Bizə yazın

Baku

-°C

USD

-

DİN xəbərdarlıq edir

Cəmiyyət 14 Yanvar 2026, 10:48

211

DİN ahıl və tənha vətəndaşlara qarşı dələduzluq hallarının artması ilə bağlı vətəndaşlara müraiət edib.

DİN-in Mətbuat Xidmətindən CityPost.az-a verilən məlumata görə, son günlər ahıl və tənha vətəndaşlara qarşı dələduzluq hallarının artması müşahidə olunur.

Naməlum şəxslər özlərini övlad, nəvə və ya yaxın qohum kimi təqdim edərək guya qəza törədilməsi, ağır cərrahi əməliyyata ehtiyac olması kimi saxta bəhanələrlə yaşlı insanlardan pul tələb edirlər..

Bildirilib ki, şübhəli şəxslər əsasən xarici nömrələrdən zəng edərək vətəndaşlara yalan məlumatlar ötürür, təcili şəkildə müxtəlif məbləğlərdə pul vəsaitinin göndərilməsini israrla tələb edirlər. Bəzi hallarda dələduzlar xüsusi olaraq ahıl və tənha şəxsləri hədəf seçir, onların yaşadıqları ünvanlara kuryerlər göndərərək vəsaitləri nağd və ya onlayn formada ələ keçirməyə çalışırlar.

Bu kimi halların qarşısının alınması üçün vətəndaşlara tövsiyə olunur ki, daxil olan zənglər üzrə verilən məlumatları mütləq yoxlasınlar, tanımadıqları şəxslərə və ya şübhəli zənglərə inanaraq pul göndərməsinlər, şübhəli hallarla üzləşdikdə dərhal 102 Zəng Mərkəzinə müraciət etsinlər.

"Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa və belə dələduzluq cəhdlərinə qarşı xüsusilə həssas davranmağa çağırır", - məlumatda qeyd edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hava şəraiti ilə əlaqədar region yollarında görülən işlər açıqlanıb 

Əlverişsiz hava şəraiti ilə əlaqədar respublika yollarında hərəkətin fasiləsizliyinin təmin olunması üçün görülən işlər açıqlanıb.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumat yayıb.• Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir,• Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır,• Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb. Agentlik tərəfindən körpülərin üzərində buzlaşmaya qarşı tədbirlər görülür,• Quba-Qusar və Qusar-Şahdağ avtomobil yollarında qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər davam etdirilir,• Respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunda qarın...

14 Yanvar 2026, 12:04

Ramiz Məmmədov vəfat etdi

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin Göyçay televiziya yayım stansiyasının rəhbəri Ramiz Alı oglu Məmmədov uzun sürən xəstəlikdən sonra bu gün müalicə aldığı xəstəxanada vəfat edib.CityPost.az  bu barədə onun ailəsinə istinadla məlumat verir.Qeyd edək ki, R.Məmmədov 2000-ci ildən indiyə qədər rəis kimi işlədiyi Göyçay televiziya yayım stansiyasındakı səmərəli fəaliyyətinə görə Prezident tərəfindən “Tərəqqi” medalı və dəfələrlə fəxri fərmanla təltif olunub....

14 Yanvar 2026, 11:43

Səidə Bəkirqızı: “Murad Dadaşov məni bəyənməyəndə heç nə itirmirəm”  

Murad Dadaşov, Vado Karovin və ya televiziya peşəkarı olmayan birinin məni bəyənməməsi heç vaxt vecimə deyilCitypost.az xəbər verir ki, tanınmış jurnalist Səidə Bəkirqızı bu fikirləri “YouTube” platformasında yayımlanan “Baxdagündəm” podkastında səsləndirib.Jurnalist bildirib ki, Murad Dadaşov onu aparıcı kimi qəbul etmir.:“Deyirlər ki, o, pafoslu aparıcıları sevmir. Halbuki televiziya tənqidçiləri məni ən yüksək səviyyədə qiymətləndirirlər. Diksiya və danışıq tərzimə görə bəyənilirəm. Ancaq Murad Dadaşov məni bəyənmir. Mən başa düşürəm ki, hər kəs məni bəyənə bilməz. Murad Dadaşov məni bəyənməyəndə heç nə itirmirəm”.Səidə Bəkirqızı əlavə edib ki, televiziya sahəsinin peşəkarlarının rəyi onun üçün daha önəmlidir:“Əgər Qulu Məhərrəmli və Etibar Babayev məni bəyənməsə, bu...

14 Yanvar 2026, 10:52

Sənəd qəbulu başladı

Azərbaycanda yanvarın 14-dən 26-dək magistraturaya sənəd qəbulu aparılacaq, I cəhd imtahanı isə fevralın 15-də olacaq.Citypost.az  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.Qeyd edilib ki, bakalavr Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ("Şəxsi kabinet"i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) "Şəxsi kabinet"indəki hesabına əlavə edir.Bakalavr "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize) daxil olub, "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir.Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrini bitirən bakalavrlar, eləcə də xarici ölkələrdə ali təhsil almış və xarici dövlətlərin ali təhsilə aid...

14 Yanvar 2026, 10:30

Bakıda 15 istiqamətdə tıxac var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.CityPost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hazırda yollardakı vəziyyət:1. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;11....

14 Yanvar 2026, 09:40

Yollarda vəziyyət pisdir 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirlər görür.CityPost.az agentliyə istinadən xəbər verir ki, Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir.Bundan başqa Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır.Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb. Agentlik tərəfindən körpülərin üzərində buzlaşmaya qarşı tədbirlər görülür, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilir.Quba-Qusar və Qusar-Şahdağ avtomobil yollarında qarın yolun hərəkət hissəsindən təmizlənməsi,...

14 Yanvar 2026, 09:25