Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev Qanun imzaladı 

Cəmiyyət 12 Yanvar 2026, 14:05

319

Azərbaycanda hərbi xidmətin təşkili ilə bağlı qanunvericiliyə dəyişikliklər edilib.

 

CityPost.az    xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanun imzalayıb.

 

Dəyişikliklərə əsasən, qanunvericilikdə “Hərbi xidmət haqqında” anlayışı “Hərbi vəzifə və hərbi xidmət haqqında” anlayışı ilə əvəz olunub. Bununla yanaşı, həqiqi hərbi xidmətin növləri dəqiqləşdirilib. Belə ki, müddətli həqiqi hərbi xidmət, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti və müddətdən artıq həqiqi hərbi xidmət əsas xidmət növləri kimi müəyyən edilib.

 

Zabitlərlə bağlı müddəalarda da yeniliklər edilib. Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında könüllü hərbi xidmətə daxil olan zabitlər üçün xidmət müddəti 1 il müəyyən edilib. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilə bilərlər. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün isə bağlaşma ilə xidmət müddəti 3 ilədək nəzərdə tutulub.

 

Qanunvericiliyə edilən dəyişikliklərdən biri də 6 aylıq xidmət müddəti ilə bağlıdır. Belə ki, bir sıra maddələrdən “6 ay” ifadəsi çıxarılıb və zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirən ali təhsilli müddətli hərbi qulluqçuların zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olması ilə bağlı yeni norma əlavə edilib.

 

Eyni zamanda, hərbi rütbələrin verilməsi, vəzifəyə təyinat və həqiqi hərbi xidmətdən buraxılma ilə bağlı qaydalarda texniki və məzmun xarakterli düzəlişlər aparılıb.

 

Qeyd edək ki, dəyişikliklər “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.5-ci maddəsində də əksini tapıb və həmin maddədən “6 ay” ifadəsi çıxarılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Şirvan şəhərində 4 700-dən çox abonent qazsız qalacaq 

Sabah Şirvan şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən 1 264 mənzilli, 25 binadan ibarət "MİDA" MMC yaşayış kompleksinin təbii qazla təmin olunması məqsədilə yeni çəkilmiş qaz xəttinin texniki şərtə əsasən "Şirvan Əhali" ölçü qovşağından qidalanan diametri 530 mm-lik mövcud kollektora birləşdiriləcək.Bu məqsədlə saat 10:00-dan etibarən işlər başa çatanadək Şirvan şəhərinin bir hissəsində (ümumi 4 705 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır....

12 Yanvar 2026, 17:27

Bakının mərkəzində yağış suları ilə bağlı problemlərin həlli üçün yeni sistemlər qurulacaq 

İntensiv yağışlar zamanı Bakı şəhərinin mərkəzində yaranan problemlərin aradan qaldırılması məqsədilə yeni yağış suları sistemlərinin qurulması planlaşdırılır.Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.O qeyd edib ki, Bakı şəhərində 30 küçə üzrə yeni yağış suları sistemlərinin tikintisi nəzərdə tutulur: "Bu çərçivədə ilk mərhələdə həmin layihələrin texniki-iqtisadi əsaslandırması hazırlanacaq, daha sonra isə icrasına başlanılacaq. Bu tədbirlər şəhər mərkəzində yaranan əsas problemlərin aradan qaldırılmasına xidmət edəcək".ADSEA sədri xatırladıb ki, 2025-ci ilin aprel ayında Bakıda son 60 ildə...

12 Yanvar 2026, 17:12

Prezident: Elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edib 

İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu.Citypost.az  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında söyləyib.Dövlətimizin başçısı bildirib: “Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir”....

12 Yanvar 2026, 16:30

Keçən il Azərbaycanda nikah və boşanmaların sayı azalıb 

Keçən il Azərbaycanda 48 min 477 nikah və 20 min 676 boşanma qeydə alınıb.Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib.Qeyd edək ki, 2024-cü ildə ümumilikdə 49 min 498 nikah, 21 min 581 nikah pozulması qeydə alınmışdı.

12 Yanvar 2026, 16:25

Ötən il 6 mindən çox iş üzrə aliment ödənilməyib 

2025-ci ildə 6300-dək iş üzrə aliment ödənilməyib.Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən il icraatda olan 142 minədək aliment işindən 47 minədək iş üzrə aliment ödənişləri müəyyən gecikmələrlə həyata keçirilib.Xatırladaq ki, 2024-cü ildə icraatda olan 133 minədək aliment işindən 46 minədək işdə müəyyən gecikmələrlə aliment ödənilib. 5000-dək işdə aliment ödənişi təmin olunmayıb.

12 Yanvar 2026, 15:25

Məşhur həkim vəfat etdi

Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının assistenti Samir Ağabala oğlu Müslümzadə bu gün vəfat edib.CityPost.az    xəbər verir ki, S.Müslümzadə 1993-cü ildən sözügedən vəzifədə çalışırdı.(Mənbə: oxu.az)

12 Yanvar 2026, 15:15