Bizə yazın

Baku

-°C

USD

-

Maskalar Düşəndə: Təbrizdə Yazıçı Maskası Altında Kimlər Gəzirdi?

Söz adamı 10 Mart 2026, 14:12

2976

Araşdırmacı, Yazar: Mesut HARAY

İllər öncədən Həmid Herisçinin İran rejimi ilə münasibətləri barədə şübhələr və suallar ortaya çıxmışdı. Onun Təbriz mərkəzli ittilaat çevrələri ilə görüşləri, həmin şəxslərlə müsahibələr aparması və müxtəlif platformalarda səsləndirdiyi fikirlər bu sualları daha da gücləndirmişdi.

Herisçi açıq şəkildə fars dilini “dünya dili” kimi təqdim edir, gələcək əsərlərini yalnız farsca yazmağı düşündüyünü bildirirdi. Daha da ağır olan isə türkcə – onun ifadəsi ilə “Azərbaycan dili” – haqqında söylədiyi sözlər idi. O, bu dili “kənd dili” kimi təqdim etmişdi.

Eyni zamanda İranı “çox demokratik bir ölkə” kimi təsvir edir, müxtəlif etnik və məzhəb qruplarının guya rahat şəkildə yaşadığını iddia edirdi. Halbuki bu fikirlər İran rejiminin illərdir təkrarladığı təbliğatdan başqa bir şey deyil. Reallıq isə bunun tam əksidir.

Ən böyük paradoks isə budur: özünü Güney Azərbaycan mənşəli bir ailəyə aid etdiyini deyən birinin, məhz həmin millətin kimliyini və problemlərini inkar etməsi. Bu inkar sadəcə şəxsi mövqe deyil; bu, İran rejiminin dilinin və siyasi təbliğatının təkrarıdır.

Aylar öncə bu mövzunu açıq şəkildə yazmışdım. Haray Haber arxivində həmin xəbər və araşdırma hələ də mövcuddur. O yazıda açıq şəkildə qeyd etmişdim ki, bu məsələ sadə bir fikir ayrılığı deyil – bu, planlı bir ajandanın izlərini daşıyır.

Bu gün də eyni sualı yenidən vermək məcburiyyətindəyik:

Bu şəxs əslində kimə xidmət edir?

Mən farsdilli mənbələrdən topladığım məlumatlar əsasında geniş bir araşdırma dosyası hazırlamış və onu Azərbaycanın müxtəlif yetkili şəxslərinə təqdim etmişdim. Lazım gələrsə, həmin məlumatları və adları açıqlamaqdan da çəkinməyəcəyimi açıq şəkildə bəyan etmişəm.

Ortada çox ciddi suallar var. Təbrizə “ata evi”, “maliyyə məsələləri” kimi bəhanələrlə gedildiyi söylənilir. Lakin bölgədə bu səfərlərin arxa planı barədə dolaşan məlumatlar tam fərqli mənzərə göstərir. Bu iddialara görə həmin səfərlər sadəcə şəxsi işlərlə bağlı deyil; həm də məlumat toplamaq və müəyyən dairələrə ötürmək məqsədi daşıyır.

Son günlərdə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan bölməsi ilə bağlı yaşanan hadisələr də bu məsələnin nə qədər ciddi olduğunu göstərdi.

Bir neçə gün əvvəl mən yenidən həmin qrupun siyahısına əlavə olundum. Halbuki əvvəldən açıq şəkildə bildirmişdim ki, mənim adım belə bir siyahıda olmamalıdır. Çünki bu qurumda İran rejiminin ajandası ilə hərəkət edən şəxslərlə eyni platformada görünmək mənim üçün qəbul edilməzdir.

Bu məsələ ilə bağlı Sabir Rüstəmxanlı və Pərvanə Məmmədli ilə görüntülü danışıq da baş tutdu. Orada da açıq şəkildə bildirdim ki, belə bir şəxs həmin qurumda qalarsa, mənim orada olmağım mümkün deyil.

Bu, sadəcə şəxsi mövqe deyil. Bu, Güney Azərbaycan ədəbiyyatının və milli mübarizəsinin şərəf məsələsidir.

Təəssüf ki, bu məsələdə çox az insan açıq mövqe göstərdi. Güney Azərbaycanlı şair Ümid Nəccari bu mövqeni dəstəkləyən nadir insanlardan biri oldu. Digərlərinin isə səsi çıxmadı.

Ən ağrılı tərəf də budur.

Yazar susanda, söz ölür.

Yazar qorxanda, həqiqət qaranlıqda qalır.

Bu gün bəzi yazıçılarımızın dili susur, gözü isə həqiqəti görmək istəmir. Belə bir durumda Yazıçılar Birliyinin formal mövcudluğu heç bir məna daşımır.

Susan yazıçının yazdığı mətn isə ədəbiyyat deyil – fəlakətdir.

Bu səbəbdən Azərbaycan Yazıçılar Birliyinin bugünkü vəziyyəti də ciddi suallar doğurur. On illərdir eyni rəhbərlik altında fəaliyyət göstərən bu qurum artıq yeni düşüncəyə, yeni enerjiyə və yeni bir istiqamətə ehtiyac duyur.

Əgər bir qurum həqiqət qarşısında susursa, o qurum artıq öz missiyasını itirmiş sayılır.

Bu gün Azərbaycan ədəbiyyatı yeni bir nəfəsə, yeni bir ruh və yeni bir cəsarətə ehtiyac duyur.

Çünki tarix bir şeyi çox yaxşı sübut edib:

Qorxaq qələm azad millətin ədəbiyyatını yaza bilməz.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

59- qarşıdan gələn uğurlardan xəbər verir...  Elman Eldaroğlu yazır...

2013-cü ildən üzübəri dünyaya gələn “Alfa nəsli” onu çətin ki tanısın. Yəqin ki, 1997-ci ildən 2012-ci ilədək anadan olan “Z nəsli”nin də arasında onu tanıyanlar az olar. Amma 1981-ci ildən 1996-cı ilədək doğulan “Y nəsli”ndən(Milleniallar) əvvəlki- 1965-1980-ci illəri əhatə edən “X nəsli”, 1946-1964-cü illərdə doğulan "Beybibumerlər nəsli" və eləcə də 1925-1945-ci illərdə dünyaya gələn "Sakit nəsil"in nümayəndələri onu yaxşı xatırlayırlar. Tərcüməçi, dramaturq, publisist, məşhur telejurnalist, "Bakıfilm" kinostudiyasının baş redaktoru, bir vaxtlar fəaliyyətdə olan ANS-in "Zərif çərşənbə" verlişinin aparıcısı, respublikanın əməkdar jurnalisti Mailə Muradxanlını nəzərdə tuturam. 2010-cu ilin iyun ayının 12-də vəfat edib... Yox, yox, bu dəfə sizə Mailə xanımdan deyil, onun...

29 Aprel 2026, 10:37

Xeyirxahlıq missiyasını şərəflə daşıyan insan – Niyaz Eyvazov 55 yaşında  

Həyatda elə insanlar var ki, onların fəaliyyəti yalnız gördükləri işlərlə deyil, toxunduqları insan taleləri ilə ölçülür. Niyaz Eyvazov da məhz belə insanlardandır. Bu gün onun ömür yolunda əlamətdar bir tarix – 55 illik yubileyi qeyd olunur. Bu illər təkcə zamanın keçidi deyil, həm də xeyirxahlıq, xidmət və fədakarlıqla zəngin bir həyat salnaməsidir.Niyaz Eyvazov uzun illərdir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon bölməsinin sədridir. O, həm də  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının üzvü kimi humanitar sahədə yorulmadan çalışır. Onun fəaliyyəti sadəcə vəzifə icrası deyil – bu, insanlara yardım etməyi həyat amalına çevirən bir ürəyin səsidir. O, çətin vəziyyətdə olan...

29 Aprel 2026, 08:54

Onun böyük ürəyi - Xəlil Mirzə yazır...

Tapdıq Əlibəyli  - 65     O, dağlar oğludur, təbiət oğludur, bəşər oğludur. Gözlərini dünyaya açanda dağ görüb, gözəllik görüb, saflıq görüb. Göz yaşı kimi dumduru, buz kimi soyuq, büllur bulaqlardan su içib. Təbiətə, saflığa, şəffaflığa vurulub. İllər bir-birini əvəz etdikcə onun ilk sevgi payına - ana sevgisinə yurd sevgisi, təbiət sevgisi, Vətən sevgisi, insanlıq sevgisi də əlavə olunub, bəşər sevgisinə çevrilib. Elə həyatın sirlərini dərk etməyə başladığı yeniyetmə çağlarından onun balaca ürəyi bütün bəşəri sevgilərin yurdu, obası, ocağı, daimi məskəni olub. O, gözəllik vurğunudur, insanlıq vurğunudur, bəşər vurğunudur. O, həmişə yaxşıların yaxşısını axtarır, yaxşıların yaxşısına dəyər verir, hər şeyin, hər...

28 Aprel 2026, 14:34

Onun yazdıqları özü kimidi - Şövkət Horovlu-85

Xalq şairi Nəriman Həsənzadənin könül həmdəmi Sarasının dilindən qələmə aldıqlarıdı; yazır ki, bir qadın ömrünü girov qoymuşam / Bir şair ömrünü yaşatmaq üçün.Bu unudulmaz misraların başqa, bir özgə deyim, ifadə tərzi də var: "Bir insan ömrünü girov qoymuşam / Bir şair ömrünü yaşatmaq üçün".Nəriman müəllimin əlinə sağlıq, hər iki halda sənət, sənətkar yanğısının, fədakarlığının gerçək obrazını şəkilləndirib.Və ən maraqlısı odur ki, hər dəfə bu səmimi misraları xatırlayanda gözlərim önünə bir xanım, bir ana və qadın ömrünü bir şair, nasir ömrünü yaşatmaq üçün girova çevirən Şövkət Zərin Horovlunun əziz siması gəlir. Çünki Şövkət xanım ana kimi anadı, dəyərli bir xanım əfəndidi...

28 Aprel 2026, 10:01

Hal adamı...  Elman Eldaroğlu yazır...

Seymur Baycan- 50  Ölkədə elə bir qələm adamı tapılmaz ki, onun haqqında məlumatı olmasın. Eləcə də, diqqətli oxucuların arasında onun ərsəyə gətirdiyi əsərlərdən xəbərdar olanlar da az deyil. İddia edir ki, dünya ədəbiyyatına skelet-roman anlayışını o gətirib…Bəli, bu dəfə sizə yazıçı, publisist Seymur Baycandan söhbət açmaq istəyirəm. Bu gün onun 50 yaşı tamam olur...Deyir ki:- “Qəzavü-qədər elə gətirib ki, rus ədəbiyyatını daha çox oxumuşam. Şübhəsiz, oxuduqlarım yazdıqlarıma öz təsirini göstərib. Moskvalı bir rəssam qız vardı. O, “Həyatımın ən xoşbəxt günü” kitabımdakı hekayələri oxuyub demişdi ki, elə bil bu hekayələri Qafqazda yaşayan bir rus yazıçı yazıb. Ümumiyyətlə, bu sözü kitablarımı rus...

22 Aprel 2026, 10:42

Adına bənzəyən ADAM...  Elman Eldaroğlu yazır...

Eldəniz adı Azərbaycan türk mənşəli kişi adıdır. Bu ad, XII əsrdə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin adı ilə məşhurlaşıb. Mənası "xalqın dənizi", "ölkənin dənizi", "dəniz hökmdarı" və ya "dəniz kimi nəhəng, qüdrətli hökmdar" deməkdir. Bəli, Eldəniz adı, xalqın və ya ölkənin dəniz kimi sonsuz və qüdrətli dayağı mənasında nəcib bir ad hesab olunur...Uzun müddətdir ki, onu "Facebook" sosial platformasından izləyirəm. Cəsarətli paylaşmaları ilə yaddaşıma həkk olub. Cəmiyyətin problemlərinə biganə qala bilmir, tənqid edir, düz yol göstərmək üçün səsini ucaldır. Əsl ziyalıdır. Siz elə bilirsiniz ki, belə ziyalılarımız çoxdur? Əsla! Kimisi gödəninə, kimisi vəzifəsinə, kimisi balalarına, kimisi abırına, kimisi də,...

21 Aprel 2026, 11:20