılaşdırmaq məqsədilə danışıqlara başladığı bir vaxta təsadüf edir . Bu danışıqlar Fidel Kastronun ABŞ-ın yaxın müttəfiqi olan dövləti devirməsindən bəri 67 il ərzində ən mübahisəli anlardan birinə çevrilib.Əli...
17 Mart 2026, 12:46