Milli Məclisin deputatları gələn həftə məzuniyyətdən qayıdacaqlar
Cəmiyyət 10 Yanvar 2026, 11:15
1460
Milli Məclisin deputatları gələn həftə məzuniyyətdən qayıdacaqlar.
CityPost.az xəbər verir ki, onların tətil müddəti yanvarın 15-də başa çatacaq.
Parlamentin Daxili Nizamnamənin birinci maddəsinə (Milli Məclisin fəaliyyətinin əsasları) əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Bu dövrdə deputatlar məzuniyyətdə sayılırlar.
Bu müddətdə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Həmçinin oxuyun
Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.
Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Cari il fevralın 1-i bazar gününə təsadüf etdiyindən parlamentin yaz sessiyası ayın 2-dən başlayacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yeni Yaxın Şərq qurulur: Azərbaycan faktoru həlledici olur
Son illərdə Yaxın Şərqdə baş verən hadisələr regionun geosiyasi xəritəsinin yenidən formalaşmaqda olduğunu göstərir. Xüsusilə, İran ətrafında cərəyan edən proseslər – xarici təzyiqlər, daxili sosial-iqtisadi gərginlik və etnik narazılıqlar – bu ölkənin gələcək taleyi ilə bağlı müxtəlif ssenariləri aktuallaşdırır.ABŞ və İsrail tərəfindən İrana qarşı sərt siyasi və hərbi addımlar, iqtisadi sanksiyalar və təhlükəsizlik müstəvisində artan təzyiqlər artıq uzun müddətdir davam edir. Bu proseslər İran daxilində iqtisadi böhranı dərinləşdirib, inflyasiya səviyyəsini yüksəldib və əhalinin sosial rifahını ciddi şəkildə zəiflədib. Nəticə etibarilə də ölkə daxilində mərkəzi hakimiyyətə qarşı narazılıq müxtəlif formalarda özünü göstərməyə başlayıb. Bu isə yaxın gələcəkdə İran hakimiyyətinin təkcə xarici...
19 Mart 2026, 19:34
İcbari Tibbi Sığortanın bu səlahiyyətləri TƏBİB-ə verildi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə keçib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
19 Mart 2026, 18:08
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Fərman imzalayıb.Fərmana əsasən, nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 5 (bundan əvvəl 4 idi - red.) müavini var.Qeyd edək ki, nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar....
19 Mart 2026, 18:03
41 nömrəli marşrutda ödəniş nağdsız olacaq
Martın 23-dən Bakının Binəqədi qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 41 nömrəli müntəzəm marşrutda nağdsız ödəniş tətbiq ediləcək.Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məlumata əsasən, marşrut üzrə 15 yeni "İsuzu" markalı avtobus fəaliyyət göstərir. Nəqliyyat vasitələri müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda gedişhaqqı 0,6 manat müəyyən edilib.
19 Mart 2026, 17:45
Əli Əsədov II İliyanın vəfatı ilə səfirlikdə bağlı başsağlığı verib
Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirliyində başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.Ə.Əsədov səfirliyə gedərək Bütün Gürcüstanın Katalikos-Patriarxı, görkəmli din xadimi II İliya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı kitabına ürək sözlərini qeyd edib.
19 Mart 2026, 17:22
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:"Hörmətli həmvətənlər!Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.Mənəvi-əxlaqi kamilliyi və nəcib niyyətləri özündə təcəssüm etdirən, insanların ruhunu və təfəkkürünü saflaşdıran on bir ayın sultanı Ramazan artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, yardımlaşma, şəfqət və mərhəmət kimi xeyirxah əməllərin sevincini yaşayırlar.Azərbaycan yüzillərdir ki, ayrı-ayrı etiqad və inancların əmin-amanlıq şəraitində dinc yanaşı mövcud olduğu nadir məkanlardandır. Bəşəriyyəti daim sülhə, humanizmə və qardaşlığa dəvət...
19 Mart 2026, 17:11