Mehman Cavadoğlu dəyişib: “Etdiyim səhlənkarlığın cəzasını çəkirəm” - FOTO
Cəmiyyət 25 Yanvar 2026, 10:40
1090
Təxminən bir ay öncə 70 yaşı tamam olmuş tanınmış jurnalist Mehman Cavadoğlunun yeni görüntüləri yayılıb.
CityPost.az xəbər verir ki, qocaman jurnalist APA-ya müsahibəsində bir çox mətləblərdən – jurnalistikaya gəlməyindən, hazırkı durumundan, qəzetçilikdən və s.-dən danışıb.
Bir vaxtlar "Sovet kəndi", "Müxalifət", “Həyat”, “Azərbaycan”, “Rezonans” qəzetlərində rəhbər postlarda çalışmış gənc, enerjili Mehman Cavadoğlu artıq yaşlandığını, əvvəlki gücündə olmadığını deyib:
“Heç vaxt ağlıma gəlməzdi ki, mən 70 yaşa çatacam...
...İnsan yaşlandıqca əvvəlki həvəs, əvvəlki həyat eşqi azalır, necə deyərlər, sönməyə doğru gedir. Və başlayırsan xatirələrlə yaşamağa. İnsan gəncliyində daha çox arzularla, qocalığındasa xatirələrlə yaşayır. Yaşadığı günlərin dadınısa yalnız uşaqlıq illərində və cavanlığında çıxarır”.
O, indi nə aktiv jurnalistika ilə, nə də fəal siyasətlə məşğuldur:
“Həmişə deyillər ha xatirələr şirindir, bu fikirdə böyük həqiqət var. Yaşlaşandan sonra insanın yaddaşında ilişib qalan nə varsa, hamısı şirinləşir - pis günlər də, yaşadığın acılar da... Halbuki bu acıları yaşayarkən hər şeydən, həyatdan da, özündən də, ətrafından da bezirdin. Ona görə də xatirənin yaxşısı, pisi yoxdur, hamısı şirindir. Həyatın özü kimi. Pis günlər olmasa, yaxşı günlərin də qədir-qiyməti bilinməz”.
Mehman Cavadoğlu podaqra xəstəliyindən əziyyət çədiyini qeyd edib:
“Podaqra xəstəliyi ilk dəfə 33 yaşımda üzə çıxdı, ayağımda tutmuşdu. Halbuki tibbi ədəbiyyatda yazılır ki, bu xəstəlik adətən 40-45 yaşdan sonra başlayır. Atamda da bu xəstəlik var idi, irsidi. Amerikada da, Tailandda da, Leninqradda da, Tiflisdə də müayinə etdirmişəm. Hər yerdə eyni sözlər, eyni dərmanlar. Tam müalicəsi yoxdur. Ömrünün axırına kimi gözləməlisən, nazıyla oynamalısan. Oynamadınsa, cəzalandırır. Mən də indi vaxtilə etdiyim səhlənkarlığın cəzasını çəkirəm”.
“Əllərim açılarsa, elə bu xəstəliyimin tarixçəsini yazaram, publisistcəsinə. Həkim kimi yox, bir xəstə kimi, yaşadığım dəhşətli əzabları...
... Son bir ildə, bir il yarımda çox əziyyət çəkmişəm. Əvvəllər bir həftə, 10 gün yatırdım, keçib keçirdi. İndi isə il yarımdır tutub buraxmır, daha bezmişəm. Nə öldürür, nə də rədd olub gedir. Demək olar ki, hər şeyə həvəsim itib...”, - M.Cavadoğlu əlavə edib.
Mehman Cavadoğlu 1955-ci il dekabrın 11-də İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olub. Orta təhsili İsmayıllı şəhərindəki 1 saylı məktəbdə başa vurub. 1977-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Həmçinin oxuyun
Jurnalistikaya 1978-ci ildə "Sovet kəndi" qəzetində müxbirliklə başlayıb, 1988-ci ilə kimi burada çalışan M.Cavadoğlu şöbə müdiri vəzifəsinə yüksəlib.
1988-ci ildən Azərbaycan Xalq Hərəkatına qoşulub. 1989-cu ildən - Azərbaycan Xalq Cəbhəsi (AXC) yaranan vaxtdan onun üzvü olub. Həmin il AXC-nin xüsusi bülletenlərinin, 1990-cı il 20 yanvar hadisələrindən sonra qeyri-leqal şəkildə nəşr olunan "FV-ÇP" qəzetinin yayılmasında iştirak edib.
1991–1992-ci illərdə "Müxalifət" qəzetinin redaktoru olub.
1991-ci ildə AXC Ali Məclisinin üzvü seçilib. 1992-ci ildə Ali Sovetin orqanı olan "Həyat" qəzetinin baş redaktoru təyin edilib. Həmin ilin sentyabrında "Həyat" qəzetinin bazasında 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olmuş "Azərbaycan" qəzetinin bərpa prosesinə rəhbərlik edib və 1993-cü ilin iyun ayına kimi həmin qəzetin baş redaktoru işləyib.
1993-cü ilin avqust ayında Müsavat Partiyasına üzv olub. Həmin ilin sentyabr ayında partiyanın Divan üzvü və Mətbuat və informasiya məsələləri üzrə katibi seçilib.
1996–1998-ci illərdə müstəqil "Rezonans" qəzetinin baş redaktoru işləyib.
2001-ci ildə Müsavat Partiyasının 6-cı qurultayında partiya idarəçiliyində həyata keçirilən struktur dəyişikliyindən sonra Müsavat başqanının müavini təyin olunub.
Jurnalist fəaliyyətinə görə "Qızıl qələm" və "Müstəqillik dövrünün jurnalisti" mükafatlarını alıb, rəhbərlik etdiyi "Rezonans" qəzeti və Müsavat Partiyasının mətbuat xidməti isə Yeni Nəsil Jurnalistlər Birliyinin "Media açarı" mükafatına layiq görülüb.
2015-ci ildə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatına üzv olsa da, sonra yenidən Müsavat Partiyasının sıralarına qayıdıb. Hazırda patrtiyada sıravi üzv kimi qalır. O, qocalığa görə pensiya alır.
2019-un yanvarında Mehman Cavadogluna ağır itki üz verib. Vaxtilə bir yerdə işləyərkən sevib ailə qurduğu həyat yoldaşı Lətafət xanım vəfat edib. Onların övladları dünyaya gəlməyib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Professor xəbərdarlıq etdi: Dəhşətli təhlükə yaxınlaşır
Azərbaycan rəsmiləri artıq bir ilə yaxındır ki, (bəlkə daha çox) ölkəmizdə data mərkəzlərinin qurulması haqqında ABŞ şirkətləri ilə danışıqlar aparır. Səbəb suni intellektin getdikcə ölkələrin milli təhlükəsizliyinə təhlükə yaratmalarıdır. Kiber təhlükələr özünə Sİ daxil etdikdə daha da dağıdıcı və qarşısıalınmaz ola bilər.CityPost.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.O bildirib ki, data mərkəzlərinin qurulması suni intellekt mərkəzlərinin qurulmasına yönəlir və bunun üçün texnologiya transferi zəruridir:“Lakin bizi, yəni insanlığı gözləyən sürprizlər bu deyil. Bunlardan daha təhlükəlisi suni intellektin hərbi sənayedə tətbiq olunmasıdır. Artıq insansız ölüm vasitələrinin kütləvi istehsalı mümkündür. Bunu qismən Ukrayna müharibəsində görürük, amma daha...
15 Fevral 2026, 22:57
“Ay Laçın” Belqrada kimi gedib çıxdı - Prezidentlər dinlədi+Video
Prezident İlham Əliyevin Serbiyaya səfəri münasibətilə Prezident Aleksandar Vuçiçin adından verilən şam yeməyində ölkənin hərbi orkestri Azərbaycan mahnısı “Ay Laçın”ı ifa edib.CityPost.az verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.“Bu, Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jestidir”, - H.Hacıyev qeyd edib.
15 Fevral 2026, 21:33
Aleksandar Vuçiç: Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq
Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq.CİTYPOST.AZ xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında bildirib.“Əziz dostum cənab Prezident və Azərbaycandan gəlmiş hörmətli dostlar, biz dost ölkə Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq. Biz bu məqsədə doğru gedəcəyik. Bu, o deməkdir ki, biz müxtəlif sahələrdə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün ürəkdən çalışacağıq. Dostlara gəldikdə, qarşımıza çətinliklər çıxanda, bəzi məsələlərlə üzləşəndə biz hər zaman onları birlikdə həll edə bilirik. Bu, hər zaman belə olacaq. Arzu edirik ki,...
15 Fevral 2026, 20:10
Eminin 10 aylıq səfirlik “macərası” - “Saçını rənglədi, qadın paltarı geyindi”
Avropada işgüzar səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün özünü jurnalist kimi təqdim edən Emin Hüseynova layiqli cavabını verdi.Mehriban Əliyevanın Emin Hüseynova: “Qadın paltarı geyinib səfirlikdə gizlənən siz idiniz?” - sualının mabədi isə gənc nəslə tanış olmaya bilər.CityPost.az Oxu.Az-a istinadən Emin Hüseynovun “səfirlik macərası”nın bəzi məqamlarını yada salır:Öncə xatırladaq ki, E.Hüseynov 1979-cu ildə Bakıda doğulub. Kooperasiya, İqtisad və Bakı Dövlət universitetlərində təhsil alıb, jurnalist və aktivist kimi fəaliyyət göstərib.2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən E.Hüseynov rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstututunun (RATİ) ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedir və orada gizlənməyə...
15 Fevral 2026, 19:49
“Qadın paltarında səfirlikdə gizlənən siz idiz?..” - Video
Münxen Təhlükəsizlik Konfransı zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın xaricdə yaşayan bloqer Emin Hüseynova verdiyi cavab gündəm olub.CityPost.az xəbər verir ki, Emin Hüseynovun Azərbaycanda demokratiyanın durumu ilə bağlı sualına Mehriban xanım ustalıqla cavab verib.“Qadın paltarında səfirlikdə gizlənən insan siz idiniz? Sizə cansağlığı arzulayıram” – deyərək yoluna davam edib.Həmin görüntüləri təqdim edirik:
15 Fevral 2026, 19:23
İlham Əliyev: Azərbaycanla Serbiya iqtisadiyyat və sənaye sahəsində mühüm layihələr həyata keçirir
Azərbaycan və Serbiya iqtisadiyyatı və sənayesi üçün iki ölkə mühüm layihələr həyata keçirir.bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında deyib."Bu gün məni hökumətin yüksək səviyyəli üzvləri müşayiət edir və bu da nümayəndə heyətinin üzvləri arasında, eləcə də hamımız arasında müzakirə olunacaq çoxlu məsələlərin olduğunu göstərir. Marko Duriç və Aleksandr Vuçiçin bu il tezliklə Azərbaycana səfərindən əvvəl, artıq bugünkü səfərin nəticələri mövcuddur və Azərbaycan nümayəndə heyətinin bütün üzvlərindən xahiş edirəm ki, buna hər zamankı kimi ciddi yanaşsınlar ki, razılaşdıqlarımızı qısa müddətdə icra edək", - deyə dövlət başçısı qeyd edib.Azərbaycan Prezidenti vurğulayıb ki, bugünkü iclasın...
15 Fevral 2026, 17:24