Efiopiyada turistlərə hücum: iki Türkiyə vətəndaşı HƏLAK OLDU
Hadisə 14 Yanvar 2026, 11:44
393
Efiopiyada turistik səfər zamanı həyata keçirilən hücum nəticəsində Türkiyə vətəndaşları Erdoğan Akbulak və Cengizhan Güngör, eləcə də efiopiyalı sürücü həyatını itirib.
Citypost.az xəbər verir ki, Türkiyənin Addis-Abebadakı səfiri Berk Baranın bildirdiyinə görə, hadisə yanvarın 12-də Efiopiyanın Cənub Millətlər və Xalqlar Regionunda, “Tum” şəhərinə yaxın kənd ərazisində baş verib. Turist qrupunda olan digər iki Türkiyə vətəndaşı isə hücumdan xilas olmağı bacarıb.
Səfirin sözlərinə görə, sağ qalanlar və həlak olanların nəşləri Addis-Abebaya gətirilib, nəşlərin bu gecə “Türk Hava Yolları” ilə İstanbula göndərilməsi planlaşdırılır.
Həmçinin oxuyun
Berk Baran bildirib ki, Efiopiya rəsmiləri hadisə ilə bağlı dərhal əlaqə saxlayaraq başsağlığı verib və araşdırma üçün xüsusi işçi qrupu yaradılıb. Hücumun təfərrüatları və faillerin müəyyənləşdirilməsi istiqamətində istintaq davam edir.
Səfir həlak olanların ailələrinə başsağlığı, xilas olanlara isə keçmiş olsun diləklərini çatdırıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Polis onlarla bağlı tədbirlər gördü
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Bu barədə CityPost.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.Yanvarın 13-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 9 avtomat silahı, 3 tapança, 2 qumbaraatan, 5 qumbara, 26 tüfəng, 18 patron darağı və 1286 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər....
14 Yanvar 2026, 11:12
İranla bağlı Qorxunc İDDİA: Ölənlərin sayı 20 minə çatır
İranda hökumət əleyhinə etirazlar zamanı baş verən insan tələfatı ilə bağlı narahatedici məlumatlar yayılıb. Bildirilir ki, ölənlərin sayı indiyədək açıqlanan rəqəmlərdən xeyli çox ola bilər. CityPost.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, indiyədək azı 12 min nəfərin həlak olduğu iddia olunur. Lakin real rəqəmin 20 minə qədər yüksəlməsi ehtimal edilir. Telekanal qeyd edir ki, bu rəqəmlər müxtəlif mənbələrdən toplanan məlumatlara əsaslanır. İranda rəsmi statistik göstəricilərin açıqlanmaması isə itkilərin dəqiq sayının müəyyənləşdirilməsini çətinləşdirir. Məlumatda vurğulanır ki, ölkədə vəziyyətlə bağlı məlumat axınının məhdud olması səbəbindən real mənzərənin daha ağır ola biləcəyi istisna edilmir.Sfera...
14 Yanvar 2026, 10:20
Ukrayna ordusunun vurduğu zavodun Rusiya üçün əhəmiyyəti...
Ukraynanın Müdafiə Qüvvələri tərəfindən vurulan Taqanroqdakı “Atlant Aero” pilotsuz uçuş aparatları istehsalı zavodu müasir avadanlıqlara, formalaşmış texnoloji proseslərə və istehsal elementlərinə malik idi.CityPost.az xəbər verir ki, bu barədə hərbi ekspert, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş sözçüsü Vladislav Seleznyov bildirib.“Bu zavod haqqında ilk dəfə 2023-cü ildə məlumatım oldu. Həmin vaxt Rusiya hökuməti böyük təmtəraqla bu zavodun açılışını etmişdi. Zavod Rusiyanın dronların kütləvi istehsalı üçün lazım olan bütün komponentlərin buraxılış həcmini əhəmiyyətli dərəcədə artırmalı idi. Bu dəfə ora zərbə endirilməsi çox önəmli hadisədir. Böyük ehtimalla, bu hücumun nəticəsində düşmən dron istehsalı imkanlarının bir hissəsini itirib”, – deyə Seleznyov bildirib.O əlavə edib...
14 Yanvar 2026, 10:10
Qazaxda qəza olub, ölən var
Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, hərəkətdə olan minik avtomobili arxadan ağır tonnajlı yük avtomobilinə çırpılıb.Qəza zamanı minik avtomobilində olan K. Salmanov hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.(Apa)
13 Yanvar 2026, 22:51
Bakıda 22 kiloqram narkotik aşkarlanıb
Bakının Sabunçu rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, keçirilən tədbir zamanı 27 yaşlı İlkin Hüseynov saxlanılıb. Ondan 22 kiloqram 180 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.İ.Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdiyi və satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdığı məlum olub.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....
13 Yanvar 2026, 16:26
Məzar daşını yararsız hala salan ŞƏXS tutuldu
Xaçmaz rayonunda qəbiristanlıqda məzar daşlarından birinin sındırılması barədə polisə məlumat daxil olub.Citypost.az xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə məzar daşına qəsdən ziyan vuran Həbib Səfərbəyov saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb. H.Səfərbəyov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir.Əli
13 Yanvar 2026, 15:08