Bizə yazın

Baku

-°C

USD

-

Arxa oturacaqda 4 nəfər oturarsa, CƏRİMƏ yazılırmı?  

Maraqlı 16 Yanvar 2026, 12:00

282

Yollarda təhlükəsizlik qaydalarına əməl olunması təkcə sürücülərin deyil, bütün hərəkət iştirakçılarının məsuliyyətidir. Son vaxtlar tez-tez rast gəlinən qayda pozuntularından biri də nəqliyyat vasitələrində sərnişinlərin normadan artıq daşınması ilə bağlıdır. Bəs avtomobildə arxa oturacaqda 4 nəfərin əyləşməsi cəriməyə səbəb ola bilərmi?

Citypost.az-ın məlumatına görə məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 327.2-ci maddəsinə əsasən, sərnişin daşıma qaydalarına əməl etməyən şəxslər inzibati məsuliyyət daşıyır. Belə ki, texniki göstəricilərinə görə arxa oturacağında ən çoxu 3 nəfərin oturması nəzərdə tutulan nəqliyyat vasitələrində 4 və ya daha çox şəxsin daşınması qayda pozuntusu hesab olunur.

Bu halda nəqliyyat vasitəsini idarə edən sürücü 100 manat məbləğində cərimə edilir və onun sürücülük hüququna 3 cərimə balı əlavə olunur. Qanunvericiliyin bu tələbi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin həyat və sağlamlığının qorunması məqsədi daşıyır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dünya böyük bir tamaşa salonudur  - Kəramət Böyükçöl

Xoşqədəm verilişinə dərdli adamlar çağırır. Sonra da ona qulaq asıb başlayır efirdə ağlamağa. Efir qurtarandan sonra həmin o dərdinə ağladığı adam bundan nəsə bir söz soruşanda qışqırır üstünə ki, ay bala, sən Allah, yeri get o tərəfə, baş-beynimi aparma. Halbuki, efirdə o adamın başını sığallayıb deyirdi ki, can, can... Bu, nədir? Oyun. Citypost.az  xəbər verir ki, bu fikirləri  yazıçı Kəramət Böyükçöl öz sosial şəbəkə hesabında bildirib.Yazıçı daha əlavə edib  ki, burda təkcə Xoşqədəm yox, hamı oyun oynayır, hamı rəqs edir. Hərənin öz rəqsi, hərənin öz oyunu var. Bəlkə də Xoşqədəmin verilişinə çıxıb dərdini danışan adamın da öz oyunu var. Bəlkə də oyunu-zadı...

14 Yanvar 2026, 13:32

Əti əsla bu paketdə dondurmayın: səbəb

Bir çoxumuz mağazadan aldığımız əti elə öz qablaşdırmasında - yəni altındakı köpük (penoplast) qab və üzərindəki nazik plyonka ilə birbaşa dondurucuya qoyuruq. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu, həm sağlamlıq, həm də ətin keyfiyyəti baxımından yanlışdır.CityPost.az köpük qabların (penoplast) zərərlərini araşdırıb.Mağaza qablaşdırmaları dondurulmaq üçün deyil, qısa müddətli soyutma üçün nəzərdə tutulub. Plyonka tam hava keçirməz (hermetik) deyil. Bu isə ətin üzərində "dondurucu yanığı" (freezer burn) yaranmasına, dad və keyfiyyət itkisinə səbəb olur.Köpük qablar sıfırdan aşağı temperaturda kövrəkləşir və çatlayır. Nəticədə ət xarici maddələrlə təmas edə bilər.Donma zamanı qabın quruluşu pozulduğu üçün, ət əriyərkən bakteriya yayan suların sızma ehtimalı artır.Əti düzgün...

14 Yanvar 2026, 10:00

Bunu fərq etsəniz, həyatınız dəyişəcək – “Artıq bağışlanacaq nəsə qalmır”  

Bir insanın bizə necə davranması və necə sevməsi əslində bizimlə yox, onun öz daxili dünyası və emosional imkanları ilə bağlıdır.CityPost.az xəbər verir ki, bu sözləri Psixoterapevt Nuranə Bağırova deyib.Psixoterapevt bildirib ki, çox vaxt insanlar kimdənsə yetərincə dəyər görməyəndə problemin özlərində olduğunu düşünür, özlərini günahlandırırlar:“Nəticədə elə zənn edirik ki, ya özümüzə kifayət qədər dəyər verməmişik, ya da hansısa səhv etmişik. Halbuki bir insan yalnız bacardığı qədər sevə və davrana bilər. Onun sevgi tərzi və davranış forması emosional kapasitesinin göstəricisidir”.Nuranə Bağırova vurğulayıb ki, bu fərqindəliyi dərk etdikdən sonra insanın həyata baxışı dəyişir. Onun fikrincə, həmin anda insan baş verənləri öz üzərindən götürməyə başlayır və hər şeyin qarşı tərəfin duyğuları, düşüncələri və daxili imkanları ilə...

08 Yanvar 2026, 16:10

Yanvar ayında 3 bürc pul içində üzəcək – PROQNOZ

Yanvar ayında bəxti üzünə gülən, pulu başından aşacaq 3 bürc barədə astroloqların proqnozu diqqət çəkir.CityPost.az xəbər verir ki, ilin ilk ayı bu bürclər üçün gözlənilməz qazanc, uğurlu sövdələşmələr və maliyyə bolluğu gətirəcək.BuğaYanvar Buğalar üçün maddi baxımdan xüsusilə uğurlu olacaq. Uzun müddətdir gözlənilən ödəniş, primya və ya gəlir bu ay reallaşa bilər. İş həyatında doğru qərarlar verən Buğalar yeni qazanc qapıları açacaq. Ayın ortalarından etibarən pul axını daha da sürətlənəcək.ŞirŞirlər üçün yanvar ayı sürprizlərlə zəngin olacaq. Gözlənilməz bir təklif, layihə və ya biznes fürsəti onların maliyyə vəziyyətini sürətlə yaxşılaşdıracaq. Risk etməkdən çəkinməyən Şirlər bu dəfə qazanan tərəf olacaq. Astroloqlar məhz yanvarı “pul yağan ay” kimi dəyərləndirir.OğlaqOğlaqlar yanvar ayında zəhmətlərinin bəhrəsini görəcək. İllərdir atılan addımlar...

08 Yanvar 2026, 15:57

Qış aylarında gələn narahatlıq - Xilas olmaq asandır

Qış aylarında gün işığının azlığı və soyuq hava insanlarda əhval-ruhiyyə düşkünlüyü yarada bilər. CityPost.az xəbər verir ki, qış depressiyası ilə mübarizə aparmaq üçün bir neçə təsirli üsul mövcuddur.Günün mümkün qədər açıq havada keçirməsi, pəncərə yaxınında oturmaq və işıqlı otaqlarda vaxt keçirmək serotonin hormonunun səviyyəsini artırır. Həmçinin, gündəlik fiziki fəaliyyət, idman və ya yoga ilə məşğul olmaq endorfin hormonunu yüksəldərək əhval-ruhiyyəni yaxşılaşdırır.Qidalanmaya diqqət də vacibdir. Tərəvəz, meyvə, protein və omeqa-3 ilə zəngin qidalar qış aylarında orqanizmin enerji səviyyəsini qoruyur, şəkər və yağlı qidaların azaldılması isə əhvalın stabilləşməsinə kömək edir.Yuxu rejiminə riayət etmək, sosial əlaqələri qorumaq və sevdiyiniz hobbilərlə məşğul olmaq da depressiyanın qarşısını almaqda mühüm rol oynayır. Bundan əlavə, işıq terapiyası, meditasiya və nəfəs məşqləri...

08 Yanvar 2026, 14:28

Ölümü qabaqcadan “görən” heyvanlar - ARAŞDIRMA

Uzun illərdir insanlar, pişiklərin ölümü yaxınlaşan şəxslərin yanında davranışlarını dəyişdiyini danışır. Bu hadisələr bəzən sehrli bir qabiliyyət kimi görülürsə də, müasir elmi araşdırmalar bunun arxasında maraqlı bir bioloji səbəb olduğunu göstərir.CityPost.az xəbər verir ki, bu barədə “New England Journal of Medicine” jurnalındakı bir araşdırmada qeyd olunub.Bildirilib ki, insan orqanizmi zəifləyəndə orqan funksiyalarında dəyişikliklər baş verir və bu, dəridən və nəfəsdən müəyyən kimyəvi maddələrin (məsələn, ketonlar və uçucu üzvi birləşmələr) çıxmasına səbəb olur. Bu dəyişikliklər insan üçün demək olar ki, hiss olunmaz olsa da, pişiklərin çox həssas olan qoxu sistemi üçün aydın olur.Pişiklərin 200 milyon qoxu reseptoru var, insanlarda isə bu rəqəm yalnız 5 milyondur. Buna görə də pişiklər orqanizmdə baş verən incə kimyəvi...

08 Yanvar 2026, 13:20