Uşağın ölkədən çıxışına icazə verilmədikdə nə etmək lazımdır?
Hüquq 14 Yanvar 2026, 12:00
209
Bəzən valideynlər arasındakı şəxsi münaqişələr uşağın taleyini girov saxlayır. Xüsusilə boşanmadan sonra yaranan gərgin münasibətlər fonunda tərəflərdən birinin digərinə qarşı mövqeyi, çox vaxt uşağın maraqlarının kölgədə qalmasına səbəb olur. Uşağın təhsil, müalicə və ya digər vacib səbəblərlə ölkədən çıxmasına süni əngəllər yaradılması isə artıq hüquqi müstəviyə keçən problemdir.
Citypost.az-ın məlumatına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, 18 yaşına çatmayan şəxsin ölkədən çıxışı üçün hər iki valideynin razılığı tələb olunur. Valideynlərdən biri razılıq vermədikdə, digər valideyn bu vəziyyətlə barışmaq məcburiyyətində deyil və hüquqi mexanizmlərdən istifadə edə bilər.
İlk mərhələdə tələbkar tərəf mediasiya (barışdırma) təşkilatına müraciət etməlidir. Mediasiya orqanı qarşı tərəfi mübahisənin dinc yolla həlli məqsədilə rəsmi şəkildə dəvət edir. Əgər qarşı tərəf mediasiya prosesində iştirakdan imtina edərsə və ya üzrlü səbəb olmadan görüşə gəlməzsə, bu fakt rəsmi sənədlə təsdiqlənir. Həmin sənəd əsasında valideyn məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ qazanır. Məhkəməyə müraciət edilərkən diqqət yetirilməli olan ən mühüm məsələ iddianın düzgün əsaslandırılmasıdır. İddiaçı tərəf bilməlidir ki, məhkəmə valideynin şəxsi maraqlarını deyil, uşağın mənafeyini əsas götürür.
Əgər uşağın ölkədən çıxışı:
təhsil hüququnun təmin edilməsi,
tibbi müalicə və sağlamlığı,
təxirəsalınmaz və həyati əhəmiyyət daşıyan hallar ilə bağlıdırsa və bu hallar sübutlarla təsdiqlənirsə, məhkəmə adətən iddianı təmin edir və valideynlərdən birinin razılığı olmadan uşağın ölkədən çıxışına icazə verilməsi barədə qərar qəbul edə bilər.
Valideynlər arasındakı şəxsi münasibətlər uşağın hüquqlarını məhdudlaşdıra bilməz. Qanunvericilik uşağın maraqlarını üstün tutur və valideynlərdən birinin əsassız imtinası hüquqi mexanizmlərlə aradan qaldırıla bilər. Əsas şərt isə məsələni emosiyalarla deyil, hüquq çərçivəsində və uşağın mənafeyini ön plana çəkərək həll etməkdir.
Həmçinin oxuyun
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Köhnə etibarnamə sürücüyə 20 min manata başa gəldi – (VİDEO)
Ceyhun Məmmədov 2008-ci ildə Hyundai markalı avtomobili 30 illik etibarnamə ilə alıb. Bir neçə ay sonra avtomobili satmaq qərarına gəlib və onu əvvəlki sahibi Nəsrulla Hüseynova geri qaytarıb. Daha sonra avtomobil üçüncü şəxsə satılıb. Sonuncu dəfə isə nəqliyyat vasitəsi 2014-cü ildə idarəetmə hüququ olmayan Bəhruz Mehdiyevin əlinə keçib və Nizami rayonu ərazisində qəza törədərək digər avtomobilə 20 min manatlıq ziyan vurub. CityPost.az xəbər verir ki,zərərçəkən avtomobil “Bakı Sığorta” şirkətində sığortalı olduğundan şirkət ödəniş edib. Lakin 9 il sonra, 2023-cü ildə sığorta şirkəti məhkəməyə müraciət edərək dəymiş zərərin avtomobilin əvvəlki sahibi Ceyhun Məmmədov tərəfindən ödənilməsini tələb edib. Şirkətdən bildirilib ki, artıq məhkəmə qərarı...
13 Yanvar 2026, 13:13
Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb
Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində 2026-cı il yanvarın 1-dən fiziki şəxslərə aid yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərə 10 faiz vergi tətbiq olunur. İndiyədək belə şəxslər arasında evlərin kirayəyə verilməsindən əldə olunan gəlirdən 14 faiz vergi tutulurdu. CityPost.az-ın məlumatına görə, bu dəyişiklik o deməkdir ki, evini 400 manata kirayə vermiş şəxs artıq aylıq 56 manat yox, 40 manat vergi ödəməlidir. Yenilik sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklara aid deyil. Bu kateqoriya üçün 14 faizlik vergi dərəcəsi dəyişməz olaraq qalır. Dəyişiklik heç də ev kirayəsindən gəlir əldə edənlərin daha az vergi ödəməsi xarakteri daşımır. Məqsəd...
13 Yanvar 2026, 12:17
Vergi ödəyicilərinin hüquqları pozulur - AÇIQLAMA
“Vergi orqanlarının kameral vergi yoxlamaları zamanı “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunub-olunmaması mütləq araşdırılmalıdır”.CityPost.az xəbər verir ki, bu sözləri hüquqşünas Aqşin İsgəndərov deyib. O bildirib ki, vergi ödəyicisi barədə əlavə verginin hesablanması ilə bağlı kameral qərar qəbul edilməzdən əvvəl vergi ödəyicisinin inzibati icraat hüquqları təmin edilməli, ona yoxlamanın nəticələri (uyğunsuzluqlar) barədə məlumat məktubu göndərilməli, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada izahatların və müvafiq sənədlərin təqdim edilməsi üçün kifayət qədər vaxt verilməlidir.Hüquqşünas onu da əlavə edib ki, təcrübədə isə bəzən vergi orqanları qanunvericiliyin bu tələblərinə əməl etmir. Nəticədə vergi orqanları tərəfindən hesablanmış əlavə vergi məbləqləri ilə bağlı qəbul edilən qərarlar məhkəmələr tərəfindən ləğv olunur. Aytac Ali...
09 Yanvar 2026, 11:41
“WhatsApp” yazışmaları sübut sayılır - DİQQƏT
Dostuna borc verən, amma pulunu geri ala bilməyən şəxslərin sayı artır.CityPost.az xəbər verir ki, hüquqşünaslar bildirir ki, borcun qaytarılmaması hallarında yazılı müqavilənin olmaması iddianın mümkünsüz olması demək deyil.Belə ki, tərəflər arasında rəsmi müqavilə bağlanmasa belə, “WhatsApp” və digər messencerlərdə aparılan yazışmalar sübut kimi istifadə oluna bilər. Belə ki, bu yazışmalar əqdin tərəfləri üçün sirr hesab edilmir və mahiyyət etibarilə tərəflər arasındakı hüquqi münasibətləri əks etdirən rəsmi razılaşma kimi qiymətləndirilir.Qeyd edək ki, borcun məbləği, verilmə vaxtı və qaytarılma öhdəliyi yazışmalarda aydın şəkildə əksini tapırsa, həmin materiallar məhkəməyə sübut kimi təqdim edilə bilər. Bu halda borc verən şəxs hüquqlarını məhkəmə qaydasında tələb etmək imkanına malikdir. Aytac Ali...
08 Yanvar 2026, 15:14
Boşanmaq istəyən şəxslərin nəzərinə: 10 yaşdan yuxarı övladınız varsa bunu mütləq bilməlisiniz!
Boşanma zamanı uşaq kimdə qalmalıdır?CityPost.az xəbər verir ki, bununla bağlı yaranan suallara hüquqşünas Aqşin İsgəndərov aydınlıq gətirib. Onun sözlərinə görə, məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır:“BMT Baş Məclisinin 1959-cu il 20 növbə tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsisinə görə, uşaq yalnız istisna hallarda anasından alınabilir. İstisna hallara, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olması daxildir. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoholizm və ya digər xəstəliklərdən əziyyət çəkməsi, uşağa qarşı qəddar rəftar göstərməsi, ona psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarına zidd hərəkətlər etməsi və s. hallardır.Belə hallarda uşaq atasının yanında saxlanıla bilər”.Hüquqşünas vurğulayıb ki, 10 yaşını tamam etmiş uşaqların valideynlərdən...
08 Yanvar 2026, 13:04
Vərəsəlik hüququ kimlərə verilə bilər?
İnsan dünyasını dəyişəndən sonra onun əmlakı, borcları və digər hüquqları Qanunvericilikdə nəzərdə tutulan qaydada vərəsəsinə keçir. Lakin, təcrübə göstərir ki, miras məsələsi bir çox hallarda anlaşmazlıq və mübahisələrə səbəb olur. Kim vərəsə sahibi sayılır? Pay necə bölüşdürülməlidir? Kim hansı əmlaka iddia edə bilər? Bu kimi suallara aydınlıq gətirmək üçün Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Şəms Mirzəyeva Citypost.az-ın suallarını cavablandırıb: "Mülki Qanunvericiliyə görə vərəsəlik hüququ 2 formada yaranır. Vəsiyyət və qanun üzrə. Əgər dünyasını dəyişmiş şəxs vəsiyyət etməyibsə miras qanunun müəyyən etdiyi növbələrə uyğun bölüşdürülür. Birinci növbədə ölənin övladları, rəsmi nikah əsasında olan həyat yoldaşı və valideynlər miras hüququ əldə etmiş olurlar....
28 Noyabr 2025, 13:54